Yaramaz qızlar | |
---|---|
ing. Mean Girls | |
Janr | kitablar əsasında film[d], romantik komediya, LGBT mövzulu film[d] |
Əsas mövzu | qisas[d] |
Rejissor | |
Baş rollarda | |
Operator |
|
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 19 aprel 2004[6], 26 avqust 2004[7], 2004, 8 iyul 2004 |
Müddət | 97 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Toronto, Nyu-Cersi, Toronto Universiteti |
IMDb | ID0377092 |
Vikianbarda əlaqəli mediafayllar |
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!".
Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar. Recina bir zaman Cennisin ən yaxın rəfiqəsi idi. Lakin 8-ci sinifdə oxuyarkən onlar artıq bir-birinə nifrət edirdilər, çünki o vaxt Recina hamıya yaydı ki, guya Cennis lezbiyandır. Buna baxmayaraq, "Baunti"lər Keydini öz komandasına götürməyə qərar verdilər və dərsdən sonra onlarla birgə şəhərdə gəzişməyi təklif etdilər. Keydinin Recinanın komandasına qəbul olduğunu öyrənən Cennis yeni intiqam planı hazırladı və bu planla Recinanın onu uzun müddət ərzində alçaltmasına və Keydini bu işdə bir oyuncaq kimi istifadə etməsinə son qoymağa qərar verdi.
Keydi Cennisin planı üzrə "Baunti" qızların rəğbətini və simpatiyasını qazanmağa çalışır və bu yolla Recinanın tam məxfi kitabı haqqda öyrənir. Bu kitabda məktəbdə oxuyan qızların (və müəllimlərin) ünvanına deyilən bütün pis şaiyələr, sirrlər və qeybətlər yazılıb. Çox keçmədən Keydi Recinanın keçmiş-boyfriendi Aaron Semüelsə (Conatan Bennett) aşiq olur, amma Helloven bayramında Recina peşakarcasına Aaronu yenidən özünə bağlaya bilir. Recinaya nifrət edən Keydi Cenisin təklifini qəbul edir: onlar Recinanın populyarlığını yox dərəcəsinə salmaq üçün plan hazırlayırlar. Onlar Recinanı eybəcər etməyi, Aaronla ayırmağı, rəfiqələri ilə — varlı və sadiq Qrethen Vinners və gözəl, amma bir az səfeh Karen Smitlə (Amanda Seyfrid) əlaqələrini korlamağı qərara alırlar. Bundan sonra Keydi Aaronun diqqətini cəlb etmək məqsədilə yalandan riyaziyyatdan heç nə anlamadığını göstərir. O həmçinin Aarona Recinanın ona xəyanət etdiyini deyir və bundan sonra Aaron onunla ayrılır. Keydi həmçinin Recinanı yüksək kalorili qidalandırıcı baton yeməyə inandırır və bu batonların arıqlamağa kömək edəcəyini deyir.
Ancaq Keydi getdikcə öz individuallığını itirərək Recinanın remeykinə çevrilir. O da qəzəbli və bütün günü öz görünüşü haqqda düşünən "barbi" qıza çevrilir. Həddindən artıq kökəlmiş Recinanı "Baunti" qızlar qovur və Keydi kompaniyanın yeni liderinə çevrilir. "Tacqoyulma" şərəfinə düzənlənmiş partidə Keydi öz yeni rəfiqələri ilə vaxtını keçirir, Cennis və Demieni isə ora çağırmır; buna görə də onlar dalaşırlar. Parti zamanı Keydi həm də Aaronla dalaşır — Aaron Keydinin artıq ikinci Recinaya çevrildiyini deyir.
Recina "arıqladıcı" batonlar və Keydi ilə Aaron arasında olan əlaqələr haqqda həqiqəti öyrənir. Recina cavab olaraq intiqam alır. O özünün sirli kitabının içində olan bütün məlumatı məktəblə bir edərək, qızlar arasında yaranan dava-dalaşı sakitcə seyr edir.
Özünə olabiləcək şübhələrin qarşısını almaq və günahların hamısını Keydi, Qrethen və Karen üzərində olması üçün, Recina o kitaba öz adını da yazır. Konflikt sonda direktor Ron Düval tərəfinən həll edilir. Riyaziyyat müəllimi miss Norberi (onun haqqında narkotik alış-verişi barədə böhtan yazılmışdı) qızlara anladır ki, bütün bu situasiyada yalnız onlar özləri günahkardılar. O dərsdən sonra idman zalında bütün qızları yığaraq, onların bir-birindən üzr istəməsini xahiş etdi. Cennis Recinaya planlaşdırdığı intiqamı etiraf edir və bütün qızların dəstəyi ilə onu lağa qoyur. Recina tələsik məktəbdən bayıra çıxır, Keydi isə onunla barışmaq istəyi ilə onun dalınca qaçır. Həyətdə Recina Keydini təhqir edir və əsəbi vəziyyətdə olduğundan yaxınlıqdan keçən məktəb avtobusunu görmür; o avtobusun altında qalaraq onurğa nahiyyəsindən xəsarət alır. Bəziləri hesab edirlər ki, Recinanı məhz Keydi avtobus altına atmışdı.
Valideynlərinin və dostlarının inamını itirən, sinif yoldaşları, xüsusən də Aaron tərəfindən rədd edilən Keydi yenidən əvvləki kimi olacağını qərara alır. O, özünün əvvəlki şəxsiyyətinə qayıdır. Miss Norberi tərəfindən bir cəza olaraq Keydi yenidən Riyliqaya qayıdır və bununla "Baunti"lər də öz statusunu itirir. Riyaziyyat üzrə Olimpiadada Keydinin rəqibi çirkin qız olur, lakin tezliklə Keydi anlayır ki, onun rəqibi nə qədər çirkin olsa da, bu onu məğlubiyyətdən xilas etməyəcək. Turnirdə Keydi qalib qəlir və məktəbə geri dönür.
Məktəb rəqslərində Keydini Balın Kraliçası elan edirlər. Keydi öz sinfi qarşısında çıxış edərək, onun qalibiyyətinin heç bir məna ifadə etmədiyini və bu balda iştirak edən hər bir qızın kraliça kimi gördüyünü deyir. Simvolik jest olaraq Keydi ona verilən tacı sındıraraq, hissələrini bütün qızlara verir. Keydi, Cenis, Demien, Aaron və "Baunti" qızlar ilə yenidən barışır.
"Baunti" yeni üzvlərlə yenidən formalaşır. Recina öz emosiyaların və neqativ enerjisini lazımi istiqamətə yönəltmək məqsədilə lakross komandasına üzv seçilir. Karen hava proqnozunun aparıcısı olur. Qrethen asiyalı qızlara qoşulur və onların başçısına çevrilir. Keydi isə Aaronla yenidən görüşməyə başlayır. Cennis Riyliqanın kapitanı Kevin Qnapur ilə görüşməyə başlayır.
Keydi Hiron — filmdə baş protaqonist. 16 yaşına kimi naturalist-valideynləri ilə birqə Afrikada yaşayıb. Məktəbdə onun ilk (sonradan isə ən yaxşı) dostları Cennis və Demien olur. Sonralar o həm də "Baunti"lərlə tanış olur və Cenisin planı üzrə Keydi onların qrupuna daxil olur. Əvvəlcə Recinaya heyran olan Keydi, sonradan ona nifrət edir, çünki parti zamanı o Aaronu öpür. Xeyirxah və sadəlövh olmasına baxmayaraq, o bir anda "əsl yaramaz qıza" çevrilə bilər.
Recina Corc — filmin baş antaqonist qəhrəmanı. Məktəbdə ən populyar qız, "Pətəklər kraliçası" statusun qalibi, "Baunti" qrupunun lideridir. Onun əsas kompromatı — içində məktəbdə oxuyan qızların sirrləri ilə dolu albom şəklində kitabdır. Hər şeyi hesablayan, lakin tez özündən çıxandır. İnsanlarla peşəkarcasına manipulyasiya edə bilir.
Karen Smit — Recinanın rəfiqəsi, "Baunti" qrupu içərisində ən səfeyidir. Hesab edir ki, döşləri ilə havanı proqnozlaşdırma istedadına malikdir. Yaramaz qızlar qrupunun üzvü olmasına baxmayaraq, o mehriban, xoşxasiyyətli qızdır və sədaqətli dostdur.
Qrethen Vinners — Recinanın rəfiqəsi. Hər şeydən tez küsən və şəxsi rəyə və fikrə malik olmayan biridir, həmçinin Recina ilə dostluqdan həddindən artıq aslıdır. Dəfələrlə təsadüfən Keydiyə Recinanın şəxsi sirrləri haqqda ağzından qaçırmışdı və sonra günahkarcasına heç kimə bu barədə danışmamağı xahiş etmişdi.
Cenis İen — Keydi və Demienin ən yaxın dostudur. Məktəb cəmiyyətindən qovulmuşdu. Məhz o "Baunti" qrupu ilə birləşməyə Keydini sövq etdi, çünki bu qrupun lideri Recina, Cenisin lezbiyan olduğunu bütün məktəbə yaymışdı. Parlaq və epatajlıdır.
Demien — Keydi və Cenisin ən yaxın dostudur və Cenis kimi məktəb cəmiyyətindən qovulmuşdu. Homoseksualdır, lakin bunu digərlərindən gizlətməyi düşünmür. Optimistdir və yaxşı yumor bacarığına malikdir.
Aaron Semüels — məktəb idman komandasının kapitanı, çox cazibədardır. Keydinin simpatiya obyekti, Recinanın isə eks-boyfriendidir.
Kevin Qnapur — riyaziyyat komandasının kapitanı. Keydini həmişə "Afrika" deyərək çağırır. Filmin sonunda Cenisə aşiq olur. Sevimli musiqi janrı repdir.
Trenk Pak — koreyalı qız. İdman məşqçisi ilə görüşür.
Sun Cin Din — koreyalı qız, Trenk Pakın rəfiqəsi. O da idman məşqçisi ilə görüşür, elə buna görə onlar sonda dalaşırlar.
Teylor Vendel — Ceyson uğrunda Qrethenin rəqibi. Sərt və tələbkar anası var.
Şeyn Oman — Recinanın boyfriendi.
Ceyson — Qrethenin boyfriendi, daim ona xəyanət edir.
Şeron Norberi — riyaziyyat müəllimi. Boşanıb, məhkəmə xərclərini ödəmək üçün 3 yerdə işləyir.
Ron Düval — məktəbin direktoru, gipslənmiş əli ilə gəzir. Miss Norberiyə aşiqdir.
Cessika Lopez —əlil, həmişə arabada gəzir.
Missis Corc — Recinanın anası. Özünü yeniyetmə kimi aparır və qızını çox ərköyün böyüdür.
Kerolin Kraft — botan-qız, Riyliqanın sonuncu raundunda Keydinin rəqibi idi. Dəhşətli geyim-kecimi var.
Aktyor | Rol |
---|---|
Lindsi Lohan | Keydi Hiron |
Reyçel Makadams | Recina Corc |
Amanda Seyfrid | Karen Smit |
Leysi Çebert | Qrethen Vinners |
Tim Medouz | Ron Düval (direktor) |
Deniel Frantsese | Demien (Keydi və Cennisin ən yaxın dostu) |
Nil Flinn | Keydinin atası |
Conatan Bennett | Aaron Semüels |
Tina Fey | Miss Norberi (riyaziyyat müəllimi) |
Lizzi Kaplan | Cennis İen (Keydi və Demienin ən yaxın dostu) |
Emi Poler | Missis Corc (Recinanın anası) |
Tina Fey Rozalind Vaysmanın "Queen Bees and Wannabes" romanını oxuduqdan dərhal sonra onu çox maraqlı və gülməli adlandırdı və prodüser Lorn Mayklzla birgə romanın əsasında gözəl bir filmin çəkilişlərinə başlayacaqlarına qərar verdilər. Mayklz Paramount Pictures ilə əlaqə saxlayaraq kitabın müəllif hüquqlarını əldə edə bildi. Bundan sonra Tina ssenari yazılışlarına razı oldu. Tina romanda bir sıra süjet xətlərinin olmadığı qeyd edərək, məktəbdə oxuyarkən rastlaşdığı hadisələri və öz təxəyyülün köməyi ilə (xüsusən də cəmiyyətdən uzaqlaşdırılmış Cenis İen personajı qismində) filmin ssenarisinə əlavə etdi. Real Cenis İen Saturday Night Live epizodun çəkilişlərinə gələn ilk musiqili qonaq idi. Onun o zaman 17 yaşı var idi, o bir neçə mahnı ifa etdi və filmə diqqətlə baxsaq, fon rejimində onun mahnılarını eşitmək olar. Həmçinin filmdə Kaplanı davamlı sürətdə lesbiyan adlandırırlar və əslində Cenis İen personajı doğrudan da lesbiyandır.[8]
Lindsi Lohan əvvləcə Recina Corc rolunu oynamalı idi. Lakin Lindsi hiss edirdi ki, o daha çox Keydi rolu üçün uyğundur. Çünki Recina rolu onun reputasiyasına xələl gətirə bilərdi. Keydi "Yaramaz qızlar" içərisində ortancıl mövqe tutur, bu da Lindsinin baş rolda çəkilməsinə imkan verdi. Reyçel Makadams Recina rolunu götürdü və Tinanın qeyd etdiyi kimi, "qəzəbli və enerjili" bir qadın rolunu Reyçel çox məharətlə oynadı. Amanda Seyfrid də Recina rolu üçün mübarizə aparırdı, lakin sonda o Karen rolunu götürdü.[8]
Filmin süjetində Evaston şəhəri (İllinoys ştatı) göstərilsədə, əslində filmin çəkilişləri Toronto, Ontarioda yerləşən Etobicoke Collegiate Institute və Malvern Collegiate Institute'da, həmçinin Nyu-Cersinin Montclair High School.[9] və Sherway Gardens'də baş tutmuşdu.
İlk uik-enddə film ABŞ-nin 2839 kinoteatrlarında efirə verilmişdi və ümumi gəliri 24 432 195 $ [10] təşkil etmişdi. Film prokatlarda satış miqdarına görə №1 film elan edilmişdi. Bu Lohanın ən yaxşı kinodebyutu idi. Tezliklə film beynəlxalq miqyasda 42 984 816, dünya üzrə isə 129 042 871 $ qəlir əldə etmişdi[11].
Film kinotənqidçilər tərəfindən əsasən müsbət rəy qazanmışdı. Rotten Tomatoes web saytında keçirilmiş 163 təhlilçi arasında keçirilmiş səsvermə nəticəsində, filmə 83% freş reytinq, Metacritic isə 39 iştirakçının dəyərləndirməsi əsasında ("Ümumi müsbət rəylər ilə") 66%-li reytinq vermişdi.
Film 2004-2005-ci illərdə aşağıdakı mükafat və nominasiyalarla təltif edilmişdi.[12]
İl | Mərasim | Kateqoriya | Resipiyent | Nəticə |
---|---|---|---|---|
2004 | Teen Choice | Choice Movie Comedy Actress Mükafatı | Lindsi Lohan | Qazandı |
Choice Movie Breakout Actress Mükafatı | Lindsi Lohan | Qazandı | ||
Choice Movie Blush Actress Mükafatı | Lindsi Lohan | Qazandı | ||
Choice Breakout Movie Star Mükafatı– Qadın rolu | Reyçel Makadams | Namizəd | ||
Choice Breakout Movie Star Mükafatı – Kişi rolu | Conatan Bennett | Namizəd | ||
Choice Movie Mükafatı – Komediya janrı | Namizəd | |||
Choice Movie Actress Mükafatı – Komediya janrı | Reyçel Makadams | Namizəd | ||
Choice Movie Blush Mükafatı | Reyçel Makadams | Namizəd | ||
Choice Movie Chemistry Mükafatı | Lindsi Lohan & Conatan Bennett | Namizəd | ||
Choice Movie Fight/Action Sequence | Namizəd | |||
Choice Movie Hissy Fit Mükafatı | Reyçel Makadams | Namizəd | ||
Choice Movie Liar Mükafatı | Lindsi Lohan | Namizəd | ||
Choice Movie Sleazebag Mükafatı | Reyçel Makadams | Namizəd | ||
2005 | MTV Movie Awards | Ən yaxşı qadın performansı üzrə | Lindsi Lohan | Qazandı |
İkinci dərəcəli rol üzrə ən yaxşı aktrisa | Reyçel Makadams | Qazandı | ||
Ən yaxşı ekran komandası | Lindsi Lohan, Reyçel Makadams, Leysi Çabert və Amanda Seyfrid | Qazandı | ||
Ən yaxşı antaqonist rol üzrə | Reyçel Makadams | Namizəd | ||
Kids Choice Awards | Ən sevimli kinoaktrisa | Lindsi Lohan | Namizəd | |
People's Choice Awards | Favorite Movie: Komediya janrı | Namizəd | ||
America Award | Ən yaxşı adaptə edilmiş ssenari | Tina Fey | Namizəd |
Yaramaz qızlar | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 21 sentyabr 2004 | |||
Yazılma tarixi | 2004 | |||
Janr | film musiqisi, rok və pop | |||
Müddət | 97 dəq. | |||
Leybl |
Rykodisc Virgin |
|||
Albom xronologiyası | ||||
|
Mean Girls: Music from the Motion Picture 21 sentyabr, 2004-cü ildə, DVD formatında buraxılmışdı.
Yuxarıda göstərilmiş melodiyalardan başqa, filmdə həmçinin soundtrek siyahısına düşməyən, lakin filmdə səslənən mahnılar da vardır. Onlar içərisində "Pass That Dutch" — Missi Elliott, "Naughty Girl" — Beyonse, "Beautiful" — Kristina Agilera, "Fire" — Busta Rhymes, "At Seventeen" — Janis Ian, "Halcyon + On + On" — Orbital, "Love's Theme" — Unlimited Orchestra və digər musiqiçilərin ifalarını nümunə kimi göstərmək olar.
Teatr nümayişlərindən 5 ay sonra, film 21 Sentyabr 2004-cü ildə Şimali Amerikada VHS və DVD formatlarında buraxılmışdı. Çap edilmə zamanı film geniş ekranlı xüsusi kolleksiya versiyasında, bir neçə silinmiş səhnə, treyler və 3 qısametrajlı versiyalar da əlavə edilməklə satışa buraxılmışdı.[13] Filmin Blu-ray versiyasının relizi 14 aprel 2009-cu ildə baş tutmuşdu.
Meraya Keri bir neçə dəfə öz intervyularında bu filmin fanatı olduğunu açıqlamışdı və o hətta bunun sübutu olaraq filmdən sitatlarda gətirmişdi. Kerinin "Obsessed" sinqlında o interlyud sitatı olaraq "Niyə sən mənimlə belə mübtəlasan?" — bu ifadəni filmdə Recina demişdi. Kerinin həyat yoldaşı Nik Kennonun dediyinə görə, sinql özü filmin süjetindən ilhamlanaraq yaranmışdı.[14] 2013-cü ildə American Idolun epizodların birində, Meraya bu filmə yenidən istinad etdi.
İntervyu zamanı Tina Fey qeyd etmişdir ki, "Böyüklər üçün Yaramaz qızlar məzəli gələn və güldürməyi bacaran bir filmdir. Gənclər isə bu filmə bir realiti şou kimi baxırlar, çünki süjet xəttində cərəyan edən hadisələr onların şəxsi həyatına, onların real təcrübələrinə çox yaxındır və buna görə də onlar filmə baxarkən gülmürlən — onlar həqiqətən də təəssürat içərisində olurlar".[15] Entertainment Weekly ümumilikdə filmə yaxşı rəy verərək onu "məktəb mövzusuna satira janrında çəkilmiş filmlər sırasında ən yaxşı" adı vermişdi. 2006-cı ildə Entertainment Weekly Yaramaz qızlara "12 bütün zamanlarda məktəb mövzusunda çəkilmiş filmlər sırasında ən yaxşı" adını vermişdİ və bunu "Lindsi Lohanın bu filmin çəkilişlərində iştirakı, əlbəttə filmə böyük marağın gətirildiyi" ilə izah etmişdi və Tinanın qeyd etdiyi kimi, "bu Lohanın ən yaxşı debyut rolu idi"[16]. Texniki olaraq film komediya adlandırılsa da, filmdə dram janrını əks etdirən çoxlu səhnələr mövcuddur.[17]
28 yanvar 2013-cü ildə Tina Fey "Yaramaz qızların" myuziklın adaptasiya verisyasının inkişaf etdirilyini təsdiqlədi. Keti Beyts myuziklın yazıçısı, 30 Rock qrupu isə bəstəkarı olacaq, Tina Feyin həyat yoldaşı Ceff Riçmond musiqi üzrə işləyəcək. Paramount da bura cəlb olunacaq.[18]
PC və Nintendo DS üçün hazırlanmış oyun 2009-cu ildə buraxılmışdı.[19] Videooyunda fərqli xarakterlər təsvir edilir.
Direkt videoda (DVD) filmin davamı olan "Yaramaz qızlar 2" filmi ABC Familydə 21 yanvar 2011-ci ildə efirə çıxmışdı. DVD versiya 1 fevral 2011-ci ildə satışa buraxılmışdı. İkinci film avtonom davam kimi çəkilmişdi, buna görə də əvvəlki filmin süjetini özündə əsas məqsəd daşımır. Aktyorların hamısı (Tim Medovsdan başqa) yenilənib. Filmin rejissoru Melani Mayrondur, baş rollarda Meqan Cett Martin və Cennifer Stoun çəkilmişlər.
<ref>
teqi; Boxofficemojo
adlı istinad üçün mətn göstərilməyib