Yarpaq fırfırası

Yarpaq fırfırası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yarpaq fırfırası
Beynəlxalq elmi adı

Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir.

Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır. Tırtılın inkişafı 24-28 gün çəkir. Yaşlı tırtıllar inkişafını başa vurduqdan sonra cavan zoğların üzəri ilə hərəkət edərək, ağacın gövdəsinin qabıqaltı yarıqlarına girir və orada ağ baramacıq içərisində puplaşırlar. Pup mərhələsi 20-25 gün çəkir.[1] Havanın rütubətliliyindən və əsasən temperaturundan asılı olaraq kəpənəklərin uçuş müddəti müxtəlif vaxtlarda olur. Kəpənəklərin pupdan təbiətə uçuşu, adətən iyun ayının birinci yarısına düşməklə iyun ayından avqust ayının ortalarınadək davam edir. Şəkildən göründüyü kimi kəpənəklərin uçuşu Abşeron ərazisində 18-22oC temperaturda iyun ayının əvvəllərindən, kütləvi uçuş isə 5 iyulda başlayır. Uçuş avqust ayının ortalarında qurtarır. Uçuş müddəti 70-75 gün çəkir. Yumurtaqoyma iyun ayının axırında başlayır və iyul ayının əvvəlində (6-8 gün) qurtarır. Bir dişi fərd, yarpaqların alt səthinə, bəzən də zoğlar üzərinə 120-130 ədəd yumurta qoyur. 10-15 gündən sonra yumurtalardan tırtıllar çıxır və qidalanırlar. Qidalanma müddəti 65-75 gün çəkir. Bundan sonra onlar qışlamaya gedirlər. İldə bir nəsil verir.[2]

Rusiya, Azərbaycan, Qafqaz, Moldova, Ukrayna, Yaponiya, Koreya, Şərqi Avropa ölkələrində yayılıb.

  1. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  2. Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, -388 səh.