Yeji Andjeyevski | |
---|---|
pol. Jerzy Andrzejewski | |
| |
Doğum tarixi | 19 avqust 1909[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1983[3][4][…] (73 yaşında) |
Vəfat yeri |
|
Uşağı | 2 |
Fəaliyyəti | ssenarist, siyasətçi, yazıçı, dramaturq, jurnalist, romançı |
Əsərlərinin dili | polyak dili[3] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yeji Andjeyevski (pol. Jerzy Andrzejewski, 19 avqust 1909[1][2][…], Varşava[5][3] – 19 aprel 1983[3][4][…], Varşava[3]) — polyak yazıçı. Onun əsərlərinin əsas mövzusunu insan həyatında həqiqi mənəvi dəyərlərin axtarışı təşkil edir. Yazıçının bir neçə roman və povesti əsasında film çəkilib.
İlk böyük əsərini — "Ürək ahəngi"ni (1938) katolisizm əxlaqı əsasında qələmə alıb. 1945-ci ildə Miloş Çeslav ilə birlikdə Vladislav Şpilman haqqında olan filmin ssenarisi üzərində işləyib. Ssenariyə senzura tərəfindən "əl gəzdiriləndən" sonra Miloş həmmüəlliflikdən imtina edib (yazıçıların yolları burada ayrılıb və sonralar Miloş özünün antitotalitar traktatında — "Qul edilmiş ağıl" (1953) əsərində Andjeyevskini Alfa-moralist kimi təqdim edib).
Özünün "Kül və almaz" (1948) romanında Andjeyevski Polşada sovetyönümlü hakimiyyətin ilk illərində sinfi mübarizənin etik problemlərinə toxunmuşdur. Yazıçının tarixi əsərləri olan "Zülmət yer üzünü örtür" (1957) (Stalinin ölümündən bir müddət sonra qələmə alınıb) və "Cənnət darvazaları"nda (1960) humanizm ruhunda insan mövcudluğunun problemlərindən bəhs olunur. Onun "Dağlarda çapır-gedir" (1963) romanı burjua incəsənətinə parodiyadır.
Andjeyevski 1960-cı illərin əvvəllərindən dövlətin rəsmi siyasətinə və ideologiyasına qarşı müxalifətə keçmişdir. Ömrünün sonlarına yaxın Fəhlələrin Müdafiə Komitəsinin həmtəsisçilərindən biri və "Həmrəylik" hərəkatının fəal müdafiəçisi olmuşdur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |