Yelizaveta Luzan | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yelizaveta Luzan | |||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Liza[1] | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Odessa, Ukrayna | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 0 in) | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2018— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi |
Mariana Vasileva Siyana Vasileva Kamil Quliyev (xoreoqraf) |
|||||||||||||||||||||||||||||||||||||
İdman dərəcəsi | ||||||||||||||||||||||||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yelizaveta Luzan (14 mart 2003) — Azərbaycanı təmsil edən bədii gimnast,[2] idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Yelizaveta Luzan Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə[a] baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Yelizaveta Luzan həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva[b], Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi.
Yelizaveta Luzan 2003-cü il martın 14-də anadan olub. 2014-cü ildə ailəsi ilə birgə Azərbaycana gəlib. 8 yaşından idmanla məşğul olur. Ocaq İdman Klubunun üzvüdür.
Subaydır.
Yelizaveta Luzan 2014-cü ildə baş tutan Azərbaycan Birinciliyinin fərdi turnirdə qalibi oldu. Bu 11 yaşlı Yelizaveta Luzanın birinci uğuru idi. Daha sonra Yelizaveta Luzan 2015-ci ildə Azərbaycan Birinciliyini və 2016-cı ildə Şəhər Çempionatını gümüş medallarla başa vurdu.
Yelizaveta Luzanın beynəlxalq arenada birinci turniri 2016-cı ilin aprelində Polşada baş tutan gənclər arasında Baltic Cup beynəlxalq turniri oldu.[3][4] Həmin turnirdə Luzan turniri 8-ci pillədə başa vurdu.[5] Daha sonra Yelizaveta Luzan iyulda Qazaxıstanda baş tutan gənclər arasında Zhuldyz Cup beynəlxalq turnirində mübarizə aparsa da, medala sahib ola bilmədi.[6][7][8]
Daha sonra Yelizaveta Luzan 2017-ci ilin noyabrında Gent şəhərində baş tutan gənclər arasında Happy Cup beynəlxalq turnirində çıxış eləsə də, turniri medalsız başa vurdu.[9][10]
Yelizaveta Luzanın 2018-ci ildə birinci turniri yanvarda Norveçin Oslo şəhərində baş tutan gənclər arasında Adger Cup beynəlxalq turniri oldu. Bu turnirdə də Luzan medala sahib ola bilmədi.[11][12]
Daha sonra Yelizaveta Luzan fevralda Rusiyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[13] Nəticələrinə əsasən Azərbaycan yığması Buenos-Ayres Olimpiadasına bir vəsiqə qazandı.
Yelizaveta Luzan 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı.[14]
Yelizaveta Luzan təsnifat mərhələsinin birinci günündə halqala çıxışında 12.550 balla 26-cı pillədə, topla çıxışında isə 13.425 balla 21-ci pillədə qərarlaşdı.[15] Təsnifat mərhələsinin növbəti günündə isə Yelizaveta Luzan gürzlə çıxışında 14.700 balla 17-ci pillənin, lentlə çıxışında isə 12.750 balla 15-ci pillənin sahibi oldu. Bununla da Yelizaveta Luzan Buenos-Ayres Olimpiadasını ümumi nəticədə 52.725 balla 36 gimnast sırasında 22-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə aparan gimnastların hər biri həm də ulduz idmançıların adına olan qarışıq qruplarda mübarizə apardı. Turnirin nəticələrinə əsasən Yelizaveta Luzanın da təmsil olunduğu Simona Baylzın qrupu Buenos-Ayres Olimpiadasının qalibi oldu.[16]
2020-ci ilin əsas turniri avqustda Yaponiyada baş tutmalı olan XXXII Yay Olimpiya Oyunları idi. Olimpiadada mübarizə aparmaq üçün lisenziyalar 2019-cu ilin sentyabrında Azərbaycanda baş tutan Dünya Çempionatında verildi. Həmin tunirdə mübarizə aparan Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup nəticələrə əsasən olimpiya lisenziyasına sahib oldu.
2020-ci ilin əvvəlindən bütün dünyanın COVID-19 pandemiyası cənginə aldı. Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul elədi.[17] Həmçinin 20–24 mayda Kiyev şəhərində baş tutmalı olan Avropa Çempionatı da təxirə salındı. Bundan sonra olimpiadada debüt üçün daha bir il gözləməli olan Azərbaycanın əsas yığmasının bir sıra — Aliyə Paşayeva, Ayşən Bayramova və Diana Əhmədbəylinin yığmadan uzaqlaşdı. Bundan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva tərəfindən yeni qrup formalaşdırıldı. Köhnə qrupun heyətindən sadəcə Darya Sorokina və Zeynəb Hümmətova yeni qrupun heyətində də yer aldı. Qrupun digər üzvləri isə gənclərdən ibarət qrupun əsas üzvləri Ləman Əlimuradova, Məryəm Səfərova və Yelizaveta Luzan oldu.
Təxirə salınan Avropa Çempionatının 26–30 noyabrda Kiyev şəhərində baş tutması qərara alındı.[18] Bu turnirdə Azərbaycanı Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi.[19] Komanda əvvəlcə 5 topla turnirin təsnifat mərhələsində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 34.600 balla qiymətləndirilən qrup təsnifat mərhələsini altı qrup sırasında birinci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu həm də ümumi turnirdə Azərbaycan yığmasının medal şanslarını artırdı. 3 halqa / 4 gürz turnirində isə qrupun çıxışı referilər tərəfindən 31.700 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri altı qrup arasında sadəcə İsrail (33.475 bal) gimnastlarından geri qaldı. Bu nətilərə əsasən Azərbaycan qrupu bu turnirin də final mərhələsinə vəsiqə qazandı. Ümumi turnirdə isə Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 66.300 balla Avropa Çempionatının gümüş medalına sahib oldu.[20][21] Turnirin qalibi isə 67.575 balla İsrail gimnastları oldu. Həmçinin Azərbaycan gimnastları altı ildən sonra birinci dəfə qrup turnirində Avropa Çempionatının medalına sahib oldu. Avropa Çempionatında həmçinin gənclər və seniorlardan ibarət qrupların nəticələrinin cəminə əsasəndə medallar verildi. Bu nəticələrə əsasən gənclərdən və seniorlardan ibarət Azərbaycan qrupu turnirin bürünc medallarına sahib oldu.[22] Daha sonra Azərbaycan qrupu ayrı-ayrı alətlər üzrə final mərhələlərində mübarizə apardı. Qrup əvvəlcə 5 halqa ilə turnirin final mərhələsində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 31.450 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən altı qrup sırasında dördüncü pillənin sahibi oldu. Turnirin sonunda Azərbaycan qrupu 3 halqa / 4 gürz turnirinin final mərhələsində mübarizə apardı. Referilər tərəfindən çıxışı 30.650 balla qiymətləndirilən qrup nəticələrə əsasən Avropa Çempionatının bürünc medalına sahib oldu.[23][24]
2021-ci ildə də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının əsas qrupu Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət oldu. Bu qrupun birinci turniri 26–28 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan FIG World Cup beynəlxalq turniri oldu.[25] Turnirin birinci günü qup beş topla turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 37.450 balla qiymətləndirilən qrup nəticələrədə əsasən 11 qrup sırasında üçüncü pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Üç halqa / dörd gürz turnirinin təsnifat mərhələsində isə qrupun çıxışı 33.500 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri 11 qrup sırasında dördüncü pillənin sahibi oldu və bu turnirin də final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 70.950 bal topladı. Bu nəticələrə əsasən Azərbaycan qrupu sadəcə Bolqarıstan təmsilçilərindən (84.350) geri qaldı və turnirin gümüş medalına sahib oldu.[26] Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Azərbaycan qrupu əvvəlcə beş topla turnirdə mübarizə apardı. Bu turnirdə qrup uğursuz çıxış elədi və 26.400 balla 8 qrup sırasında sonuncu, 8-ci pillədə qərarlaşdı. Üç halqa / dörd gürz turnirinin final mərhələsində isə Azərbaycan qrupunun çıxışı referilər tərəfindən 33.450 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup turnirin bürünc medalına sahib oldu.[27]
İlin növbəti nüfuzlu turniri 6–10 mayda Azərbaycanda baş tutan FIG World Cup beynəlxalq turniri oldu.[28] Bu turnirdə də Azərbaycan qrupunun heyəti Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət idi. Komanda əvvəlcə beş topla turnirin təsnifat mərhələsində mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 43.000 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri 11 qrup sırasında üçüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Üç halqa / dörd gürz turnirində isə qrup 38.850 balla 11 qrup sırasında dördüncü pillənin sahibi oldu. Bu nəticələrə əsasən Azərbaycan gimnastları final mərhələsinə vəsiqə qazansa da, ümumi nəticədə medal qazana bilmədi. Komanda ümumi nəticədə turniri 81.850 balla 11 qrup sırasında dördüncü pillədə başa vurdu.[29] Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Azərbaycan gimnastları əvvəlcə beş topla turnirin final mərhələsində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 44.000 balla qiymətləndirilən qrup turniri üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu. Daha sonra qrup üç halqa / dörd gürz turnirinin final mərhələsində mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları turniri 37.600 balla 8 idmançı sırasında beşinci pillədə başa vurdu. Bununla da Azərbaycan qrupu turniri cəmi bir bürünc medalla başa vurdu.[30]
İlin birinci nüfuzlu turniri 8–14 iyunda Bolqarıstanın Varna şəhərində baş tutan Avropa Çempionatı oldu. Bu turnirdən əvvəl bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qrupun heyətində əvəzləmə elədi. Məryəm Səfərova qrupun heyətindən çıxarıldı və qrupa Nərminə Səmədova daxil edildi. Nərminə Səmədova heç bir zaman qrup turnirlərdə çıxış eləməmişdi. Səmədova 2014–2019-cu illərdə fərdi turnirlədə çıxış eləmişdi və bir-sıra beynəlxalq turnirlərdə medallara sahib olmuşdu.[31]
Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun birinci turniri Avropa Çempionatı oldu. Komanda əvvəlcə çempionatın təsnifat mərhələsində mübarizə apardı. Beş topla turnirdə çıxışı referilər tərəfindən 41.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən 18 qrup sırasında yeddinci pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. 3 halqa / 2 gürz turnirində isə qrup uğurla çıxış elədi. Kompozisiyası refeirilər tərəfindən 40.475 balla qiymətləndirilən qrup nəticələrə əsasən dördüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Beş topla turnirin çıxışı uğursuz olduğuna görə bu ümumi nəticəyə ciddi təsir elədi. Nəticədə Azərbaycan təmsilçiləri 82.225 balla 18 qrup sırasında yeddinci pillənin sahibi oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş topla turnirin final mərhələsində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 43.700 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən turniri altıncı pillədə başa vurdu. 3 halqa / 2 gürz turnirində də qrup medala sahib ola bilmədi. Komandanın çıxışı referilər tərəfindən 41.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən turnrii dördüncü pillədə başa vurdu. Bununla da qrup Avropa Çempionatını medalsız başa vurdu.[32]
XXXII Yay Olimpiya Oyunları
İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı. Heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi.[33]
Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı. Komanda turnirində bürünc medala sahib olan Azərbaycan qrupu ümumi turnirdə, 5 topla turnirdə və 3 halqa / 2 gürz turnirində də bürünc medalların sahibi oldu.[34]
COVID-19 pandemiyası səbəbilə təxirə salınan XXXII Yay Olimpiya Oyunları 22 iyul-8 avqustda Yaponiyada baş tutdu.[35] Azərbaycan sonuncu dəfə bədii gimnastların qrup turnirində 12 il əvvəl təmsil olunmuşdu.[36] Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup iyulun 7-də mübarizə apardı. Təsnifat mərhələsində qrup əvvəlcə 5 topla proqramı icra elədi. Nəticədə qrupun çıxışı referilər tərəfindən 36.700 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup beş topla turnirdən sonra 14 qrup sırasında 10-cu pillədə qərarlaşdı. Daha sonra gimnastlar 3 halqa / 2 gürz turnirində mübarizə apardı. Bu səfər qrupun çıxışı referilər tərəfindən 37.650 balla qiymətləndirildi. Nəticədə qrup onuncu pillədə qərarlaşdı. Ümumi nəticələrə əsasən isə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup təsnifat mərhələsini 74.350 balla onuncu pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.
Olimpiadadan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva Azərbaycan qrupunun heyətində əvəzləmə elədi. Nərminə Səmədova qrupun heyətindən çıxırıldı və onun əvəzinə qrupa Güllü Ağalarzadə daxil edildi. 18 yaşlı Güllü Ağalarzadə gənclər arasında beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atmışdı.
Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrupun birinci turniri Yaponiyanın Kitayuşu şəhərində baş tutan Dünya Çempionatı oldu.[37] Çempionatın təsnifat mərhələsində qrup əvvəlcə beş topla turnirdə mübarizə apardı. Çıxışı referilər tərəfindən 39.600 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən 18 qrup sırasında altıncı pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 halqa / 2 gürz turnirində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 38.000 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri 8-ci pillənin sahibi oldu. Ümumi nəticədə isə qrup 77.600 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.[38] Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş topla turnirin final mərhələsində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 38.050 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən turniri altıncı pillədə başa vurdu. 3 halqa / 2 gürz turnirində də qrup medala sahib ola bilmədi. Komandanın çıxışı referilər tərəfindən 38.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən turnri altıncı pillədə başa vurdu.
2022-ci ilin birinci nüfuzlu turniri 22–24 apreldə Azərbaycanda baş tutan FIG World Cup turniri oldu. Bu turnirdə Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi.[39] Komanda əvvəlcə təsnifat mərhələsində beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 33.050 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən 14 qrup sırasında sadəcə İtaliya gimnastlarından geri qaldı. Daha sonra Azərbaycan gimnastları 3 lent və 2 topla proqramı icra elədi. Bu çıxışı referilər tərəfindən 30.600 balla qiymətləndirilən Azərbaycan qrupu bu səfər də 14 qrup sırasında sadəcə İtaliya gimnastlarından geri qaldı. Ümumi nəticədə Azərbaycan gimnastları 63.650 balla turnirin gümüş medalına sahib oldu.[40][41] Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələləri baş tutdu. Azərbaycan gimnastları əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Komandanın bu çıxışı referilər tərəfindən 32.850 balla qiymətləndirildi. Azərbaycan təmsilçilərinin əsas rəqibi hesab olunan İtaliya nümayəndəsi isə 0.400 bal az — 32.450 bal topladı. Bununla da Azərbaycan qrupu turnirin qızıl medalına sahib oldu.[42] 3 lent və 2 topla proqramda isə Azərbaycan gimnastları uğursuz çıxış elədi. Kompozisiyası referilər tərəfindən 24.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən turniri beşinci pillədə başa vurdu. Bununla da Azərbaycan qrupu turniri bir qızıl və bir gümüş medalla başa vurdu.
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti turniri 20–22 mayda İspaniyanın Pamplona şəhərində baş tutan FIG World Challenge Cup turniri oldu. Komanda əvvəlcə təsnifat mərhələsində beş halqa ilə turnirdə mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 29.600 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri 10 qrup sırasında beşinci pillədə qərarlaşdı və turnirin final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 lent və 2 topla proqramını icra elədi. Bu səfər qrupun çıxışı referilər tərəfindən 29.650 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan gimnastları 10 qrup sırasında üçüncü pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Beş halqa ilə proqramda qrupun aşağı bal alması ümumi nəticəyə təsir elədi. Nəticədə Azərbaycan gimnastları ümumi nəticədə 59.250 balla dördüncü pillənin sahibi oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələləri baş tutdu. Azərbaycan gimnastları əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Komandanın bu çıxışı referilər tərəfindən 31.000 balla qiymətləndirildi. Bu nəticələrə əsasəb Azərbaycan qrupu turnirin bürünc medalına sahib oldu. 3 lent və 2 topla proqramda isə Azərbaycan gimnastlarının çıxışı referilər tərəfindən 27.550 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup növbəti dəfə turnirin bürünc medalına sahib oldu.[43]
2022-ci ilin birinci nüfuzlu turniri 15–20 iyunda İsrailin Təl-Əviv şəhərində baş tutan Avropa Çempionatı oldu. Bu turnirdə Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Turnirin təsnifat mərhələsində qrup əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 33.600 cabbal qiymətləndirilən Azərbaycan gimnastları nəticələrə əsasən üçüncü pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 lent / 2 top turnirində çıxış elədi. Bu səfər qrupun çıxışı referilər tərəfindən 31.800 balla qimətləndirildi. Nəticədə üçüncü pillənin sahibi olan Azərbaycan təmsilçiləri turnirin final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə Azərbaycan gimnastları 65.400 balla Avropa Çempionatının bürünc medalına sahib oldu.[44] Turnirin növbəti günü ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirin final mərhələsində mübarizə apardı. Çıxışı referilər tərəfindən 34.750 balla qiymətləndirilən qrup Avropa Çempionatının bürünc medalına sahib oldu. Komanda daha sonra 3 lent / 2 top proqramını icra elədi. Bu səfərdə Azərbaycan gimnastları uğurlu oldu. Kompozisiyası 31.900 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri növbəti dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Azərbaycan qrupu Avropa Çempionatını üç bürünc medalla başa vurdu.[45]
Avropa Çempionatında uğurlu çıxışdan sonra Azərbaycan gimnastlarının növbəti turniri 8–18 avqustda Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunları oldu.[46] Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup bu turnirdə də Azərbaycanı təmsil elədi. Avqustun 12-də qrup əvvəlcə beş halqa ilə turnirdə çıxış elədi. Komanda bu turnirdə 29.950 bal topladı və sadəcə Özbəjistanı təmsil edən qrupdan geri qaldı. Komanda daha sonra 3 lent / 2 top turnirində mübarizə apardı. Bu turnirdə qrupun çıxışı referilər tərəfindən 32.750 balla qiymətləndirildi və qrup turniri birinci pillədə başa vurdu. Ümumi nəticədə Azərbaycan gimnastları 62.700 balla V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[47] Avqustun 14-də isə ayrı-ayrı turnirlərdə final mərhələsi baş tutdu. Əvvəlcə beş halqa ilə turnirdə mübarizə aparan qrup bu səfər də uğursuz oldu. Komandanın çıxışı 34.700 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan gimnastları sadəcə Özbəjistanı təmsil edən qrupdan 0.50 bal geri qaldı və islamiadanın gümüş medalına sahib oldu. Növbəti final mərhələsi isə 3 lent / 2 top turnirində oldu. Bu turnirdə Azərbaycan təmsilçilərinin çıxışı 30.300 balla qiymətləndirildi. Nəticədə Azərbaycan qrupu turnirin qalibi oldu. Bu nəticələrə əsasən Azərbaycan gimnastları V İslam Həmrəyliyi Oyunlarını 2 qızıl və 1 gümüş medalla başa vurdu.[48]
2022-ci ilin əsas turniri 14–18 sentyabrda Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatı oldu.[49] Bu turnirdə Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva (ehtiyat gimnast), Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi.[50] Komanda əvvəlcə təsnifat mərhələsində mübarizə apardı. Beş halqa ilə turnirdə Azərbaycan təmsilçiləri uğursuz çıxış elədi. Nəticədə qrupun çıxışı referilər tərəfindən 30.000 balla qiyətləndirildi. Bu nəticələrə əsasən gimnastlar 30 qrup sırasında 14-cü pillənin sahibi oldu. Bundan sonra qrupun ümumi nəticədə medal qazanması şansları azaldı və qrupun əsas məqsədə 3 lent / 2 gürz turnirində uğura nail olmaq idi. Bu turnirdə Azərbaycan gimnastların çıxışı referilər tərəfindən 29.250 balla qiymətləndirildi. Nəticədə qrup dördüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[51] Ümumi nəticədə isə qrup 59.250 balla doqquzuncu pillədə qərarlaşdı.
Turniri son günü ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Azərbaycan gimnastları cəmi bir turnirdə — 3 lent / 2 gürz turnirində mübarizə aparırdı. 18 sentyabr Azərbaycan idman tarixi üçün əlamətdar bir gün oldu. 3 lent / 2 gürz turnirinin final mərhələsində 8 qrup mübarizə aparırdı. Kompozisiyasını birinci nömrə altında Azərbaycan gimnastları təqdim elədi. Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun çıxışı referilər tərəfindən 30.750 balla qiymətləndirildi və birinci pillədə qərarlaşdı. Bundan sonra Azərbaycan gimnastları çıxış edən 7 qrupun nəticələrini gözləməli idi. Üç nömrə altında çıxış edən İtaliya qrupu Azərbaycan gimnastlarından 0.700 bal çox alaraq qrupu geridə qoydu. Daha sonra turnirin favoriti, artıq 2 gümüş medala sahib olan İsrail gimnastları mübarizə apardı. İsrail gimnastlarının çıxışı uğursuz oldu və nəticədə İsrail gimnastları Azərbaycan qrupundan geridə qaldı. Altı nömrə altında çıxış edən Bolqarıstan təmsilçiləri Azərbaycan qrupundan 2.250 bal çox alaraq qrupu geridə qoydu və nəticədə Azərbaycan gimnastları üçüncü pillədə qərarlaşdı. Medalın taleyi sonun çıxış edən İspaniya qrupundan asılı idi. İspaniya gimnastları buna qədər turnirdə 2 bürünc medala sahib olmuşdu, amma bu səfər İspaniya qrupu uğursuz çıxış elədi və 28.450 balla beşinci pillədə qərarlaşdı. Bu minvalla da Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu gimnastlar birinci dəfə qrup turnirində Dünya Çempionatının medalına sahib olmaqla Azərbaycan idman tarixinə düşdülər.[52]
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 2022-ci ili 3 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurdu.[53] 2022-ci ilin nəticələrinə əsasən qrup AGF tərəfinən ilin gimnastı ödülünə layiq görüldü.[54]
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun 2023-cü ildə birinci turniri 8–10 apreldə Fransanın Tyer şəhərində baş tutan FIG Fransa Qran-Prisi turniri oldu. Komanda əvvəlcə beş halqa ilə turnirin təsnifat mərhələsində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 30.300 balla qiymətləndirilən qrup təsnifat mərhələsini beşinci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. 3 lent / 2 top turnirində isə qrupun çıxışı 27.500 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup dördüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə Azərbaycan gimnastları 57.800 turniri dördüncü pillədə başa vurdu.
Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirin final mərhələsində çıxış elədi və 32.250 balla turnirin bürünc medalına sahib oldu. Daha sonra qrup 3 lent / 2 top turnirində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 30.550 balla qiymətləndirilən qrup turnirin gümüş medalına sahib oldu. Bununla da Azərbaycan gimnastları turniri bir gümüş və bir bürünc medalla başa vurdu.[55]
Qrupun növbəti turniri 20–24 apreldə Azərbaycanda baş tutan FIG World Cup turniri oldu.[56] Komanda əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 33.500 balla qiymətləndirilən Azərbaycan gimnastları 14 qrup sırasında üçüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[57] Daha sonra qrup 3 lent / 2 top turnirində çıxış elədi. Bu turnirində qrupun çıxışı 32.250 balla qiymətləndirildi və bu nəticələrə əsasən qrup sadəcə Çin təmsilçilərindən 1.150 bal geri qaldı. Ümumi nəticədə isə qrup 65.750 balla sadəcə İsrail və Çin gimnastlarından geri qaldı və turnirin bürünc medalına sahib oldu.
Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirin final mərhələsində çıxış elədi və 32.950 balla turniri dördüncü pillədə başa vurdu. Daha sonra qrup 3 lent / 2 top turnirində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 32.300 balla qiymətləndirilən qrup turnirin bürünc medalına sahib oldu. Bununla da Azərbaycan gimnastları turniri 2 bürünc medalla başa vurdu.[58]
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti sınağı 30 aprel-2 mayda Portuqaliyanın Portimao şəhərində baş tutan FIG World Challenge Cup turnirində mübarizə apardı. Komanda ümumi nəticədə 61.000 balla turnirin bürünc medalına sahib oldu.[59] Ayrı-ayrı alətlər üzrə final mərhələsində isə qrup medala sahib ola bilmədi. Komanda beş halqa ilə turnirdə 32.150 balla, 3 lent / 2 topla turnirdə isə 29.350 balla dördüncü pillənin sahibi oldu.
2023-cü ilin birinci nüfuzlu turniri Avropa Çempionatı oldu. 16–22 mayda Azərbaycanda baş tutan Avropa Çempionatında Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Mayın 21-də qrup əvvəlcə 3 lent / 2 top turnirində mübarizə apardı. Kompozisiyasını səhvsiz təqdim edən qrupun çıxışı referilər tərəfindən 32.500 balla qiymətləndirildi. Bu nəticəyə əsasən Azərbaycan təmsilçiləri 18 qrup sırasında birinci pillənin sahibi oldu. Daha sonra qrup beş halqa ilə turnirdə çıxışını təqdim elədi. Proqramın icrası Azərbaycanın milli musiqisisinin sədaları altında icra edildi. Bu proqram qrupun nəticəsi aşağı oldu — 32.900 bal. Bu nəticələrə sasən Azərbaycan gimnastları təsnifat mərhələsini 8-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı, amma bu uğursuz çıxış ümumi nəticəyə təsir elədi. Nəticədə Azərbaycan qrupu 65.400 balla Avropa Çempionatının bürünc medalına sahib oldu.
Turnirin növbəti günü isə 5 halqa və 3 lent / 2 topla turnirin final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə proqramı icra eləsə də, qrupun çıxışı uğursuz oldu. Nəticədə qrup 32.800 balla turniri sonuncu, 8-ci pillədə başa vurdu. Daha sonra qrup 3 lent / 2 topla turnirdə çıxış elədi. Komanda ötən gün təsnifat mərhələsində birinci pillənin sahibi olmuşdu və bu səfər də medala iddialı. Komandanın çıxışı referilər tərəfindən 32.250 balla qiymətləndirildi. Bu nəticəyə əsasən Azərbaycan qrupu birinci pillədə qərarlaşdı. Azərbaycan təmsilçilərindən sonra daha üç qrup — Fransa, Yunanıstan və İspaniya mübarizə apardı. Medala əsas iddialı olan qrup İspaniya idi. Sonuncu sırada çıxış edən İspaniya qrupu nəticədə üçüncü pillənin sahibi oldu. Bununla da Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 39-cu Avropa Çempionatının qızıl medalına sahib oldu.[60] Bu Azərbaycan idmanı tarixində ciddi uğur idi. Azərbaycan müstəqil olduğu 32 il ərzində bədii gimnastların Avropa Çempionatında heç bir zaman qrup turnirində qızıl medala sahib olmamışdı. Ümumiyyətlə isə bu günə qədər cəmi bir gimnast — Aliyə Qarayeva 2007-ci ildə fərdi turnirdə qalib olmuşdu. Həmçinin qrupun heyətində bir legioner belə yer almamışdı. Bu da azərbaycanlıların Avropa Çempionatında birinci qızıl medalı olaraq tarixə düşdü. Çempionluğdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olan Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovaya, həmçinin fərdi turnirdə bürünc medala sahib olan Zöhrə Ağamirovaya qazanılan uğura görə minnətdarlığını bildirdi.[61]
Avropa Çempionatı[e] | Ukrayna | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Bolqarıstan | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
Avropa Çempionatı | Bolqarıstan | T | |||||||||
F | |||||||||||
FIG İsrail Qran-Prisi | İsrail | F | |||||||||
Olimpiya Oyunları[f] | Yaponiya | T | |||||||||
F | |||||||||||
Dünya Çempionatı | Yaponiya | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
FIG World Challenge Cup | İspaniya | T | |||||||||
F | |||||||||||
Avropa Çempionatı | İsrail | T | |||||||||
F | |||||||||||
İslam Həmrəyliyi Oyunları | Türkiyə | T | |||||||||
F | |||||||||||
Dünya Çempionatı | Bolqarıstan | T | |||||||||
F | |||||||||||
FIG Fransa Qran-Prisi | Fransa | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
FIG World Challenge Cup | Portuqaliya | F | |||||||||
Avropa Çempionatı | Azərbaycan | T | |||||||||
F |
2020–2021 | 2021[g] | 2021— | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
|
|
| ||||||||
Seniorlar | Seniorlar | Seniorlar | ||||||||
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atıb.