Yemişan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Yemişan |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yemişan (lat. Crataegus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. ASE və bəzi başqa qaynaqlarda cinsin adı səhvən Grataegus kimi verilmişdir. [3]
Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvaridir. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari giləmeyvəyəoxşar lətli və şirəli meyvəsi olur. Meyvəsi yetişən vaxt qırmızı, qara, şabalıdı və s. rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir.[mənbə göstərin]