Yohan Kroyf Arena | |
---|---|
Johan Cruijff ArenA | |
![]() | |
![]() Yuxarıdan görünüşü | |
![]() |
|
Tam adı | Johan Cruijff Arena |
Yeri |
Arena Boulevard 29, Amsterdam, ![]() |
Təməli qoyulub | 1993 |
Tikilib | 1996 |
Açılış tarixi | 14 avqust 1996 |
Tikinti xərcləri | 140 milyon avro |
Sahibi | Amsterdam bələdiyyəsi |
Tamaşaçı tutumu | 53.346[1] |
Ev sahibi komanda | Ayaks AFK |
Meydançanın ölçüləri | 105 x 68 metr |
Ot örtüyü | təbii |
Rəsmi saytı | |
![]() |
Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib.
Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir.[2]
Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır.[3] Ən əhəmiyyətli xüsusiyyəti damının açılıb-bağlana bilməsidir. Tikilməsinə 96 milyon avro xərclənmişdir. Hazırkı dəyəri isə 140 milyon avro-dur. 2000-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmişdir. Stadionun ot örtüyü fırtına, yağış, qar kimi hadisələrə davamlıdır, amma dam bağlı olduğuna görə gün işığı görməyən otlar hər ay dəyişdirilməlidir. 8 dəqiqə ərzində boşaldıla bilən stadionda siqaret çəkmək qadağandır. UEFA-nın 5 ulduzlu stadionudur.[4] Maykl Cekson[5], Tina Torner, Devid Boui, Eminem, Robbi Vilyams, Selin Dion ve Madonna kimi müğənnilər burada konsert vermişdirlər.[6] 1998-ci ildə UEFA Çempionlar Liqasının finalı bu stadionda oynanmışdır. 2005-ci ildə məşhur futbol adamı Rinu Mişelsin ölümündən sonra ölümündən sonra Ayaks azarkeşləri bu stadionun Rinu Mişels stadionu olmasını istəmişdilər.
Tarix | Nəticə | Mərhələ | ||
---|---|---|---|---|
11 iyun 2000 | ![]() |
1–0 | ![]() |
D qrupu |
18 iyun 2000 | ![]() |
1–2 | ![]() |
C qrupu |
21 iyun 2000 | ![]() |
2–3 | ![]() |
D qrupu |
24 iyun 2000 | ![]() |
0–2 | ![]() |
¼ final |
29 iyun 2000 | ![]() |
0–0 | ![]() |
Yarımfinal |