Yohanna Donal

Yohanna Donal
alm. Johanna Aloisia Dohnal
Doğum tarixi 14 fevral 1939(1939-02-14)[1]
Doğum yeri
Vəfat tarixi 20 fevral 2010(2010-02-20)[1] (71 yaşında)
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d][2]
Dəfn tarixi 9 mart 2010[2]
Fəaliyyəti qadın hüquqları fəalı[d], siyasətçi, industrial management assistant[d]
Partiyası
johanna-dohnal.at
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yohanna Donal (alm. Johanna Aloisia Dohnal‎; 14 fevral 1939[1], Vyana[1]20 fevral 2010[1]) — müxtəlif illərdə Vyana Bələdiyyə Şurasının və Vyana Landtağının üzvü, Avstriya Parlamentinin aşağı palatasının üzvü və Avstriyanın üç federal hökumətində federal nazir, siyasətçisi və ictimai xadimi. Avstriyanın qadın məsələləri üzrə ilk federal naziri.

Yohanna Vyanada anadan olub. İbtidai və orta məktəbdə oxuduğu Penzinqdə nənəsi ilə birgə yaşamışdır[3]. Donal maddi çətinliklər üzündən yeniyetməlik dövründə ali təhsil ala bilmir. 1953-cü ildən bəri "sənaye məmuru" olaraq oxuyur və çalışır. Yohanna Donal 18 yaşında, 19 illik evlilikdən sonra boşanan Franz Donal ilə evlənir. Yohanna Donal iki uşaq dünyaya gətirir - oğlu Robert (1959-2008) və qızı İngrid (1961). 22 yanvar 2010-cu ildə Donal və uzun müddət vətəndaş nikahında olduğu Annemari Aufreyter ilə Avstriyada eynicislilərin nikahlarının qanuni qüvvəyə mindiyi andan bir müddət sonra rəsmi nikah bağlayırlar. Bir ay sonra Donal uzun sürən ürək problemlərindən şəhər mənzilində vəfat edir. Yohanna Donal Vyananın Mərkəzi Qəbiristanlığında dəfn olunur[4].

İctimai və siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1957 - Avstriya Sosial Demokrat Partiyasına qoşulma, siyasi karyeranın başlanğıcı;

1969 - Penzinq Bələdiyyə Şurasının üzvü;

1971 - Penzing Sosialistlərinin sədri seçilir;

1972 - ASDP-Vyana birinci qadın katib;

1973-1979 - Vyana Bələdiyyə Şurasının üzvü və Vyana Parlamentinin üzvü;

1979-1990 - Bruno Kreyski, Fred Zinovas və Franz Vranitski hökumətlərindəki Avstriyanın Federal Kansleri Ofisində Qadınlar üzrə Dövlət Katibi;

1980 - Kopenhagendə keçirilən 2-ci Dünya Qadınlar Konqresindəki Avstriya nümayəndə heyətinin rəhbəri, Konfransın vitse-prezidenti;

1987 - ASDP sədrinin müavini;

1987-1995 - Avstriya sosialistlərinin başçısı;

1993 - BMT İnsan Hüquqları Konfransının Qadın Hüquqları Komitəsinin rəhbəri;

1994 - Avstriya Milli Şurasının üzvü.

1992 - "İlin qadını" (jurnalist tanınması),

1994 - "Avstriya Respublikasına Xidmətlərə görə" Böyük qızıl medal,

2005 - "Vyana vətəndaşı" fəxri adı (Vyana fəxri vətəndaşlığından sonra ikinci ən vacib şəhər mükafatı)

  1. 1 2 3 4 5 6 Wer ist Wer.
  2. 1 2 Cemeteries in Vienna.
  3. "Johanna Dohnal" (alman). frauenmachengeschichte.at. 2020-10-26 tarixində arxivləşdirilib.
  4. "Johanna Dohnal" (alman). parlament.gv.at. 2019-05-31 tarixində arxivləşdirilib.