Yorkşir Heykəl Parkı | |
---|---|
ing. Yorkshire Sculpture Park | |
Əsası qoyulub | 1977[1] |
Mövzu | açıq hava |
Ölkə | |
Yerləşir |
Ueykfild, Vest-Bretton, Vest-Yorkşir, |
Ziyarətçi sayı | 300.000 |
Direktor | Peter Murray |
53°36′50″ şm. e. 1°34′10″ q. u.HGYO | |
ysp.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Yorkşir Heykəl Parkı (ing. Yorkshire Sculpture Park) və ya qısaca YHP (ing. YSP) — İngiltərənin Vest-Yorkşir qraflığında, Vest-Bretton prixodunda, Ueykfild şəhəri yaxınlığında yerləşən açıq hava qalereyası. Muzey kompleksində Henri Mur və Barbara Hepuort kimi britaniyalı və ya beynəlxalq sənətkarların əsərləri sərgilənir. Qalereyada sərgilənən Murun əsərlərindən ibarət kolleksiya sənətkarın Avropadakı ən böyük sərgisidir.[3] Heykəl parkı Bretton Holl park ərazisini əhatə edir və Vest-Yorkşir ilə İst-Yorkşir qraflıqları arasında yerləşir.
Park XX əsrin ortalarına kimi bir ailənin evi olmuş, daha sonra kollecə çevrilmiş Bretton Hollun yaxınlığında yerləşir.[4] Park ərazisində follilər, gözəl təbiət mənzərələri və XVIII əsrdən qalma memarlıq abidələrini görmək mümkündür. Bundan başqa burada maral parkı və maral qoruğu (ABŞ heykəltəraşı Ceyms Tarrell tərəfindən mənimsənilib), buz evi və kameliya evi yerləşir. Bəzi sənətkarlar öz əsərlərini bu parkda yaratmışdırlar. Məsələn, 2007-ci ildə Endi Qoldzuorti buranın memarlığından, tarixindən və təbiətindən ilham almışdır.[1]
1990-cı illərdən etibarən Yorkşir Heykəl Parkı qapalı qalereyalar üçün də istifadə olunmağa başlamışdır. Əvvəlcə Boti Qalereyası (əyilmiş Boti divarında), daha sonra müvəqqəti çadır tipli Pavilion Qalereyası açılmışdır. Ekstensiv bərpa etmə və ekspansiya işlərindən sonra parka Boti bağında yeraltı qalereya və başqa sərgi məkanları əlavə olunmuşdur. Yorkşir Heykəl Parkında müasir və modern əsərlər sərgilənir. Britaniya heykəltəraşlığı keçmiş sərgi proqramında və uzunmüddətli quraşdırmalarda yaxşı təmsil olunmuşdur. 1950-ci və 1960-cı illərdə məşhur olmuş, amma hazırda unudulmuş bir çox britaniyalı heykəltəraşın parkda solo sərgiləri olmuşdur: Linn Çedvik,[5] Austin Rayt, Filip Kinq, Eduardo Paolotsi, Hanz Cozefson, Kennet Armitic. Sərgilər tematik olmayıb, monoqrafikdir.
1747-ci ildə Uilyam Uentuort tərəfindən tikilmiş Müqəddəs Bartolomey kapellası park ərazisində yerləşir.[6] Bu abidə İngiltərənin Milli İrsi siyahısına daxil edilmişdir.[7]