Yüngül aviadaşıyıcı bir ordunun standart gəmilərindən daha kiçik olan bir təyyarə gəmisidir. Dəqiq tərif ölkədən ölkəyə fərqli olsa da, bu gəmilər standart gəminin yarısı və ya üçdə ikisi ölçüsündə ola bilərlər.[1][2] Yüngül təyyarə daşıyıcıları bir çox cəhətdən müşayiət gəmiləri ilə oxşar konsepsiyaya malikdirlər.[3][4] Bununla belə, müşayiət gəmiləri amfibiya (dəniz və quru) əməliyyatları zamanı konvoyu mühafizə etmək və hava dəstəyini təmin etmək vəzifəsini yerinə yetirərkən, yüngül aviadaşıyıcılar daha yüksək sürət üçün nəzərdə tutulmuşdurlar.[5][6]
İspaniyalı Xuan Karlos universal desant gəmisi-dir, lakin Harrier II idarə edə bilir və Anadolu da yüngül təyyarə gəmisi kimi qəbul edilir.