Yəhudi gəlini | ||
---|---|---|
nid. Het Joodse Bruidje | ||
| ||
Rəssam | Rembrandt | |
Tarixi | 1665 | |
Üslubu | portret, məişət janrı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 121,5 sm[1] × 166,5 sm[1] | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | nid. Rijksmuseum, Amsterdam | |
Saytı |
rembrandtdatabase.org/Re… rijksmuseum.nl/nl/collec… khanacademy.org/humaniti… wga.hu/html/r/rembran/pa… wga.hu/html/r/rembran/pa… wga.hu/html/r/rembran/pa… |
|
İnventar nömrəsi | SK-C-216, SA 8292[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudi gəlini (nid. Het Joodse Bruidje) — Rembrandtın həyatının sonlarında çəkdiyi ən sirli rəsmlərindən biri. Qırmızı və qızılı-qəhvəyi tonlarda işlənmiş bu rəsm Rembrandtın son dövrlərinə aiddir və 1665-ci ildə çəkildiyi güman edilir.
Rembrandtın bioqrafı Kristofer Vayt yazır ki, bu rəsm incəsənət tarixində “mənəvi və fiziki məhəbbətin qovuşmasının ən böyük ifadələrindən biri kimi qalmışdır”.[3]
Rəsmdə hansı süjetin təsvir edildiyi barədə vahid fikir yoxdur. “Artakserks və Zefir”, “Yakov və Rahil”, “Avraam və Sarra”, “Booz və Ruf” kimi versiyalar (ən azı 12 versiya) irəli sürülürdü.
“Yəhudi gəlini” adını rəsmə 1825-ci ildə amsterdamlı kolleksiyaçı Van der Noor vermişdir. O səhvən güman edirdi ki, rəsmdə qızına toy hədiyyəsi qismində boyunbağı verən yəhudi ata təsvir edilmişdir. Rembrandtın yəhudi icması ilə sıx münasibətlər qurması və tez-tez yəhudilər üçün sifarişli rəsmlər çəkməsi də bu gümanın xeyrinə idi.
Lakin ən inandırıcı görünən versiya odur ki, bu rəsmdə İsaak və Rebekka təsvir edilmişlər, çünki Rembrandtın belə adlanan və oxşar kompozisiyası olan təsviri var (1662-ci il, Nyü-York, Özəl kolleksiya). Kompozisiya da bu versiyanın tərəfindədir. İncildəki əfsanəyə uyğun olaraq, İsaak filistimlilərin yanında Rebekkanı bacısı kimi qələmə verir və ancaq təklikdə qalanda ona toxuna bilirdi.[4]
“Yəhudi gəlini”ndə bəzi tədqiqatçılar Maqdalena van Loonun cizgilərini görürlər.[5]
Rəsmin rentgenoqramması göstərir ki, ilkin olaraq rəsmdə əlavə detallar da olmuşdur (məsələn, qızın əlində güllə dolu səbət var idi).
Vinsent Van Qoq bir dəfə demişdi ki, ancaq bir buxanka çörəklə kifayətlənib iki həftə bu rəsmin qarşısında oturmaq imkanına həyatının 10 ilini verməyə hazırdır.[6]