Zinaida Kupriyanoviç | |
---|---|
belar. Зінаіда Купрыяновіч | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Zinaida Aleksandrovna Kupriyanoviç belar. Зінаіда Аляксандраўна Купрыяновіч |
Ləqəbləri | Zena, Zina Kupriyanoviç |
Doğum tarixi | 17 sentyabr 2002[1] (22 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Belarus |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, aparıcı |
Fəaliyyət illəri | 2013–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Vikianbarda əlaqəli mediafayllar |
Zinaida Aleksandrovna Kupriyanoviç (belar. Зінаіда Аляксандраўна Купрыяновіч; 17 sentyabr 2002[1], Minsk) və ya səhnə adı ilə Zena — Belarus müğənnisi, aktrisa və televiziya aparıcısı. O, "Like It" mahnısı ilə Belarusu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[2][3][4]
Uşaq yaşlarından səhnə almağa başlayan Kupriyanoviç Belarusu 2013-cü ildə Yurmalada keçirilən Yeni Dalğa, 2014-cü ildə isə Vitebskdə keçirilən Slavyan Bazarı yarışmalarında təmsil etmişdir.
Zena daha öncə iki dəfə Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsi seçimlərində iştirak etmişdir. Seçim turlarında 2015-ci ildə "Mir" mahnısı ilə dördüncü, 2016-cı ildə isə "Kosmos" mahnısı ilə üçüncü olmuşdur. O, 2017-ci ildə Rusiyanın Fabrika Zvyozd yarışmasının onuncu mövsümündə iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. Kupriyanoviç Yevqeniy Perlin və Helena Meraai ilə birlikdə Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. O, eyni zamanda bir neçə filmin rusca dublyajında iştirak etmişdir.
2019-cu ilin mart ayında keçirilən Belarusun Avroviziya milli seçim turunda "Like It" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmiş və nəticədə Belarusu müsabiqənin final mərhələsinə yüksəldə bilmişdir.
Mahnı adı | İl |
---|---|
"Mir" | 2015 |
"Kosmos" | 2016 |
"Like It" | 2019 |
"Groza i Muza" | 2021 |
Əvvəlki: Alekseev "Forever" |
Belarus Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |