Zodiak | |
---|---|
ing. Zodiac Killer | |
| |
Ləqəbi | Zodiak |
Doğum tarixi | məlum deyil |
Doğum yeri | məlum deyil |
Vəfat tarixi | ? |
Vəfat yeri | məlum deyil |
Vətəndaşlığı | |
Qətllər | |
Qurbanların sayı | 5 - 7 + |
Qətllərin dövrü | 1968 - 1969 |
Qətllərin yeri | San-Fransisko körfəz sahəsi |
Cəzası | həbs edilməmişdir |
Vikianbarda əlaqəli mediafayllar |
Zodiak (ing. Zodiac Killer) — 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində (ing. North California; azərb. Şimali Kaliforniya) fəaliyyət göstərmiş seriyalı qatil. Zodiak Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədərdə kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur.
Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumən Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində cinayətlər baş vermişdir. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətlətləri törətdiyi zaman San-Fransisko körfəz sahəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir. Məktublar şifrələnmiş olmaqla yanaşı eyni zamanda zəhərli idi. Bu günə qədər Zodiak tərəfindən göndərildiyinə inanılan məktublardan sadəcə birinin şifrəsi açılmışdır.[1]
Bir çox şübhəlinin adı polis tərəfindən aparılan istintaq zamanı səsləndirilsədə, konkret bir dəlil tapılmamışdır. 2004-cü ildə San-Fransisko Polis Departamenti cinayət işinə xitam vermişdir. Ancaq iş 2007-ci ilin mart ayında yenidən açılmışdır. Cinayət işi istər Vallexo şəhərində istərsədə Napa və Solano ərazilərində hələ də davam edir. Kaliforniya Ədalət Departamenti 1969-cu ildən bəri açıq qalan prosesə hələ də davam etməkdədir.[2][3]
Zodiak qatili ilk cinayətini 1968-ci ilin 20 dekabr tarixində Benikia şəhərində təhsil alan məktəblilər Betti Lou Yensen və Devid Faradayə qarşı həyata keçirdi. Çütlük yaxınlaşmaqda olan milad bayramını qeyd etmək üçün Hogan Ali Məktəbindən 3 blok məsafəsində yerləşən Betti Yensenin evinə getmişdilər.