Çarlz Layel | |
---|---|
Charles Lyell | |
Doğum tarixi | |
Doğum yeri | Kinnordi Şotlandiya |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | London |
Dəfn yeri | |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Elm sahəsi | Geologiya |
İş yerləri | |
Alma-mater | Ekseter-kollej |
Üzvlüyü |
|
Mükafatları | Royal Medal(1834), |
Vikianbarda əlaqəli mediafayllar |
Çarlz Layel (ing. Sir Charles Lyell; 14 noyabr 1797 — 22 fevral 1875) — şotland əsilli, XIX əsrin məşhur geoloqu. 1848-ci ildə ser tituluna layiq görülmüşdür. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə “XIX əsrin ən məşhur alimi” hesab olunur.[1]
1797-ci ildə Şotlandiyada anadan olan Layel dörd yaşında artıq oxumağı öyrənmiş, səkkiz yaşında isə məktəbə getmişdir. 1816-cı ildə Layel atasının kitabxanasından təsadüfən Robert Beykvellin “Geologiya elminə giriş” kitabını tapmış və bu gələcək alimin stol üstü kitabına çevrilmişdir.[2] Oksford Universitetinə daxil olduqdan sonra klassikləri öyrənməklə yanaşı təbiət elmləri ilə də, maraqlanmağa başladı. Layel tələbə ikən o zamanlar hakim mövqe tutan katastrofizm fərziyyəsi barədə Byoklandın mühazirələrini çox maraqla dinləyirdi. Katastrofistlər belə güman edirdilər ki, böyük dəyişikliklər sürətlə, ani, sıçrayış yolu ilə, bütün geoloji hadisələr eyni istiqamətdə və eyni tempdə hazırkı nəticələrə gətirən qaydada baş verir. Ceyms Hettonun da tərafdar olduğu bu baxışlar uniformizm nəzəriyyəsinin əsasını təşkil edirdi.
1818-ci ildə Fransa, İtaliya və İsveçrəyə olan səfər zamanı bir çox muzeylərdə olmuş, vulkan və buzlaq kimi təbiət hadisələrini izlməklə dünya görüşünü genişləndirmişdir. 1819-cu ildə Londona qaytmış və bakalavr dərəcəsini aldıqdan sonra bir müddət hüquq elmləri ilə, 1825-ci ildən isə sırf geologiya elmi ilə məşğul olmağa başlamışdır. Özünün ilk geoloji məqələsini 1821-ci ildə dərc etdirdikdən qısa zaman sonra Layel London Geologiya Cəmiyyətinin üzvü seçilir. Həyatını Avropa və Şimali Amerika səyahətlərində keçirən Layel altmışdan çox məqalə və səyahət qeydləri çap etdirmiş, o zümlədən dörd tonluq Şimali Amerika səyahəti ilə bağlı geniş əsər yazmışdır.
1860-cı ildən sonra alimin səhhətində problemlər yaranmış, ancaq bu onun səfər və ekskursiya etməsinə maneçilik törədə bilməmişdir. 1873-ci ildə Layelin həyat yoldaşı vəfat etmiş və bu hadisə ona ağır zərbə vurmuşdur. İki il sonra, 1875-ci il fevralın 10-da Çarlz Layel vəfat etmişdir. O, təntənəli şəkildə Vestminster abbatlığında dəfn edilmişdir.
Layel 1823-cü ildə Parisdə Jorj Küvye və Aleksandr fon Humboldt ilə tanış olur və bu da onun sonrakı fəaliyyətinə çox güclü təsir edir. Layel belə qərara gəlir ki, katastrofistlərin, yaxud uniformistlərin haqlı olduqları barədə bir əsər yazsın. O, daxilən buna əmin idi, ancaq bilirdi ki, əsaslı faktlar toplamaq lazımdır. Layel “qədim səbəblərin müsirlərlə uyğun olması barədə yazmaq üçün material toplamağa” başlayır. O, göstərmək istəyirdi ki, bitki və heyvanlar keçmişdə də, bizim onları indi gördüyümüz kimi idilər. Alim nəzəri təsəvvürlərini əyani müşahidələrlə təsdiq etmək məqsədilə Fransa, İtaliya və Siciliyaya yola düşür, kifayət qədər faktiki material toplaya bilir.
Layelin Neapol yaxınlığındakı “Serapisa” məbədinin xarabalığına baş çəkməsi istəyinə çatmaqda əsas rol oynayır. O, qədim sütunlar üzərində yer qabığının dəyişməsini əks etdirən izlərin həkk olunduğunu müşahidə edir. Sütunlarda üç sahənin ayrıldığı aşkar görünürdü: aşağı və yuxarı hissələr mərmərin hamar səthi kimi qaldığı halda, orta hissəni molyuskalar gəmirmişdir.[3] Məbədin xarabalığını çoxları görmüşdür, lakin yalnız Layel, bu xarabalığın tarixi abidədən daha çox, geoloji abidə olduğu qənaətinə gəlmişdir. Sütunların səthinin bircinsli olmaması Neopolitan körfəzinin səviyyəsinin dövrü olaraq dəyişməsindən xəbər verirdi. Belə ki, sütunların üst hissəsi sudan kənarda qalmış, alt hissəsi mərmər qırıntıları ilə örtülü olduğundan molyuskaların təcavüzünə məruz qalmamış, orta hissədə isə bunun əksi baş vermişdir. Beləliklə, Layel yer qabığının qalxıb enməsinin, tədricən həm də kataklizmsiz baş verməsi barədə inandırıcı dəlillər əldə etmişdir. Layelin sütunlarla bağlı verdiyi təsvir çoxsaylı geologiya dərsliklərinə daxil olmuşdur. Rəssamlıq istedadına malik olan Layelin təsviri 1830-cu ildə dərc etdirdiyi əsərin cildini bəzədi.
Layelin üstün cəhətlərindən biri də, kamil ədəbi dilə və əxzetmə qabiliyyətinə malik olması idi. Odur ki, onun əsərləri hətta mütəxəssis olmayanların da stolüstü kitabına çevrildi və geniş əhali kütləsi arasında geoloji biliklərə maraq yaradaraq geoloji ədəbiyyatın çox sürətlə alınmasına səbəb oldu.[4] Çarlz Layel qısa zamanda böyük şöhrət sahibi oldu. London Kral Kollecinin professoru, London Geologiya Cəmiyyətinin prezidenti seçildi.