Çiçək passajı

Çiçək passajı
Xəritə
41°02′02″ şm. e. 28°58′40″ ş. u.HGYO
Ölkə
Yerləşir İstanbul
Tikilmə tarixi 1876
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İstiqlaliyyət küçəsində yerləşən Çiçək passajı.
Restoranlar şəbəkəsi.
Şüşəli gümbəz

Çiçək passajı (türk. Çiçek Pasajı) — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir.

1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir.

Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdür[1][2][3][4]. Teatrı tez-tez Osmanlı sultanları ƏbdüləzizII Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.

Yanğından sonra teatr binası yunan bankiri Xristaki Zoqrafos tərəfindən satın alınır. Teatrın yerində Klreantis Zannosanın layihəsi əsasında bu gün ki, Çiçək passajının binası inşa edilir. İlk əvvəllər passaj Cité de Péra və ya Xristaki Pasajı olaraq adlanırdı. Yorgonun Meyxanəsi Çiçək passajında açılan ilk şərab barı olmuşdur. 1908-ci ildə Osmanlı İmperiyasının böyük vəziri Küçük Mehmet Səit Paşa passajı satın almışdır. Bundan sonra Səit Paşa Passajı adlandırılır

1917-ci ildə Böyük Rus İnqilabından sonra bir çox kasıblamış baronessalar da daxil olmaqla rus zadəgan qadınları pasajda çiçək satırdılar. 1940-ci illərdə passajda çoxlu sayda çiçək mağazası vardı. Passajda özünün bugünkü adını burdan almışdır.

1988-ci ildə binanın bərpasından sonra Çiçək passajı bar və restoranların qalereyası kimi açılmışdır.

Passajda ən son bərpa işləri 2005-ci ilin dekabrında aparılmışdır.

  1. Emre Aracı: "Naum Tiyatrosu - 19.Yüzyıl İstanbul’unun İtalyan Operası". Yapı Kredi Yayınları, Istanbul, 2010. Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine ISBN 978-975-08-1801-1
  2. Vatan: "Paris’in Garnier’si neyse, İstanbul için de Naum Tiyatrosu oydu" by Buket Aşçı, 16 December 2010.[ölü keçid]
  3. "Oynakbeyi.com: Naum Tiyatrosu". 2014-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
  4. "Çiçek Pasajı: History". 2012-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.