Çun He-in | |
---|---|
Doğum tarixi | 1 aprel 1988 (36 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, televiziya aktyoru |
Fəaliyyət illəri | 2013-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Jung Hae-in (1 aprel 1988, Seul) Cənubi Koreyalı aktyordur. O, ilk dəfə 2013-cü ildə AOA Black-in "Moya" klipində iştirak etmiş və sonrakı il " Bride of the Century " serialı vasitəsilə rəsmi debüt etmişdir. O, 2017-ci ildə "You Were Sleeping" və "Prison Playbook" seriallarında ikinci dərəcəli rolları ilə tanınıb.He-in ilk baş rolunu 2018-ci ildə " Something in the Rain" dramında oynadı.
Hein-nin üçüncü ulu babası, sonrakı Coseon dövrünün böyük mütəfəkkiri Con Yakyongdur. O, Pyontaek Universitetində "Yayım Əyləncə" fakültəsini bitirib, burada musiqili tamaşalar da daxil olmaqla müxtəlif fəaliyyətlərdə iştirak edib.
He-in iyirmi bir yaşında hərbi xidmətə getdi. O, hərbi xidməti və ali məktəbi bitirdikdən sonra şirkəti ilə müqavilə bağlayıb.
Çun He-in ilk aktyorluq təcrübəsini oxuduğu kollecdəki musiqili filmdə qazanmışdır, lakin onun aktyor olmaq əzmi hərbi xidmətdə olarkən yarandı.O, rəsmi olaraq iyirmi altı yaşında debüt etdi.He-in 2014-cü ildə " Bride of the Century " serialı vasitəsilə rəsmi debüt etdi və sonra "The Youth" adlı indi filmində göründü.Elə həmin il "Üç muşketyor" adlı tarixi serialda rol aldı.Daha sonra o, kiçik rollarda göründü və 2014-cü ildən 2016-cı ilə qədər müxtəlif serial və filmlərdə bir neçə epizodda rol aldı. Onun yaddaqalan çıxışlarından biri "Guardian: The Lonely and Great God" filmində oldu.
2017-ci ildə He-in "When You Were Sleeping" fantastika,romantika serialındakı performansı ilə populyarlıq qazandı.Serialın yayımı zamanı o, Koreyanın Naver portalında axtarılan 1 nömrəli şəxs kimi yer aldı.Onun iki tarixi filmi — "The King's Case Note" və "Conspiracy: Age of Rebellion" eyni ildə ekranlara çıxdı.Sonra o, qara komediya serialı "Prison Playbook"-da rol aldı və buradakı çıxışına görə tərif aldı.2018-ci ildə He-in başqa bir tarixi film olan "Heung-boo: The Revolutionist"də Kral Honjonq obrazını canlandırdı.O, Son Ye-cin ilə birlikdə "Something in the Rain" romantik dramında ilk baş rolunu oynadı.Dram yayımlandıqdan sonra He-in Asiyada populyarlıq qazandı.Həmin ilin sonunda He-in Kim Qo-un ilə birlikdə " Tune in for Love" adlı dövr romantik filmində rol aldı.
2019-cu ildə He-in "Start-Up" adlı gənclik filmində oynadı.Elə həmin il o, "One Spring Night" romantizm dramında Han Çi-min ilə birlikdə rol aldı.2020-ci ildə He-in Çe Su-bin ilə birlikdə "A Piece of Your Mind" adlı romantik dramda oynadı. Həmin il o, "Sky Castle" dramının yazıçısı və prodüseri tərəfindən idarə olunan JTBC dramı Snowdrop-da Kim Cisu ilə birlikdə rol aldı.Dram 2021-ci ilin 18 dekabr tarixində yayımlanmağa başladı.
İl | Başlıq | Rol | Qeyd | İst. | |
---|---|---|---|---|---|
İngilis | Koreya | ||||
2014 | The Youth | 레디액션 청춘 | Park Man-jae | Baş rol | [1] |
2015 | Salut D'Amour | 장수상회 | Gənc Kim Sung-chil | Qonaq | [2] |
2016 | The Moon of Seoul | 서울의 달 | Ji Pyung | Short film | [3] |
2017 | The King's Case Note | 임금님의 사건수첩 | Heuk-woon | Köməkçi rol | [4] |
Conspiracy: Age of Rebellion | 역모: 반란의 시대 | Kim Ho | Baş rol | [5] | |
2018 | Heung-boo: The Revolutionist | 흥부 | King Heonjong | Köməkçi rol | [6] |
2019 | Tune in for Love | 음악앨범 | Cha Hyun-woo | Baş rol | [7] |
Start-Up | 시동 | Woo Sang-pil | Baş rol | [8] | |
2020 | P1H: The Beginning of a New World | 피원에이치: 새로운 세계의 시작 | Han | Qonaq | [9] |
2021 | Unframed – Blue happiness | 언프레임드 – 블루 해피니스 | Qısa Film Baxışı | [10][11] |
İl | Başlıq | Kanal | Rol | Qeyd | İst. | |
---|---|---|---|---|---|---|
English | Korean | |||||
2014 | Bride of the Century | 백년의 신부 | TV Chosun | Choi Kang-in | Debüt işi, köməkçi rol | [12] |
The Three Musketeers | 삼총사 | tvN | Ahn Min-seo | Baş rol | [13] | |
2015 | Blood | 블러드 | KBS2 | Joo Hyun-woo | Köməkçi rol | [14] |
Reply 1988 | 응답하라 1988 | tvN | Bo-young | Kameo görünüşü (Bölün 13) | [15] | |
2016 | yanlış ISO kodu: "그래, 그런거야" | 그래, 그런거야 | SBS | Yoo Se-joon | Köməkçi rol | [16] |
Guardian: The Lonely and Great God | 쓸쓸하고 찬란하神 – 도깨비 | tvN | Choi Tae-hee | Kameo görünüşü (Bölüm 7–8) | [17] | |
2016–17 | Night Light | 불야성 | MBC | Tak | Köməkçi rol | [18] |
2017 | While You Were Sleeping | 당신이 잠든 사이에 | SBS | Han Woo-tak | Baş rol | [19] |
2017–18 | Prison Playbook | 슬기로운 감빵생활 | tvN | Captain Yoo | Köməkçi rol | [20] |
2018 | Something in the Rain | 밥 잘 사주는 예쁜 누나 | JTBC | Seo Joon-hee | Baş rol | [21] |
2019 | One Spring Night | 봄밤 | MBC | Yoo Ji-ho | [22] | |
2020 | A Piece of Your Mind | 반의 반 | tvN | Moon Ha-won | [23] | |
2021 | D.P. | D.P. | Netflix | Ahn Jun-ho | [24] | |
2021–2022 | Snowdrop | 설강화 | JTBC | Im Soo-ho | [25] | |
Elan olunacaq | D.P. Season 2 | D.P. 시즌2 | Netflix | Ahn Jun-ho | [26] |
İl | Başlıq | Kanal | Rol | İst. | |
---|---|---|---|---|---|
İngilis | Koreya | ||||
2019–2020 | Jung Hae-in's Travel Log | 정해인의 걸어보고서 | KBS2 | Özü | [27][28] |
2021 | House on Wheels Sezon 3 | 바퀴 달린 집 | tvN | Özü / Qonaq |
Mükafat mərasimi | İl | Kataqoriya | İş(lər)/namizədlik(lər) | Result | Ref. |
---|---|---|---|---|---|
APAN Star Awards | 2018 | Mükəmməllik Mükafatı, Mini Serialda Aktyor | Something in the Rain | Qazandı | [29] |
K-Ulduz Mükafatı, Aktyor | Qazandı | ||||
Asia Artist Awards | 2018 | İlin sənətkarı | Jung Hae-in | Qazandı | [30] |
Asiya istedadı | Qazandı | ||||
Ən Yaxşı Duyğu | Qazandı | ||||
2019 | Ən yaxşı İkon | Qazandı | [31] | ||
AAA Potensialı (Aktyor) | Qazandı | ||||
Baeksang Arts Awards | 2018 | Ən Populyar Aktyor | Prison Playbook | Qazandı | [32] |
2020 | Ən Yaxşı Yeni Aktyor — Film | Tune in for Love | Namizəd | [33] | |
Blue Dragon Film Awards | 2019 | Ən yaxşı yeni aktyor | Namizəd | [34] | |
Buil Film Awards | 2020 | Ən yaxşı yeni aktyor | Namizəd | ||
Chunsa Film Art Awards | 2020 | Namizəd | |||
Cine 21 Awards | 2019 | Qazandı | |||
Grand Bell Awards | 2020 | Qazandı | [35] | ||
London East Asia Film Festival | 2019 | Populyarlıq mükafatı | Tune in for Love | Qazandı | [36] |
MBC Drama Awards | 2019 | Böyük mükafat | One Spring Night | Namizəd | [37][38] |
TOP Mükəmməllik Mükafatı, Çərşənbə-Cümə axşamı Dramında Aktyor | Qazandı | ||||
SBS Drama Awards | 2016 | Yeni Ulduz Mükafatı | That's The Way It Is | Qazandı | [39] |
2017 | Mükəmməllik Mükafatı, Çərşənbə-Cümə axşamı Dramında Aktyor | While You Were Sleeping | Namizəd | ||
The Seoul Awards | 2018 | Ən yaxşı yeni aktyor (Drama) | Something in the Rain | Namizəd | [40] |
Populyarlıq mükafatı (Dram) | Qazandı | [41] | |||
Hallyu Sənətçi mükafatı | Qazandı | [42] |