Çəki | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Çəki |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cyprinus (lat. Cyprinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi.
Cinsə daxil olan növlərin böyük əksəriyyəti Çinin cənubu və Cənub-Şərqi Asiyada yayılmışdır. Cinsə daxil olan iki növ xüsusi ilə seçilir. Onlardan birincisi Adi çəki və ya karp olaraq adlandırılır. Onların arealı iki hissədən ibarətdir:Qara, Xəzər və Aral dənizləri və Uzaq Şərq regionları[2]. Bu növ Şimali Amerika, Avstraliya və Avrasiyanın müxtəlif ərazilərinə köçürülmüşdür. İkincisi isə gümüşü karp 1970-ci illərdə Balxaş gölündən ABŞ və Kanadaya aparılmışdır. Sümüklərin bolluğu səbəbiylə amerikalılar onu yemirlər və təbii düşmənləri də az olduğundan sayları sürətlə çoxalır. Böyük Göllərdəki gümüşü karplar yerli balıqları məhv etməsi təhlükəsi törətdiyindən çaylarda elektrikli sədlər qoyuluir[3][4][5].
Cinsə ümumilikdə 27 növ daxildir[6]: