Üç qəpiklik opera | |
---|---|
alm. Die Dreigroschenoper | |
Janr | Pyes |
Müəllif | Bertolt Brext |
Orijinal dili | almanca |
Yazılma ili | 1928 |
Nəşr ili | 1931 |
Tərcümə | 1928 |
Vikianbarda əlaqəli mediafayllar |
Üç qəpiklik opera (alm. Die Dreigroschenoper) — alman dramaturqu Bertolt Brextin məşhur pyesi. Əsər ilk dəfə 1928-ci il 31 avqust tarixində Berlinin Şifbauerdamm teatrında tamaşaya qoyulmuşdur.
1920-ci illərə aid pyesin val yazısı bu sözlərlə başlayır:
|
Pyesin girişi:
|
Hadisə İngiltərədə, Londonun Soxo rayonunda vaqe olur. “Yoxsullar dilənirlər, oğrular çalıb-çapırlar, avaralar avaralanırlar”. Bazar meydanında küçə müğənnisi yerli quldur Bıçaq Mekkinin törətdiyi əməllərdən söhbət açır. Törətdiyi cinayətlərə görə cəzalandırılmayan Bıçaq Mekki rəsmi olmasa da ərazinin tam sahibidir. Mekxit, atası yerli söz sahibi olan gözəl Polli Piçemə evlənməyə hazırlaşır, lakin Conatan Ceremiya Piçem qızını kiməsə ərə vermək fikirində deyil. Polli Piçemin atası Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibidir. Londonun 14 rayonunda dilənçilik etmək istəyən hər kəs "Yoxsul dostu" firmasından lisensiya almağa və gündəlik gəlirlərinin 50%-ni bölüşməyə borcludur. Polli gizlincə Mekxita ilə evlənməyə qərar verir. Nigaha mane olmaq istəyən Connatan Piçem kürəkənindən canını polis vasitəsilə qurtarmaq istəyir. Mekxit çoxdan asılmağa layiqdir, lakin o, London polisinin şefi Braunun köhnə dostudur. Onlar nə vaxtsa Hindistanda birlikdə xidmət etmişdirlər. O vaxtdan bir-birinin qulluğunda dururlar. “Heç olmamışdır ki, — Mekxit deyirdi, — mən sadə soyğunçu... qənimət əldə etdikdən sonra onun tən yarısını sədaqət əlaməti olaraq öz dostum Braun ilə bölüşməyim. ...Heç olmamışdır ki, o, hər şeyə qadir polis şefi polis basqınları haqqında qabaqcadan keçmiş dostunu xəbərdar etməsin.” Bu dəfə də Conatan Piçemin təkidi ilə Mekxitin həbs edilməsinə məcbur qalan Braun öz keçmiş dostunu Pollinin köməyi ilə xəbərdar edə bilir. Mekxit bank işinə qoşulmağa qərar verir: bu həm gəlirli həm də təhlükəsisdir. Lakin özünə hörmət qoyan bankın başkəsənə ehtiyacı yoxdur. Bu məqsədlə o, Brauna öz əlbirlərinin siyahısını, Polliyə isə işin idarəsini verərək xəlvətə çəkilmiş olur. Connatan Piçemin arvadı Braunun vasitəsilə Mekxitin görüşdüyü fahişələri pulla ələ alır. Nəticədə güman edildiyi kimi London banditlərinin kralı şəhəri tərk etmək əvəzinə fahişəxanada gün keçirir. Keçmiş aşnası Cenni-Malina onu sataraq polis çavuşu Smitə təhvil verir. Smit Mekxiti həbsxanaya gətirir, — Braun pərişandır, belə ki, həbsxana rəisi qızı Lüsi ilə Mekxitin ədavətinə görə əvəz çıxmağa hərisdir. Mekxet Lüsiyə evlənmək təklifi edir. Lüsi isə onu həbsxanadan qaçmasına kömək edir. Braundan narazı qalan Piçem onadan qisas almaq üçün: dilənçilərin qiyamını təşkil edir. Braunu şantaj edən Piçem yenidən Mekxeti fahişələrin əli ilə həbs etdirir. Həbsxanada edamını gözləyən Mekxit çavuş Smiti ələ alır, lakin nə Polli nə də onun məsləkdaşları lazım olan məbləği tapa bilmirlər, yaxud tapmaq istəmirlər: onunla vidalaşmağa da gəlməyənlər tapılır. mekxet edam kürsüsünə qalxarkən qəfildən keçmiş dostu Braun: taxta çıxmaq münasibətilə kraliça kapitan Mekxeti əfv edərək, ona vərəsəlik zadəgan rütbəsi və Marmarel qəsrini eləcə də 10 min funt məbləğində ımürlük təqaüd verildiyini təsdiqləyən kral fərmanı ilə yetişmiş olur. Xorun ifasında qəddarlığa qarşı dözümlülüyə çağrğşla səhnə bitmiş olur.
Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar yaxud küçə müğənniləri tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır. Pyesin qayəsi cəmiyyətin aşağı təbəqəsindən olan cinayətkar vasitəsilə hökuməti və kübar cəmiyyətini ələ salmaqdır.
almanca (orijinal) |
ingiliscə (tərcümə) |
azərbaycanca (tərcümə) |
---|---|---|
|
|
|