İbn Abidin

İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi
Doğum tarixi
Doğum yeri Osmanlı imperiyası, Dəməşq
Vəfat tarixi
Vəfat yeri Osmanlı imperiyası, Dəməşq
Dəfn yeri
  • Bab əs-Səğir qəbiristanlığı[d]
Milliyyəti ərəb
Elm sahələri fiqh, təfsir

Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri.

1784-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, Şamda yetişən Osmanlı fiqh alimlərinin ən məşhurlarındandır. Tam adı Seyid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əziz əl-Hüseyni əd-Dəməşqidir.[1] Hüseyn ibn Əlinin nəslindən olub, atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Seyid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi və Babüssağir qəbristanlığında dəfn edildi.[2]

Təhsili və elmi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Kiçik yaşda Quranı əzbərləmiş və qiraəti öyrənmişdir. O, Şamda şeyxul-qurra Məhəmməd Səid əl-Həməvidən təcvid elminə dair Meydaniyyə, Cəzəriyyə və Şatıbiyyə adlı əsərləri oxuyub əzbərlədi.[1] Sonra sərf, nəhv elmini və Şafii fiqhini öyrənmişdir. Şafii fiqhinə dair əz-Zübədi və başqa əsərləri əzbərlədi. Daha sonra şafii alimlərdən olan Seyid Məhəmməd Şakir əs-Salimi əl-Akkaddan fənn elmələri ilə bərabər fiqh, hədis və təfsir dərsləri alan İbn Abidin on yeddi yaşında fiqh kitabları üzərinə haşiyə və şərhlər yazmağa başlamışdır.[1] Hənəfi məzhəbinə keçərək bu müəlliminin vasitəsi ilə əl-Bəhrür-raik, əl-Hidayə və başqa əsərləri öyrəndi. Haskəfinin əd-Durrül-muxtar əsərini oxuyan vaxt müəlliminin vəfatı ilə əlaqədar (1222/1807) əsərinin qalanını müəlliminin tələbəsi olan Məhəmməd Səid əl-Hələbinin yanında başa çatdırdı. Müəllimi Akkad onu öz müəllimlərinin də dərslərinə aparmış və Məhəmməd əl-Küzbəri, Əhməd əl-Əttar, Məhəmməd Nəcib əl-Kalai və Məhəmməd Əbdürrəsul əl-Hindi kimi müəllimlərdən ona dair razılıq almışdır.[2] Yazıları ilə o, hələ müəllimlərinin sağlığında tanınmışdır. Hənəfi məzhəbində o, məzhəbin yeddinci soyunun ən nüfuzlu alimlərdən biri hesab edilmişdir. Onun “Rəddül-Muhtar alə Durrül-Muxtar” adlı fiqh kitabı bu məzhəbdə yüksək dəyərləndirilir. Bu kitabda o, müxtəlif dövrlərdə yaşayan İslam fəqihlərinin ayrı-ayrı məsələlər üzrə verdiyi hökmlərini toplamışdır. Bundan başqa İbn Abidin, müsəlman hüququ ilə digər əsərlərin, eləcə də Quranın təfsirçisi olmuşdur. O, İslamdakı müxtəlif təriqətlərin baxışlarını ənənəvi İslam baxımından araşdıraraq təhlil etmişdir.[3]

1. Rəddül Muxtar, İbni Abidin xüsusilə bu əsəriylə tanınmış-dır. Bu kitabı, Dürrül-Muxtar kitabına yazdığı beş cildlik haşiyə-sidir. Kitab, İbni Abidin adıyla məşhur olmuşdur. Əsər, Hənəfi məzhəbindəki fiqh kitablarının ən qiymətlisi və ən faydalısıdır. Hənəfi məzhəbində öz zamanına qədər yazılmış olan fiqh kitablarının sanki bir xülasəsidir. Bundan başqa;

2. Təfsirül-Beydavi Haşiyəsi,

3. əl-İbanə,

4. əl-Uqudüd-Dürriyyə,

5. Buğyətül-Mənasik,

6. Tahrirül-İbarə,

7. Tahrirün-Nüqul,

8. əl-Uqudül-Ləali,

9. Səllül-Hisam-əl-Hindi li Nüs-rəti Mövlana Xalid ən-Nəqşibəndi (Bu əsərində Mövlana Xalidə dil uzadanlara cavab verərək, kəramətin haqq olduğunun isbatı vermişdir.),

10. əl-elmuz-Zahir,

11. əl-Fəvaidül-Acibə,

12. Mən-həlül-Varidin kimi daha bir çox qiymətli əsərləri vardır.[1]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Muhammed Emîn b. Ömer b. Abdilazîz el-Hüseynî ed-Dımaşkī//Diyanet Islam Ansiklopedisi, 1999, cilt: 19, sayfa: 292-293

  1. 1 2 3 4 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 226–227. ISBN 978-9952-489-89-7.
  2. 1 2 Muhammed Emîn b. Ömer b. Abdilazîz el-Hüseynî ed-Dımaşkī//Diyanet Islam Ansiklopedisi, 1999, cilt: 19, sayfa: 292-293
  3. A.A.Əlizadə, E.M.Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, s. 125-126