İhva Qadın Universiteti 이대, 梨大, 梨大 | |
---|---|
이화여자대학교 | |
37°33′45″ şm. e. 126°56′42″ ş. u.HGYO | |
Şüar | İhva öndədir! |
Əsası qoyulub | 31 may 1886 |
Tip | Qeyri-dövlət |
Tələbə sayı | 19,503[1] |
Şəhər | Seul şəhəri |
Ölkə | |
Sayt |
ewha.ac.kr ewha.ac.kr/ewhaen/index.… |
Vikianbarda əlaqəli mediafayllar |
İhva Qadın Universiteti (kor. 이화여자대학교) — Koreya Respublikasının paytaxtı Seul şəhərində yerləşən qeyri-dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, dünyanın ən böyük qadın universiteti hesab edilir.
Universitetin əsası amerikalı metodist, kilsə missioneri Meri F.Skrenton tərəfindən qoyulmuşdur. O, 31 may 1886-cı ildə öz evində tək bir şagird üçün İhva Haktanq adlı missioner qadın məktəbi açmışdı. Həmin ilin noyabrında Çondonda məktəb binasının tikintisi başa çatır. Növbəti il İmperator Kocon universitetə "Armud çiçəyi akademiyası" mənasına gələn ad verir.
1910-cu ildə burada kollec kursları, 1925-ci ildə isə qadınlar üçün peşə kursları açılır. 1935-ci ildə universitet Sodemun-qu rayonundakı hazırkı korpusuna köçür.
Koreya azad edildikdən dərhal sonra, 15 avqust 1945-ci ildə İhva Universiteti Koreyanın ilk ali təhsil müəssisəsinə çevrilir. 1950-ci ildə universitetdə magistratura və aspirantura şöbələri, 1977-ci ildə qadın tədqiqat kursları, 1984-cü ildə isə fasiləsiz təhsil şöbəsi açılır. 1996-cı ildə universitetdə qadınlar üçün ilk dəfə olaraq mühəndislik fakültəsi açılmış, 2001-ci ildə Beynəlxalq tədqiqatlar şöbəsinin əsası qoyulmuşdur.
2003-cü ildə ərli qadınların universitetə daxil olmasına qoyulan qadağa götürüldükdən sonra 2008-ci ildə ilk ərli qadın Ki Sonha İhvadan məzun olmuşdur.
2006-cı ildə universitetdə İhva qlobal əməkdaşlıq proqramı işə düşmüş, həmçinin İhva Haktanqın restavrasiyası başa çatmışdır. 2007-ci ildə universitetdə Fərqlənmə və Beynəlxalq Tədqiqatlar proqramlarını özündə birləşdirən ixtisaslaşmış Skrenton ilkin ali təhsil fakültəsi açılmışdır.
Hazırda ilkin ali təhsil şöbəsi 11 fakültəni və 65 kafedranı əhatə edir.
Universitetə qəbul müsabiqə əsasında aparılır.
Universitet adını Koreya-Çin dilində armud çiçəyi mənasını verən "ihva" sözündən almışdır. Universitetin rəmzi armud çiçəyidir.
Qadın təhsil sistemində liderlik mövqeyini qoruyub saxlamaq istəyi universitetin yeni şüarında da əksini tapmışdır:
İhva öndədir! |
İhva Qadın Universiteti Harvard Universitetinin Asiya proqramının Koreyada yeganə tərəfdaşıdır.
İhva, Uelsli və Barnar kollecləri Qadın liderliyinin dünya proqramının birgə inkişafına dair saziş bağlayıblar.
XIX əsrin əvvəllərindən etibarən İhva Universitetindən 170.000-dən artıq şəxs məzun olmuşdur. Koreya tarixində bir çox şəxslər İhva Universitetinin məzunudur. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: