İlmenau Texniki Universiteti

İlmenau Texniki Universiteti
Loqonun şəkli
Xəritə
50°40′54″ şm. e. 10°56′20″ ş. u.HGYO
Əsası qoyulub 1894
Tip dövlət universiteti
Tələbə sayı 6.612, 4.289[1], 5.165[1], 6.216[1], 6.843[1], 7.282[1], 7.578[1], 7.028[1], 6.895[1], 6.623[1], 6.231[1], 6.034[1], 6.159[1], 6.303[1], 6.763[1], 6.909[1], 6.703[1], 6.648[1], 6.619[1], 6.253[1], 5.807[1], 5.608[1], 5.425[1], 5.225[1], 4.889[1]
Ölkə
Ünvan Almaniya, İlmenau şəhəri
Sayt tu-ilmenau.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlmenau Texniki Universiteti (alm. Technische Universität Ilmenau, TU Ilmenau‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.

İnformasiya texnologiyaları üzrə ixtisasların üstünlük təşkil etdiyi bu universitetdə texniki təhsil çoxillik və zəngin ənənələrə söykənir. Almaniyanın nüfuzlu ali məktəbi 1894-cü ildə texnikum olaraq fəaliyyətə başlayıb. Təhsil müəssisəsində 1953-cü ildən akademik təhsil sistemi tətbiq olunur. Təhsil ocağı 1963-cü ildə İlmenaunun ən yüksək texniki məktəbi statusunu əldə edir, 1992-ci ildən isə universitet statusu qazanaraq Almaniyanın ən gənc universitetlərindən biri olur.

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]

Hazırda ali məktəbdə 6500-dən artıq tələbə təhsil alır. Təhsil haqqı ilk semestr üçün 13740, sonrakı semestrlər üçün 12240 avro təşkil edir. Universitetdə tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Erenberq ərazisində bir neçə yataqxana inşa edilib. Qeyd edək ki, ali təhsil ocağının bütün yataqxanaları və tədris korpusları eyni ərazidə tikilib. Bu da tələbələrin rahatlığı baxımından böyük əhəmiyyət daşıyır. Yataqxana otaqlarının 1 aylıq ödəniş haqqı 113-229 avro arasında dəyişir.

Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, animasiya, səsyazma, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb.

Kitabxana sistemi

[redaktə | mənbəni redaktə et]

Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır. Əsas diqqət elektron bazanın inkişaf etdirilməsinə yönəldilib.

Burada oxuculara müxtəlif sahələr üzrə ətraflı və mükəmməl məlumat toplaya bilmək imkanı yaradılıb. Belə ki, universitetin müasir texniki vasitələrlə təchiz olunmuş oxu zallarının yaradılması, elektron kitabxana sisteminin inkişaf etdirilməsi və multimedia xidmətləri ilə təminat tələbələrin lazımi biliklərə yiyələnməsində mühüm rol oynayır.

Tədris və tədqiqat istiqamətləri

[redaktə | mənbəni redaktə et]

İlmenau Texniki Universitetində tədris prosesinin təşkilində informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə edilir. Belə ki, İKT-nin verdiyi imkanlardan yararlanmaqla yeni təlim formaları tətbiq edilir. Bu da təhsilin daha müasir üsullarla, daha yüksək keyfiyyətdə təqdim olunmasına imkan verir. Universitetdə müasir standartlara cavab verən kompüterlərin və qlobal şəbəkəyə ödənişsiz çıxış imkanının olması tələbələrin təhsil prosesində informasiya texnologiyalarının verdiyi üstünlüklərdən istifadə etməsinə şərait yaradır.

Hazırda İlmenau Texniki Universitetində 5 fakültə fəaliyyət göstərir:

  • elektrotexnika və informasiya texnologiyaları,
  • informatika və avtomatlaşdırma,
  • maşınqayırma,
  • riyaziyyat və təbiət elmləri,
  • iqtisadiyyat.

Elektrotexnika və informasiya texnologiyaları fakültəsində tədris yeni proqram əsasında həyata keçirilir. Proqram kompüter elmləri sahəsində yüzlərlə alim, mühəndis, istehsalçı və müəllimi birləşdirən "ACM" və "IEEE Computer Society" beynəlxalq təşkilatlarının tövsiyələrinə uyğun olaraq hazırlanıb. Bu tövsiyələr hal-hazırda kompüter elmləri üzrə ixtisasları təklif edən universitetlərin əksəriyyətində tətbiq edilir.

İnformatika və avtomatlaşdırma fakültəsində hesablama texnikası, avtomatlaşdırma, informatika və digər müvafiq istimətlər üzrə yüksək bilik və bacarıqlara malik kadrlar hazırlayır.

Ali məktəbin maşınqayırma fakültəsi texniki istiqamət üzrə müasir universitet təhsili təklif edir. Bundan əlavə, fakültə kompleks elmi-tədqiqat işlərini həyata keçirir.

Riyaziyyat və təbiət elmləri fakültəsində riyaziyyat, fizika, kimya, biologiya və s. ixtisas istiqamətləri tədris olunur.

İqtisadiyyat fakültəsində isə dünya iqtisadiyyatı, iqtisadi informasiya sistemləri, ticarət və marketinq tədqiqatları, mühasibat uçotu, maliyyə və audit sahələri üzrə mütəxəssislər yetişdirilir.

Bakalavriatura və magistratura

[redaktə | mənbəni redaktə et]

Universitetdə bakalavriatura və magistratura təhsil pillələri üzrə tədris olunan əsas proqramlara kütləvi informasiya vasitələrinin tətbiqi aspektləri, biotibb texnikası, elektrotexnika və informasiya texnologiyaları, nəqliyyat texnikası, informatika, mühəndis informatikası, maşınqayırma, riyaziyyat, mexatronika, kütləvi informasiya vasitələrinin texnologiyası, optronika, texniki fizika, materialşünaslıq, kütləvi informasiya vasitələrinin iqtisadiyyatı, iqtisadi informatika və mühəndis iqtisadiyyatı ixtisasları daxildir.

İlmenau Texniki Universiteti eyni zamanda ölkə daxilində və xaricdə fundamental və tətbiqi elmi-tədqiqatlar üzrə aparıcı mövqe tutur. Ali məktəbin əsas elmi-tədqiqat istiqamətlərini nanotexnologiyalar, dəqiq texnologiyalar və dəqiq ölçü texnikası, o cümlədən texniki və biotibb köməkçi qurğuları, mexanizmlərin, energetikanın və ətraf mühitin müdafiəsinin texniki sistemi, rəqəmli texnologiyalar və media, mobil rabitə sistemləri təşkil edir.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

İlmenau Texniki Universitetinin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulub. Beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini yüksək və ali məktəbdən sonrakı təhsil proqramları üzrə xarici vətəndaşların ixtisasın artırılması, birgə maarifləndirici proqramların reallaşdırması, tələbələrin və müəllimlərin mübadiləsi, aparıcı texniki ali məktəblərdə mütəxəssislərin təcrübə keçməsi, dünyanın aparıcı şirkətləri ilə birgə elmi-tədqiqat işləri, xarici şirkətlərlə və ali məktəblərlə elmi informasiya mübadiləsi, birgə konfransların simpoziumların, seminarlar keçirilməsi, təhsil və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və fondlar tərəfindən keçirilən layihələrdə və proqramlarda iştirak təşkil edir.

Universitet xarici ali təhsil müəssisələri ilə birgə İKT sahəsində bakalavrlar və magistrlər üçün "ikiqat diplom" proqramlarını reallaşdırır. Xarici tələbələrin kontingentinin genişləndirilməsi məqsədilə ali məktəb ingilis dilində bir neçə proqram təklif edir. Sözügedən proqramlar rabitə vasitələri və siqnalların emalı (Communication and signal prosessing), elektrik enerjisi və texniki nəzarətin təşkili (Electrical Power and Control Engineering), kompüter və mühəndis sistemlərinin tədqiqi (Research in Computer and Systems Engineering) ixtisaslarını əhatə edir.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).