İmereti

İmereti
იმერეთის მხარე

42°10′ şm. e. 42°59′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Kutaisi
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 6.516 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 481.500 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-IM
Rəsmi sayt
İmereti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbaycan mənbələrində Başaçıq adıyla tanınırdı.[1][2] Ölkənin inzibati mərkəzi Kutaisi (Qutayıs) şəhəridir.

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

İmereti ölkəsi on iki bələdiyyəyə bölünür:

Rioni çayının hövzəsində yerləşən İmereti əsasən aqrar bölgədir. Burada çoxlu sayda ağ tutüzüm yetişdirilir.

Bir qrup imeretili (1898-ci il)

Qədimdə İmereti laz Eqrisi (yunanca Lazika kimi tanınan) dövlətinin tərkibində olmuşdur. Eqrisi hökmdarı 524-cü ildə məsihiliyi dövlətin rəsmi dini elan etmişdir. Dini birlik dövləti getdikcə Gürcüstanla yaxınlaşdıraraq nəticədə X əsrin sonunda Eqrisinin Gürcüstan çarlığına qatılmağına səbəb olmuşdur. Teymurləngin ölkəyə basqını gürcü feodalların birliyinə ağır zədə vurmuşdur. Daxili münaqişə nəticəsində İmereti XV əsrdə Gürcüstandan ayrılaraq özünü paytaxtı Qutayısda olan müstəqil çarlıq elan etmişdir. Lakin çox keçmədən çarlıq bütün Cənubi Qafqaz kimi bölgəyə tamah salmış OsmanlılarSəfəvilər arasında müharibəyə səbəb olmuşdur. 1555-ci il sazişinə əsasən İmereti Türkiyədən asılı elan edilmiş və ona böyük miqdarda xərac vermək məcburiyyətində qalmışdır. XVIII əsrdə İmereti çarı I Solomon II Yekaterinaya müraciət edib rus qoşunlarının köməyi ilə İmereti qalalarını türklədən azad etmişdir. Rus hakimiyyəti İmeretini Kiçik Qaynarca sülh müqaviləsinə əsasən 1774-cü ildə Türkiyəyə xərac vermək məcburiyyətindən qurtarmışdır. Nəhayət 1811-ci ildə İmereti çarlığı rəsmi olaraq Rusiya imperiyasının tərkibinə girmişdir.

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 533.906 nəfər təşkil edib və bu göstəriciyə görə İmereti Gürcüstanda 1-ci yerdədir. Demək olar ki, tamamilə (99,3% və ya 530.288 nəf.) etnik gürcülərdən ibarətdir. Yerdə qalan təqribən on min nəfər ruslardan (0,25%), ermənilərdən (0,13%) və dövlət qayıdış proqramı çərçivəsində təzəlikcə bura köçmüş Axısqa türklərindən ibarətdir.[3][4]

İmeretililər gürcü xalqının subetnik qrupu hesab edilirlər. Onlar gürcü dilinin xüsusi İmereti ləhcəsində danışırlar. Keçmişdə məişətlərində yerli özünəməxsus elementlər müşahidə olunurdu.

  1. Qarabağnamə Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine. Mirzə Adıgözəl bəy (7-ci fəsil).
  2. Gülüstani-İrəm Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine. Abbasqulu ağa Bakıxanov (müqəddimə).
  3. "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  4. İnteqrasiya və köçürmə arasında: Axısqa türkləri. Oskari Pentikaynen və Tom Triyer.