İmereti çarlığı

İmereti çarlığı
gürc. იმერეთის სამეფო
Bayraq Gerb
Bayraq Gerb
Rəsmi dilləri
Paytaxt Kutaisi
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmereti çarlığı (gürc. იმერეთის სამეფო) — XV əsrin sonunda yaranan KartliKaxeti ilə birlikdə Gürcüstanın üç müstəqil feodal krallıqlarından biri. Paytaxtı Kutaisi idi.

XVI əsrin sonlarında İmereti çarlığı yalnız İmereti ərazisi ilə məhdudlaşırdı. 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsinə görə İmereti çarlığı Osmanlı Dövlətinə tabe oldu və vergi ödəməli oldu. İmereti çarlığının tarixi davamlı feodal iğtişaşları və qul ticarətinin çiçəklənməsi ilə əlamətdardır.

Feodal daxili müharibələri xüsusilə XVII əsrdə gücləndi. Yalnız I Solomon (1752–84-cü illərdə hökmranlıq etmişdir) çar hakimiyyətini gücləndirə bilmişdir. O, qul ticarətini qadağan etmişdir, eyni zamanda qərbi Gürcüstanı birləşdirməyə çalışırdı. I Solomonun türklərlə uzun müddətli müharibəsi 1757-ci ildə Xresil zəfəri ilə bitdi və 1758-ci ildə Kartli çarı II İrakli ilə hərbi ittifaq ilə qeyd edildi.

XVIII əsrdə İmeretiya çarları dəfələrlə Rusiyadan kömək istəyirdi, lakin Osmanlı İmperiyası ilə münasibətləri çətinləşdirməmək üçün təvəqqelər rədd olunurdu. 1774-cü ildə imzalanan Kiçik Qaynarca sülhünə əsasən, Osmanlı İmperiyasının İmpereti çarlığına qoyulan vergi ləğv edildi.

1804-cü ildə İmereti kralı II Solomon Rusiyanın himayəsinə keçdi. 1811-ci ildə İmereti krallığı Rusiya İmperiyasının İmereti vilayətinə çevrildi.