İrlandiyalı | |
---|---|
ing. The Irishman | |
Janr | dram filmi, bioqrafik film, cinayət filmi, kitablar əsasında film[d], triller filmi, sənədli film, qanqster filmi[d], Epik film, kriminal triller[d], tarixi film |
Rejissor | |
Prodüserlər |
|
Baş rollarda | |
Operator |
|
Distribütor | Netflix, Mozinet[d][4] |
İlk baxış tarixi | 27 sentyabr 2019 |
Müddət | 209 dəq. |
Gəlir | 885.600 $ |
Ölkə | |
Dil | ingilis dili |
IMDb | ID1302006 |
İrlandiyalı (ing. The Irishman) — Martin Skorsezesin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş amerikan bioqrafik, cinayət janrında cəkilmiş filmdir. Filmin baş rol aktyorları Robert De Niro, Al Paçino və Co Peskidir. Filmdə İkinci Dünya müharibəsindən sonra Amerikadakı cinayət aləmi, 20-ci əsrin ən böyük mafiozları ilə birlikdə işləyən Frank Şirinin gözü ilə izah edilir. Film eyni zamanda ABŞ tarixindəki ən böyük sirrlərdən biri olaraq qalan bir zamanlar ABŞ-də Bitlz qədər məşhur olduğudu deyilən həmkarlar ittifaqının prezidenti Cimmi Hoffanın itkin düşməsindən bəhs edir. Film tamaşaçıları cinayətkar dünyanın gizli dəhlizləri ilə böyük bir səyahətə aparır, bu dünyanın necə işlədiyini, rəqabətlərini və əsas siyasətlə əlaqələrini ortaya qoyur.
Filmin premyerası 27 sentyabr 2019-cu ildə 57-ci Nyu-York Film Festivalında baş tutmuşdur. Film 27 noyabr 2019-cu ildə etibarən Netflix-də göstərildi.
Jurnalist Dan Moldea, filmin əslində reallığı əks etdirmədiyini iddia edərək, Hoffanın cəsədinin tapılmadığını və Şiranın evində qan izləri tapılmadığını demişdir. Filmin baş rol aktyorlarından Robert De Niro iddialara qarşı olaraq bildirmişdir ki, "İnsanların bizimlə eyni fikirdə olmaması isə bağlı heç bir problemim yoxdur. Dan Moldea, Hoffa işi üzrə mütəxəssisdir. Ancaq Martinin (Scorsezenin) dediyi kimi biz filmdə tamamilə gerçək bir hekayədən danışmamışıq, öz hekayəmizi danışmışıq.