İrmena Çiçikova | |
---|---|
Doğum tarixi | 22 may 1984 (40 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
IMDb | ID2212746 |
Vikianbarda əlaqəli mediafayllar |
İrmena Çiçikova (bolq. Ирмена Чичикова; 22 may 1984, Plovdiv) — Bolqarıstan kino və teatr aktrisası.
İrmena Çiçikova Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Təhsilini fransız dilli "Antoine de Saint Exupéry" məktəbində almışdır. 2003-cü ildə isə məktəbi bitirərək Sofiyaya gəlir. Sofiyada təhsilini Teatr və Kinematoqrafiya Milli Akademiyasında Marqarita Mladenova və İvan Dobçevin rəhbərliyi altında davam etdirir.
Paralel olaraq yunan dilini də öyrənir. Onun diplom çıxışları Anton Çexovun "Üç baçı" və Joldi Qalseranın "Dakota /Zəncirlərdəki sözlər" pyesi olur. 2008-ci ildə məzun olduqdan sonra, peşəkar sertifikatlaşdırılmış aktrisa olur.[1]
2012-ci ildə "Mən — sən" filminə çəkilir. Onun filmdəki çıxışı tənqidçilər tərəfindən yaxşı qəbul edildi və o, "Qızıl Gül" kinofestivalında ən yaxşı qadın roluna görə mükafatlandırıldı. 2015-ci ildən etibarən mütəmadi olaraq kinoya çəkilir.[2]