Bu seriyanın hissəsidir: |
Anime və manqa |
---|
İsekay (異世界?, hərf. fərqli dünya)) – Yaponiya fentezi anime, manqa, ranobe və videooyunlarının altjanrı. Bu altjanrda heç bir fərqli xüsusiyyəti olmayan personaj paralel kainata düşür və ya həbs olur. Çox vaxt bu kainatlar bu personajların dünyasında uydurma kainat kimi məlumdur, lakin bəzən bu onlara məlum olmaya ola bilər. Bu kainat virtual dünya da ola bilər (məsələn, "Sword Art Online") və ya tamamilə fərqli və ancaq protaqonistin əvvəlki dünyadan xatirələr daşıdığı dünya da (məsələn, "Saga of Tanya the Evil") ola bilər. Bəzən isə ikisi də baş verə bilər. Məsələn "Log Horizon" və "Overlord" seriyalarında virtual reallıq reallığa çevrilir.
Bu altjanr arzunun həyata keçirilməsi ilə xarakterizə olunur: NEET, oyunçu və ya hikikomori xüsusiyyətləri daşıyan şəxs fərqli dünyaya transportasiya olur. Yeni fentezi dünyasında onlar real həyatda onlar üçün əhəmiyyətli olmayan oyun bacarıqlarından istifadə edə bilirlər.[1][2] Onların yeni dünyada əldə etdikləri güc bəzən hər kəsi məhv edəcək qədər güclü (məsələn, "In Another World With My Smartphone")[1] və ya çox zəif ola bilər (məsələn, "Re:Zero"-da baş qəhrəman öləndə yenidən dirilmək gücündən başqa heç bir gücə malik deyil).[3]
İsekayda adətən baş qəhrəmanlar "seçilmiş" olurlar, lakin bunun əksi də ola bilər. Məsələn, "Drifters" kimi seriyasında yeni dünyaya düşən personajlar güclü tarixi şəxsiyyətlərdir.[4] Və ya "That Time I Got Reincarnated as a Slime" seriyasında baş qəhrəman insan kimi yox, bədheybət kimi başlayır.[5]
Bu altjanra aid ilk nümunələr "El-Hazard" və "Fushigi Yûgi" hesab olunur.[1] Bu seriyalarda personajlar orijinal halları ilə fərqli dünyalara daxil olurlar. Daha sonra "Saga of Tanya the Evil" kimi personajların ölüb yeni dünyada reinkarnasiya olduğu seriyalar çıxmağa başladı.[1]
"hack." franşizi hazırkı isekay virtual dünya konsepsiyasının işləndiyi ilk seriyalardan biridir. Daha sonra "Sword Art Online" onun addımları ilə getmişdir.[6]
Altjanr 2016-cı ildə o qədər populyar olmuşdu ki, qısa hekayə müsabiqələri isekay seriyaları qadağan etmişdilər.[7] Kadokawa nəşriyyatı da 2017-ci ildə anime stilindəki roman müsabiqəsində isekay romanlara qadağa qoymuşdu.[8]
İsekay seriyalara nümunələr: