İsmayıl Marzuki | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cakarta, İndoneziya |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | indonez |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Fəaliyyət illəri | 1931-ci ildən |
Musiqi alətləri | piano |
Mükafatları | İndoneziya milli qəhrəmanı |
Vikianbarda əlaqəli mediafayllar |
İsmayıl Marzuki (ind. Ismail Marzuki; 11 may 1914, Cakarta — 25 may 1958, Cakarta) — indonez bəstəkarı, şair və müğənnisi.
İsmayıl Marzuki 1914-cü ildə Cakartada zadəgan ailəsində anadan olmuşdur. O, holland məktəbində və mədrəsədə təhsil almışdır. 1931-ci ildə ilk mahnısı "Sarina"nı yazır. İsmayıl Marzuki 200-dən çox mahnı bəstələmişdir. O, 1944-cü özünün məşhur "Palma adasında təskinlik" (ind. Rayuan Pulau Kelapa) adlı əsərini, 1946-cı ildə "Salam, salam, Bandunq" (ind. Halo, halo Bandung) adlı inqilabi əsər yazmışdır. İsmayıl Marzuki məşhur rus mahnısı "Qara gözlər" in (rus. Очи чёрные) sudan dilində («Panon Hideung») mətnini işləməyə də nail olmuşdur.
"Palma adasında təskinlik" mahnısı "Dənizlə yuyunan isti dənizlər" və ya "Doğma İndoneziya ölkəsi" Mayya Qolovina tərəfindən oxunmuş və Sovet İttifaqında çox məşhur olmuşdur[1]. Mahnı həmçinin Andrey Yevplanovun "İndoneziya" hekayəsi üçün hərəkətverici qüvvə oldu. "İndoneziya - mənim məhəbbətim" mahnısının leytmotivi Yuli Kim tərəfindən "D.A. Suxarevin yubileyinə" mahnısında da istifadə olundu[2].
İsmayıl Marzuki 1958-ci ildə vəfat etmiş, Cakartadakı Karet Bivak qəbristanlığında dəfn olunmuşdur.