İsrail ərəbləri عرب إسرائيل (العرب الإسرائيليون) ערבים אזרחי ישראל | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili |
Ərəb dili İvrit dili |
Dini | İslam 83.8% (əsasən Sünni), Xristian 8.4% və Druz 8.2% |
![]() |
İsrail ərəbləri (ivr. ערבים אזרחי ישראל; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir.
Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir. Xristian və Druz inancına sahib ərəblər isə sünnilərdən sonra ən böyük dini azlığı təşkil edirlər. İsrail Statistika Komitəsi tərəfindən 2010-cu ildə verilən məlumata əsasən, İsraildə 1.573.000 nəfər ərəb kökənli vətəndaş yaşamaqdadır və bu şəxslər ölkə əhalisinin 20.4% ini təşkil etməkdə idi.[1] Rəyi soruşulan şəxslərin əksəriyyəti mənşə baxımından ərəb və ya fələstinli, vətəndaş baxımından isə İsrailli olduqlarını bildirmişdilər.[2][3][4] Toplum nümayəndələrinin bir çoxunun Qəzzə, Suriya, İordaniya və Livanda yaşayan fələstinli mühacirlərlə qohumluq əlaqələri mövcuddur.
1967-ci ilə qədər coğrafi ərazidə yaşayan bir çox ərəb Colan təpələri və Şərqi Qüds ərazilərində yaşamaqda idi. Altı günlük müharibə dönəmində İsrailin bölgədə əsas gücə çevirilməsi bölgə ərəblərinin İsrail tabeliyində yaşaması ilə nəticələnmişdir. İsrail sərhədləri daxilində yaşayan ərəblərə İsrail vətəndaşlığı təklif etmişdir, ancaq ərəblər İsrail dövlətinin nəzarəti altında yaşamaq istəmədikləri üçün təklifdən imtina etmişdilər.[5] Təklifdən imtina edilməsinin ardından İsrail ərazinin yerli sakinlərinə daimi oturum icazəsi verdi. Eyni zamanda ərəblər dövlət tərəfindən yəhudilər üçün nəzərdə tutulmuş bütün imtiyaz və hüquqlardan istifadə edə biləcəkdilər.[6].
İsrail ərəblərinin adlandırılması siyasi məsələ kimi dəyərləndirilmişdir və bu səbəbdən bir necə versiya mövcuddur.[7][8] İsraili müdafiə edən şəxslər toplumu İsrailli ərəblər və ya Ərəb israilliləri olaraq adlandırmaqdadırlar. Geniş istifadə edilən bir digər adlandırma isə ərəb millətçiləri və Fələstini müdafiə edən şəxslər tərəfindən istifadə edilir. Həmin qrupun versiyası isə Fələstinli ərəblər formasındadır. New York Times qəzetinə görə toplum özünü ifadə edərkən əsasən İsrailli ərəblər və ya Fələstinin israil vətəndaşları adlandırmasından istifadə etməkdədirlər.[9] New York Times mövzu ilə bağlı xəbər hazırlayarkən hər iki adlandırmadan da istifadə edir.[10]. İsrail dövləti İsrailli ərəblər və ya İsraildə yaşayan ərəblər formasında adlandırmaya üstünlük verdiyin bəyan etmişdir. Bununla yanaşı etnik və dini qruplar, ölkənin ərəb sektoru İsrail ərəbləri ifadəsindən istifadə etməkdədir.[2][7][8][11][12][13] Toplumun adlandırılması üçün istifadə edilən digər formalar isə İsraildəki fələstinli ərəblər, İsrailli-fələstinli ərəblər və Yaşıl bölgənin daxilində yaşayan ərəblər formasındadır.[2][11][14].
Bir çox yəhudi mənşəli İsrail vətəndaşı 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsini azadlıq müharibəsi olaraq adlandırmışdır. Ərəb kökənli şəxslərin həmin hadisəyə münasibəti isə əsasən, fəlakət və işğal prizması üzərində qurulmuşdur. 1948-ci ildə yaşanan müharibənin ardından İngilis mandatında olan Fələstin torpaqları üç hissəyə bölündü: İsrail dövləti, İordaniyanın nəzarəti altında olan İordan çayının qərb sahili və Misir nəzarətində olan Qəzzə zolağı. Yəhudi tarixçi Benni Morrisin fikirincə İsrail dövlətinin yaradılan zaman ərazidə 950.000 nəfərdən çox ərəb yaşayırdı və həmin şəxslərin 80% qədəri məlum səbəblərə görə ərazini tərk etmək məcburiyyətində qaldılar. Ərazidə cəmi 156.000 nəfərə yaxın etnik ərəb qaldı.[15]. 700.000 fələstinli yeni yaradılan dövlətin sərhədlərini tərk etməli oldular və bir qisim ərəb də İsrail əsgərləri tərəfindən ərazidən uzaqlaşdırıldı.[16].
Bu günki, İsrail ərəbləri ölkə qurulan zaman ərazidə yaşamış 156 min nəfərlik ərəb toplumunun soyundan gələn şəxslərdir. Bura Qəzzə və İordan çayının qərb sahili kimi bölgələrdə yaşayan ərəbləridə aid etmək lazımdır. Belə ki, İsraildə modern ərəb toplumunun formalaşması üçün hər üç bölgə mühüm rol oynamışdır. Ailə münasibətlərinin rəsmiləşdirilməsinin ardından bəzi ərəblərə ölkə vətəndaşlığı verildi. Keçmişdə daha asan şəkildə icra edilən prosedurlar zaman keçdikcə daha diqqətli formada icra edilməyə başlandı.[17]. Müharibə dönəmində evləri zəbt edilən ərəblərin evləri dövlət mülkiyyətinə verildi. Evlərini itirdikdən sonra getdikləri qaçqın düşərgələrinin yerləşdiyi ərazilər də İsrailin nəzarəti altında idi. Çıxılmaz vəziyyətdə qalan qrupların mühacir kimi yaşamaqdan başqa şansları yox idi. Həmin qrupların soyundan olan ailələr bu gün Səfuriyyə, Kafr Birim və İğrit kimi kənd bölgələrində yaşamaqdadır.[18].
İsrail dövləti ilk illərdə İsraildə qalan ərəblərin çoxuna vətəndaşlıq vermişdi, ancaq həmin şəxslər ciddi idarəçilik qaydaları altında yaşamağa məcbur idilər.[19][20] Küçəyə çıxmaq qadağası, səyahət qadağası, mülklərin müsadirə edilməsi və deportasiya edilmək kimi proseslər 1966-cı ilə qədər ölkə ərəbləri üçün gündəlik həyatın bir parçasına çevrilmişdi. Dövlət tərəfindən hazırlanan qanunların bir çoxu ərəblər tərəfindən tərk edilmiş ərazilərin İsrailə birləşdirilməsi üçün zəmin hazırlamışdı. 1950-ci ildə qəbul edilmiş mülk qanuna əsasən, başqa ərazilərə köçmüş və ya öz torpağında yaşamayan şəxslərin (burada, əsasən, ərəblər nəzərdə tutulurdu) torpaqları və mülkləri dövlət tərəfindən müsadirə edilirdi.
İsrail vətəndaşlığına sahib ərəblərin Knesset seçkilərində iştirak etmələrinə icazə verildi. İlk formalaşdırılan Knessetin tərkibində Əmin-Səlim Jarjora və Səif əl-din Əl Zubi kimi ərəb mənşəli millət vəkilləri vardı. Bu şəxslər parlamentə Nasıra Demokratik Partiyasından seçilmişdilər. Maki pariyasından isə Tövhiq Tubi parlamentə seçilmişdi. Beləliklə İsrail ərəbləri ilk Knessetdə üç nəfərlə təmsil olunurdular. 1965-ci ildə Əl-Ard adlı radikal sosialist qrup müstəqil şəkildə Knessetə daxil olmaq istəsə də namizədlərin öz namizədliklərinin irəli sürülməsi İsrail Mərkəzi Seçki Komissiyası tərəfindən qadağan edildi.[21] 1966-cı ildə həyata keçirilən reformlar ilə ərəb kökənli vətəndaşlara qarşı edilən basqılar azaldıldı və onlar yəhudi kökənli vətəndaşlarla birlikdə bərabər hüquqlara sahib oldular.[22]
Altı günlük müharibədən sonra Ərəb kökənli vətəndaşlar İsrail dövlətinin qurulduğu tarixadən bəri ilk dəfə Qərb Sahili və Qəzzə bölgəsində olan fələstinlilərlə əlaqə qura bildilər. Müsəlman toplumun bir-birinə daha da yaxınlaşmasına imkanın yaradılması ərəb miliyyətçiliyinin artmasına səbəb oldu.[23][24] 1974-cü ildə ərəb region başçılarından və bələdiyyə sədrlərindən ibarət bir komitə yaradılır. Yaradılan komitə ölkə daxilində yaşayan ərəb vətəndaşların dövlət məsələlərində təmsil olunma hüququnu genişləndirirdi. Komitənin digər bir məqsədi İsrail hakimiyyətinə qarşı ərəb kökənli şəxslərin hüquqularının qorunması üçün təzyiq göstərməkdən ibarət idi.[25] 1974-cü ildə yaradılan komitənin ardından 1975-ci ildə Torpaqların Müdafiəsi Komitəsi yaradıldı.[26] Bu komitənin isə məqsədi ərəb torpaq sahiblərinin hüquqlarını qorumaq və torpaqların dövlət tərəfindən müsadirə edilməsinin qarşısını almaqdan ibarət idi.[26] Həmin il Maki Partiyasından namizəd, ərəb şair və siyasi xadimi Tövhiq Ziadın Nazaret şəhərinə başçı seçilməsi ərəblərin İsrail daxilində ilk ciddi siyasi uğuru oldu. 1976-cı ildə altı ərəb kökənli vətəndaş torpaqların dövlət tərəfindən müsadirə edilməsinə qarşı təşkil edilmiş mitinqdə İsrail polisi tərəfindən qətlə yetirildi. Baş verən hadisələr ölkə daxilində yəhudi-ərəb bölünməsini şiddətlənməsinə təkan vermişdir.
1980-cı illərdən etibarən İsraildə İslam Hərəkatı yayılmağa başlamışdır. İslam dinin ölkədə daha təkmil şəkildə formalaşması üçün hərəkət mənsubları tərəfindən İsraildə qısa zamanda məktəblər, xəstəxanalar və məscidlər inşa edilməyə başlandı. İslami Hərəkat xüsusi ilə siyasi məsələlərdə aktiv rol oynamağa səy göstərirdi.[27][28] İsrail-Fələstin münaqişəsinin alovlanması fonunda ölkə vətəndaşı olan bir çox ərəb aktvisit tərəfindən açlıq aksiyaları təşkil edildi. Fələstinə ərzaq və geyim yardımlarının edilməsi İsrail ərəblərinin mövcud münaqişədə İsrailin yox Fələstinin tərəfində olduğunu göstərməkdə idi.[27] Oslo müqaviləsinin imzalanmasından sonra ölkədə yaşayan ərəblər üçün mülayimləşmə dönəmi başlandı. İsak Rabin hökuməti zamanında, ərəb siyasi partiyalar koalisiya yaratmaqla mühüm irəliləyiş əldə etmiş oldular. Ərəblərin artan aktivliyi özünü qeyri-hökumət təşkilatlarında da göstərdi. 1999-cu ildə keçirilən prezident seçkiləri zaman ərəb seçiçilərin 94% Ehud Baraka səs verdi, ancaq Barak mərkəzi hakimiyyət yaradıb ərəblərin maraqlarını nəzərə almadı və nəticədə ərəb seçiçilərin bütün ümidləri boşa çıxdı.[23]
2000-ci ilin oktyabr ayında 12 Qəzzə sakinin öldürülməsi İsraildə yaşayan ərəblər və yəhudilər arasında gərginliyə səbəb oldu. Baş verənlər hadisələr cavab olaraq hökumət tərəfindən Or komissiyası yaradıldı. Yaradılan komissiyanın vəzifəsi baş verən hadisələri araşdırmaq və günahkarları cəzalandırmaqdan ibarət idi. 2000-ci ilin əvvəllərində İsrail daxilində yaşanan etnik zəminli gərginliklər ərəblər tərəfindən tez-tez müzakirə edilməkdə idi. İsrail ərəbləri hüquqlarının və təhlükəsizliklərinin lazimi şəkildə qorumadığını və hər zaman II dərəcəli şəxs münasibəti ilə qarşılaşdıqlarını əsas gətirərək 2001-ci ildə təşkil edilən seçkiləri boykot etdi.[23] 2006-cı ildə İsrail ilə Hizbullah arasında müharibənin başlanması, İsrailin Livanın ərazisinə daxil olaraq orada hərbi əməliyyatlar həyata keçirməsi İsrail ərəbləri tərəfindən sərt şəkildə tənqid edildi. Ərəb toplumu atılan addımların yəhudilərin maraqlarından çıxış etdiyini və ölkə ərəblərin heç bir marağının nəzərə alınmadığından şikayət etməkdə idilər.[29] Hizbullah tərfdarı olmaqla günahlandırılan bəzi ərəblər yəhudi toplumun sərt tənqidləri ilə qarşılaşdılar.[30]
Növbəti illərdə münasibətlər gərgin olaraq qalmaqda davam etdi. 2006-cı ildə Ehud Olmertin sağ yönümü partiya olan Yisrael Beiteinuun koalisyaya qatılmasını istəməsi növbəti gərginliyə səbəb oldu. 2007-ci ildə İsrail tarixində bir ilk gercəkləşdirildi. Duruz olmayan bir ərəb siyasətçi Raleb Majadele nazir təyin olundu. Bu təyinat İsrailin yəhudi dövləti olmadığı müzakirələrin genişlənməsi ilə müşahidə edildi.[31][32]
2006-cı ildə aparılmış rəsmi hesablamalara əsasən, İsrail dövlətində yaşayan ərəb kökənli vətəndaşların sayı Şərqi Qüdsdə vətəndaşlığı olmayan ərəblərlə birlikdə 1.143.500 nəfər təşkil etmişdir. Bu göstərici həmin zaman İsrail əhalisinin 20% demək idi.[33] İsrail Statistika Komitəsinin 2003-cü ilə olan hesabatlarında ölkə vətəndaşı olan ərəb kökənli şəxslər müsəlman, duruz, xristian olaraq sinifləndirilmişdir. Müsəlman ərəbləri ölkə ərəblərinin 82% təşkil etməkdədirlər. Duruz və xristian ərəbləri isə müvafiq olaraq 9-10% göstərici ilə növbəti pillədə dayanırlar.[34] Təxmini hesablamlara görə 2025-ci ilə qədər İsrail əhalisinin 25% etnik ərəblərin təşkil edəcəyi planlaşdırılıb.[35] Ərəb kökənli vətəndaşlar tərəfindən istifadə edilən dil ərəbcə və ərəb dilinin fələstin ləhcəsidir.[36]
Bədəvilərində aralarına daxil olduğu müsəlman ərəblər İsrail kökənli ərəb vətəndaşlarının 70% təşkil etməkdədir. 2008-ci ildə hər ana sayına düşən ortalama körpə sayı 3.97 dən 2010-cu ildə 3.84 rəqəminə düşmüşdür. Müsəlman əhalisin mütləq bölümü gənclərdən ibarətdir və toplumun 42% 15 yaşından aşağı olan vətəndaşlardır. Müsəlman ərəblərin yaş ortalamasının 18 yəhudilərin yaş ortalamasının isə 30 olması İsraildə etnik və dini qruplar arasında fərqliliyi daha aydın şəkildə göstərir.[34]
İsrail Xarici İşlər nazirliyinin məlumatına görə Nəcəf çölü olaraq adlandırlan ərazidə 110.000 bədəvi yaşamaqdadır. İsrail ərəblərinin toplamda 200.000 nəfəri bədəvi ərəbləri təşkil edir. Digər kompakt bədəvi toplumları isə 50.000 nəfər olmaqla Qalileydə, 10.000 nəfər olmaqla isə İsrailin mərkəzi bölgələrində yaşayırlar.[40] 1948-ci ildə İsrail dövləti yaradılmamışdan əvvəl Nəcəf çölü ərazisində 65.000-90.000 arasında bədəvinin yaşadığı təxmin edilir.[40] İsrail hökuməti tərəfindən 1979 və 1982-ci illərdə bədəvilərin daha rahat yaşamalarını təmin etmək üçün yeddi şəhərcik salınmışdır və bu gün İsraildə yaşayan bədəvilər də, əsasən, onlar üçün salınmış bu şəhərçiklərdə yaşamaqdadırlar. Bu şəhərciklərin ən böyüyü Rahat qəsəbəsidir. Digərlər isə Ararat an Nagab, Bir Hadaj, Lakiya, Kuseifa, Şhapiq al Salam və Təl-as-Səbi olaraq adlandırılmışdır. Bədəvi toplumunun bir hissəsi də dövlət tərəfindən tanınmayan kənd ərazilərində yaşamağa üstünlük verməkdədir. Sayları 40 civarında olan bu kəndlərə elektrik və su verilmir.[41][42]
Bir çox druz ölkənin şimalında yaşamaqdadır. 1967-ci ildə Suriyadan zəbt edilən və 1981-ci ildə İsrailə birləşdirilən Colan təpələrində yaşayan Druzlar Colan Qanunlarına əsasən, ərazinin daimi yerliləri hesab olnur.[43] Druzların böyük əksəriyyəti onlara təklif edilən İsrail vətəndaşlığından imtina edərək Suriya vətəndaşlığında qalmağa üstünlük vermişdilər. İngilis mandası dönəmində Druzlar ölkə daxilində yüksələn ərəb miliyyətçiliyinə dəstək vermədilər.
1948-ci ildə ki müharibə zamanı bir çox Druz İsrail ordusunda ərəblərə qarşı döyüşdü və toplumun dövlətə qarşı olan sədaqəti səbəbindən müharibə dönəmində və sonrasında heç bir druz kəndinə ziyan dəymədi. İsrailin yaradılmasından bəri druzlar baş verən münaqişələrə qatışmamağa və tərəfsiz mövqe sərgiləməyə çalışmaqdadırlar.[44] Druzların dini inanclarına əsasən, yaşadıqları ölkə üçün xidmət göstərmək önəmlidir və bu səbəbdəndir ki, bir çox druz ölkə ordusunda yüksək vəzifələrdə xidmət etməkdədir.[45]
1957-ci ildə İsrail dövləti Druzların inancını rəsmi məhsəb kimi tanımışdır.[46] Druzlar eyni zamanda İsrail Daxili İşlər Nazirliyinin rəsmi icazəsinə əsasən, özlərini fərqli (ərəb olmayan) etnik qrup kimi təqdim etmə və tanıtma hüququna sahibdirlər. İsraildə təhsil ərəb və ivrit dillərində olmaqla verilməkdədir. Ərəb dilində təhsildən əsasən, ölkənin ərəb mənşəli toplumu faydalanır. Druzlar isə digər ərəb mənşəli toplumlardan fərqli olaraq özlərinə məxsus məktəblərdə və öz adətlərinə uyğun şəkildə təhsil almaq hüququna sahibdirlər. Druzlar digər ərəb mənşəli toplumlara nəzərən özlərini daha çox ərəb yox israilli olaraq təqdim edirlər.[47][48]
There are a number of self-identification labels currently in use among Palestinian Israelis. Seven of the most commonly used were included in the 2001 survey. They range from "Israeli" and "Israeli Arab", indicating some degree of identification with Israel to "Palestinian," which rejects Israeli identification and wholeheartedly identifies with the Palestinian people. [...].
According to the author's survey, approximately 66 percent of the sample of Palestinian Israelis identified themselves in whole or in part as Palestinian. The modal identity is "Palestinian in Israel", which rejects "Israeli" as a psychological identification, but accepts it as a descriptive label of geographical location. [...]
The establishment-favoured "Israeli Arab" is the second-most popular response in the survey, reflecting its dominance in Israeli social discourse. About 37 percent of respondents identified themselves in some way as "Israeli", double-counting the "Israeli Palestinian" category as both "Israeli" and "Palestinian". Although much smaller than the percentage identifying themselves as Palestinian a nevertheless considerable number include "Israeli" as part of their identity, despite the hardships placed upon them by the Israeli state.
Many identity constructs are used to refer to Palestinians in Israel; the Israeli establishment prefer Israeli Arabs or Arabs in Israel. Others refer to them as Israeli Palestinians, Palestinian Arabs in Israel, the Arabs inside the Green Line. Nowadays the widespread terms among Palestinians are Palestinians in Israel or the Palestinians of 1948.
The indigenous Palestinians comprise 20 percent of the total population of Israel. While they were allowed to become citizens, they were distanced from the center of power because the Israeli state was a Jewish state and Israeli national identity incorporated Jewish symbols and referents. Government officials categorized and labeled them by religion (Muslims, Christians, Druze), region (Galilee Arab, Triangle Arab, Negev Bedouin), and family connections, or hamula (Haberer 1985, 145). In official and popular culture, they ceased being Palestinians and were re-created as Israeli Arabs or Arab citizens of Israel. Expressing Palestinian identity by displaying the flag, singing nationalist songs, or reciting nationalist poetry was illegal in Israel until only very recently. Self-identification as Palestinians, Israeli Palestinians, or Palestinian citizens of Israel has increased since 1967 and is now their preferred descriptor. It was only under the influence of the intifada, however, that many Israeli Palestinians felt secure enough to begin to refer to themselves publicly this way (as opposed to choosing the label Palestinian only in anonymous surveys on identity).
The category of "Israeli Arab" was constructed by the Israeli authorities. As it indicates, this category assumes and constructs two levels of identity. The first is that of Arab. Local Palestinians who remained in what became Israel were designated as Arabs rather than Palestinians. This category refers to the realm of culture and ethnicity and not, clearly, politics. The official government intention was for the "Arab" to designate culture and ethnicity and the "Israeli" - to designate the political identity. [...] In addition to the category of Israeli Arabs, other categories include "the minorities" and "the Arab sector," or, in certain sectors the more cryptice appellation of "our cousins." The use of these labels denies the existence of any type of political or national identification and the use of "minority" even denies them a distinct cultural identity. With the emergence of a more critical discourse [...] the categorization expands to include Israeli Palestinians, Palestinians in Israel, Palestinian Arabs, Israeli Palestinian Arabs, the Palestinians of 1948, and so on.