İyaşikey janrında personajlar sakit mühitlərdə sakit həyat tərzi keçirirlər və məqsəd izləyicinin üzərisində sağaldıcı effekt yaratmaqdır. "İyaşikey" sözü yapon dilində "sağaldıcı növ" və ya sadəcə "sağaltma" mənasına gəlir.[1][2][3] İyaşikey anime və manqalarında personajlara və hekayəyə daha az diqqət, dünya quruculuğuna və vizual qurmaya isə daha çox diqqət ayrılır.[4]
İyaşikey 1970-ci illərin axırında ortaya çıxsa da, altjanr kimi 1995-ci ildə – Böyük Hanşin zəlzələsi və Tokio metrosunda zarin hücumu hadisələrindən sonra təşəkkül tapmışdır. Bu travmatik hadisələr və iqtisadi çətinliklər iyaşi trendinin ortaya çıxmasına səbəb olmuşdur.[5] Yaponiya ictimaiyyətinin məruz qaldığı travmalar sakitliyin gəlirli və satıla bilən bir hiss kimi ortaya çıxmasına təkan vermişdir.[5]
"The Guardian" jurnalisti Patrik Lum "İyaşikeyin tərifi: niyə heç bir şeyin baş vermədiyi sakitləşdirici animeləri sevirik" adlı məqaləsində janr haqqında fikirlərini yazmışdır. O, bu janrda olan əsərlərin "darıxdırıcı" hesab olunsa və heç bir şey baş verməsə belə, sadəcə sakitləşdirici olduğu üçün rəğbət görə bildiyini qeyd etmişdir.[10]
↑Garrity, Shaenon K. "Rozi in the Labyrinth". Otaku USA. October 2021. səh. 23.
↑ 12Paul Roquet. "Ambient Literature and the Aesthetics of Calm: Mood Regulation in Contemporary Japanese Fiction". The Journal of Japanese Studies. 35 (1). 2009: 87–111. doi:10.1353/jjs.0.0050. ISSN1549-4721.
↑Bridges, Rose. "Episode 10 - My Roommate is a Cat". Anime News Network. March 15, 2019. October 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2024. My Roommate is a Cat is classic iyashikei, healing in the way that it explores real life, but through a rosier and cuddlier version of it than reality.