İşıldaböcəklər

İşıldaböcəklər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
İşıldaböcəklər
Beynəlxalq elmi adı

İşıldaböcəklər (lat. Lampyridae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

2000-dək növü məlumdur. Fəsilənin nümayəndələri qaranlıqda qeyri-adi fosforlu işıq saçma kimi xüsusiyyətlərə malikdirlər. İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti olduğundan onlara "sehirli gecə fənərləri" də deyirlər. Qanadlı işıldayan böcəklərin yalnız erkəkləri gecələr qısa müddət ərzində "fənərlərini yandıraraq" işıq saçırlar.

Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində və sinir düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir. Bu cücülər, demək olar ki, dünyanın hər yerinə yayılıblar. Erkəkləri yaxşı uçur, bədəni uzunsovdur. Dişiləri qanadsız olub, qurda oxşayır. Erkəklərinin uzunluğu 10–12 mm, dişilərin uzunluğu 16–18 mm-ə çatır. Rəngi tutqundur. Gecə cücüləridir. Azərbaycanda 7 növü qeydə alınmışdır. İşıldayan böcəklərin bəzi növlərinin yetkin fərdlərində qarıncığın axırında piy cisminin dəyişmiş forması olan işıqvermə orqanı var. Bir çox növunün sürfə və yumurtaları da zəif də olsa, işıldayır. Axşamlar dişi fərdlər erkəklərə nisbətən daha güclü işıq verir. Molyuskla qidalanırlar.

Əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı soyuq işıqdır ki günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir. Elm adamları dünyada milyonlarla ildir mövcud olan bu təbiət texnologiyasının əvvəl iş mexanizmini həll etmək sonra da təqlid edərək insanlıq xidmətinə təqdim edə bilmək üçün işlərinə sürət vermişlər. Qısa bir zaman əvvəlinə qədər sürtünmə və ya istilik olmadan işıq əldə etmənin qeyri-mümkün olduğuna inanılırdı. Necə ki normal bir lampa özünə verilən enerjinin yüzdə 4′ünü, ağ işıq saçan lampa isə yüzdə 10′unu işığa çevirə bilir, geri qalanını istilik olaraq yayırsa, İşıldaböcəkdə da bənzər bir vəziyyət olduğunu düşünən elm adamları, böcəyin bu iş üçün istifadə etdiyi enerjinin hamısını işığa çevirə bildiyini müəyyən edikdə heyrətə düşdülər. Əslində İşıldaböcəyin işıq vermə reaksiyaları o qədər sürətlidir ki, bu funksiyanın addımlarını araşdırmaq az qala qeyri-mümkündür. Yəni işıq istehsal mexanizmi haqqındakı məlumatlar hələ nəzəriyyə kimi qalmaqdadırlar. Qəti olaraq bilinən bunun molekulyar səviyyədə kimyəvi bir əməliyyat olduğu, bəzi molekulların ayrılaraq daha yüksək enerjili hala və bu enerjini işığa çevirə bildikləridir. İşıldaböcəyin qarın bölgəsindəki işıq orqanında olan vəzilərdən, işığın əldə edilməsində rol oynayan iki əsas kimyəvi maddə yaradılmaqdadır. Bunlardan birincisinin kimyəvi quruluşu aydınlaşdırılmış və süni olaraq əldə edilmişdir. İkincisinin isə quruluşundakı sirr həll edilməsinə baxmayaraq süni olaraq yaradılması hələ mümkün ola bilməmişdir. İşıldaböcəklarında əmələ gələn iki kimyəvi birləşmənin də işıq verməyə tam olaraq bəs etmədiyi, böcəyin işıq bölgəsinə yaxın tənəffüs orqanının işıq vermə anında buranı oksigenlə bəsləməsi lazım olduğu da müəyyən edilmişdir. Bu sirrli böcəklərin 2000 növü olub erkək cinsləri uca bildikləri halda dişiləri qanadsızdırlar. Erkəklər dişiləri axtarmaq üçün gecələri uçarlar və işıqlarını bir-birləri ilə ünsiyyət qurmaq üçün istifadə edərlər. Ən yaxşı işıq keyfiyyətini inkişaf etmiş dişilər verir. İşıldaböcəklar gecələri 3 saat müddətində işıq verə bilərlər. Ümumiyyətlə dişləyərək zəhərlədikləri ilbizləri yedikləri üçün əhəngli torpaqların olduğu nəmli bölgələrdə daha çox görünürlər. Parlamağı təmin edən kimyəvi maddələr sayəsində, qəza ilə onu yeyən bir düşməni qusmaq məcburiyyətində qalar və bir daha başqa İşıldaböcək yeməyə təşəbbüs göstərməz.