Şade | |
---|---|
ing. Sade Adu | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Helen Folasade Adu |
Ləqəbi | Şade |
Doğum tarixi | 16 yanvar 1959[1][2] (65 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | vokalist, bəstəkar |
Fəaliyyət illəri | 1980-ci ildən bu günə kimi |
Janrlar | caz, fank, soul, soft rok |
Səs tembri | kontralto |
Albom şirkətləri |
Portrait/CBS Records Epic/SME Records |
Əlaqələri |
Ariva (1980—1982) Pride (1982—1983) Sade (1982 — bu günə kimi) |
Təhsili |
|
Mükafatları | |
sade.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şade Adu (ing. Sade Adu; 16 yanvar 1959[1][2], İbadan) — Nigeriya əsilli ingilis müğənni, mahnı müəllifi və şairə, aranjımançı və prodüser, Sade qrupunun lideri və yeganə vokalisti.
Şade Adu, Stüart Metyumen, Pol Spenser Deymen və Endryu Xeylin üzvlüyü ilə yaradılan qrup vokal xarakterli idi. Lakin, qrup musiqi dünyasında üzvlərinin birinin-Şadenin adıyla tanındı və beləcə də məşhurlaşdı.Qrupun üzvləri repertuarda soul, caz, ritm-n-blüz, fanka və soft-rok janrlarına üstünlük veriblər.
İlk debütünü 1984-cü ildə edən "Şade" hələ də dünyanın dinlənilən qruplarındandır. Debütdən bir il sonra, 1985-ci ildə "Diamond Life" adlı albom təkcə ABŞ-də 17 milyon, dünyada isə 50 milyon tirajla satıldı. Bu, qrupun məşhurluğunun ilk addımı oldu.
"Qremmy" mükafatı laureatı "Şade" bir neçə beynəlxalq mükafata da layiq görülüb.
Qrupun tərkibi belədir:
Şade Adu-Vokal, Stüart Metyumen-saksofon, gitara, Pol Spenser Deymen-bas, Endryu Xeylın-klaviş.
25 fevral 1984-cü ildə "Şade" öz birinci sinqlı olan "Your Love is King"-i Böyük Britaniyada təqdim etdi. "Diamond Life" albomunun debütündən sonra isə Birləşmiş Krallıq onların turnesinin şahidi oldu.
1986-cı ildə qrup nüfuzlu "American Music Awards" mükafatına "Ən yaxşı video və musiqi stili" nominasiyasında layiq görüldü.
1987-ci ildə isə "Promise" albomu "Qremmy"ni əldə etdi. Bir il sonra mayın 4-də "Şade" "Stronger Than Pride" adlı üçüncü albomunu sevənlərinə təqdim etdi. Şade Adu 1989-cu ildə "American Music Awards"-ı solo ifasına görə qazandı. 4-cü albom 1992-ci ildə Birləşmiş Krallıqda işıq üzü gördü. 2000-ci illərin də sevilən qrupları arasında yer alan "Şade"nin şəxsi veb –saytı ötən il meydana çıxdı. Bu, fanatlarla əlaqə yaratmaq üçün əla fürsət idi.
2011-ci ilin əvvəlində isə "Şade" növbəti albomunu çıxardı." Soldier of Love" adlı albom 12 yanvarda satışda göründü.