Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb[1]. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb[2]. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb[3]. O, 1651-ci ildə yazdığı kitabda şorbanı izah etmişdir[3]. İndi hazırlanan şorba 17 yüzillik və 18 yüzilliyə təsadüf edilir. İlk bu cür hazırlanan şorba telefon şorbası adlandırılır. Bu şorbada ətdən istifadə edilir. Ancaq sonradan telefon şorbasının hazırlanması dayandırılmışdır.
İslamdan əvvəl Orta Asiya, Türkiyədə taxıl məmulatlarından şorba hazırlanmışdır. Bu şorbada əsas inqrident əriştədir. Bəzən o əriştəyə zövq üçün ətdə vurulurdu. Orta Asiyada bişirilən, indiyə qədər gəlib çatmış, ən məşhur şorba tahana şorbasıdır. Tahana şorbasının bir neçə növü var. İnqridentləri duz, un, ət, pendirdir[4].