Şuci Nakamura

Syuci Nakamura
yap. 中村修二
Syuci Nakamura (2014)
Syuci Nakamura (2014)
Doğum tarixi (70 yaş)
Doğum yeri İkata, Yaponiya
Vətəndaşlığı Yapon (2005 və ya 2006-cı ilə qədər)
ABŞ (2005 ə ya 2006 bəri)[1][2]
Elm sahəsi fizika
Elmi dərəcəsi
İş yeri Santa-Barbara Kaliforniya Universiteti
Alma-mater Tokuşima Universiteti
Təhsili
Tanınır göy və ağ işıq diodlarının ixtirasına görə
Üzvlüyü
  • Polşa Elmlər Akademiyası[d]
Mükafatları Minilliyin texnologiya mükafatı (2006)
Harvi mükafatı (2009)
Fizika üzrə Nobel mükafatı (2014)
Çarlz Stark Dreyper mükafatı (2015)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Syuci Nakamura (yap. 中村修二) — yarımkeçiricilər sahəsində ixtisaslaşan yapon mənşəli amerikalı elektronika mühəndisi və ixtiraçısı. Santa-Barbara Kaliforniya Universiteti Mühəndislik kollecinin Materiallar fakültəsinin professoru olan Syuci Nakamura işıqlanma texnologiyasında əhəmiyyətli bir irəliləyiş olan göy işıq diodunun ixtiraçısı hesab olunur. İsamu AkasakiHirosi Amano ilə birlikdə o, "parlaq və enerjiyə qənaət edən ağ işıq mənbələrinin meydana çıxmasına göstərilən səmərəli göy işıq diodlarının ixtirasına görə" 2014-cü ildə Fizika üzrə Nobel Mükafatı ilə təltif olunanlardan biridir.

Nakamura elektronika mühəndisliyi ixtisası üzrə 1977-ci ildə bakalavr dərəcəsini alaraq Tokuşima Universitetini bitirib. İki il sonra eyni sahə üzrə magistr dərəcəsini əldə edən Nakamura Tokuşimada yerləşən Nichia Corporation şirkətinə qoşulub. Nichia şirkətində işləyərkən o ilk yüksək parlaqlığa malik qalium nitrid işıq diodunu kəşf etdi.

O, 1994-cü ildə Tokuşima Universitetində doktorluq dərəcəsini aldı. 1999-cu ildə Nichia Corporation şirkətini tərk edib Santa-Barbara Kaliforniya Universitetində mühəndislik üzrə professor vəzifəsində işləməyə başladı.

Nakamura həmçinin yaşıl işıq diodları üzərində işləyirdi və Blu-ray DiscHD DVD disklərdə istifadə olunan ağ işıq diodları və göy lazer diodlarının yaradılmasına görə məsuliyyət daşıyırdı.[3]

  1. 特許は会社のもの「猛反対」 ノーベル賞の中村修二さん (Japanese). Asahi Shimbun Digital. 18 October 2014. 25 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2016.
  2. ノーベル賞の中村修二氏、「アメリカの市民権」を取った理由を語る (Japanese). withnews. 18 October 2014. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2016. 2005、6年ごろに(米国市民権を)取ったんですよ [acquired (U.S. citizenship) in 2005 or 2006]
  3. Richard Harris. "Work in Colored Lights Nets Millennium Prize". All Things Considered. June 15, 2006. October 12, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2016.
  4. Shuji Nakamura wins the 2006 Millennium Technology Prize [1] Arxivləşdirilib 2009-01-11 at the Wayback Machine
  5. "Top prize for 'light' inventor". BBC News. September 8, 2006. March 5, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-09-08. (#invalid_param_val)
  6. "Inventor Shuji Nakamura at the European Inventor Award". 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  7. Prince of Asturias Awards for Technical and Scientific Research Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine.
  8. "Harvey Prize". 2011-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.
  9. "The 2014 Nobel Prize in Physics - Press Release". Nobelprize.org. Nobel Media AB 2014. October 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2014.
  10. "Arxivlənmiş surət". 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-20.