Şüalılar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip.
Şüalılar — plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir. Bu dəliklər vasitəsilə kapsuladaxili sitoplazma kapsuladankənar sitoplazma ilə əlaqədardır. Kapsuladankənar sitoplazma qalın plazma qatı ilə mərkəzi kapsulanı əhatə edir və burada olan çoxlu vakuolların hesabına bədənin ümümi səthinin azalmasına səbəb olur. Ona görədə şüalılar plankton həyat tərzi keçirirlər. Kapsuladankənar sitoplazma, bəzən mərkəzi kapsulada şüalılara simbioz həyat tərzi keçirən birhüceyrəli zooxlorella yosunları yaşayır. Yosunlar şüalıların əmələ gətirdikləri karbon qazını mənimsəyir, şüalılar isə onların fotosintez prosesi nəticəsində əmələ gətirdikləri oksigendən istifadə edirlər. Şüalılar — öz başlanğıcını kapsuladaxili sitoplazmadan götürən , mərkəzi kapsuladan və kapsuladankənar sitoplazmadan müxtəlif istiqamətlərdə keçən yalançı ayaqlara malikdir. Bu ayaqlar radial şəkildə yerləşir, nazik , uzun olur və foraminiferlərin tipik torşəkilli yalançı ayaqlarına oxşayır. Şüalılar qamçılılarla, infüzorlarla, kiçik yosunlarla qidalanırlar. Həzm vakuolları yalançı ayaqlarda və ya kapsuladankənar sitoplazma əmələ gətirir. Şüalılarda yumulan vakuollar olmur. Bəzi şüalılarda mərkəzi kapsuladan başqa skelet yoxdur. Şüalıların əksəriyyəti silisium-oksid və stronsium-sulfatdan ibarət mürəkkəb quruluşlu daxili skeletə malikdir. Belə formalarda kapsuladankənar plazmada sıx silisiumlu iynəciklərdən ibarətdir. Bir çox şüalıların skeleti düzgün quruluşlu radial iynəciklərdən ibarətdir.[1] Digər formalarda skelet iynəcikləri bədəni əhatə edən mürəkkəb tor əmələ gətirir. Əksər şüalılarda skelet daha mürəkkəb olub, çox qəribə formalar əmələ gətirir. Radiolariyalar müxtəlif dərinliklərində yaşayırlar, onların əksəriyyətində suyun üst qatlarına qalxmasına və enməsinə yardım edən xüxusi uyğunlaşmalar vardır. Acanthometra pellucida növünün skeleti radial yerləşən iynəciklərdən ibarətdir. Bu iynəciklər miofriska adlanan əzələ liflərindən ibarət olur ki, onların digər ucu plazmanın üst səthinə birləşir. Əzələ lifləri yığıldıqda ektoplazmanın üst səthi gərilir, bu zaman şüalının bədəninin həcmi artaraq , sıxlığı azalır və şüalı suyun üst qatlarına qalxa bilir. Miofrisklər açıldıqda bədən həcmi kiçilir, ümümi səthi böyüyür və şüalı yavaş-yavaş suyun alt qatına enməyə başlayır. Şüalılar əsasən qeyri-cinsi yolla çoxalırlar. Qeyri-cinsi çoxalma zamanı mitoz yolla əvvəlcə nüvə, sonra mərkəzi kapsula və mineral skelet, daha sonra kapsuladankənar plazma bölünür. Kapsuladankənar plazmanın bölünməsi gecikdikdə mərkəzi kapsuladan ibarət olan çoxlu koloniyalar əmələ gəlir. Kaloniyalar qeyri-cinsi çoxalmanın başa çatması nəticəsində əmələ gəlir. Bir çox şüalılar iki qamçılı kiçik qametlər əmələ gətirirlər . Onlar qametlərin kopulyasiyası və ziqotanın formalaşması müşahidə olunmuşdur. Lakin qeyr-cinsi çoxalma ilə cinsi çoxalmanın növbələşməsi prosesi aşkar edilməmişdir.[2]
B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh