Əhməd xan Abdali

Əhməd xan Abdali
puşt. احمد شاه دراني
1 oktyabr 1747 – 16 oktyabr 1772
Şəxsi məlumatlar
Doğum tarixi 1722
Doğum yeri
Vəfat tarixi 16 oktyabr 1772(1772-10-16)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti monarx, şair
Ailəsi Dürranilər sülaləsi
Dini islam, sünni islam
Hərbi xidmət
Mənsubiyyəti general
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı.

Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu.

1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi.[1] Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı.

Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi. LahoruMultanı işgal etdi. Xorasana doğru irəliləyərək 1750-ci ildə HeratMəşhədi aldı. 1757-ci ildə Dehli səfərinə çıxdıysa da, ordusunda vəba baş göstərincə geri döndü. 1758-ci ildə Pəncaba ard-arda səfərlər təşkil edərək bir hind ordusunu Panipatda məğlub etdi. Sihlərin üsyanını yatırdı, amma Pəncabı idarəsi altına ala bilmədi. 1760-cı ilin əvvəlində, Amu Dəryadan (Ceyhun) Hind okeanına qədər uzanan geniş bir bölgəni əlinə keşirmişdi.

1761-ci ildə burda Maratalara qarşı mütləq bir zəfər qazandı. 1764-cü ildə Hindistana böyük bir səfər daha təşkil edərek bu torpaqları yağmaladı. Son illərini Toba təpələrindəki Mürğabda keçirdi.

Əhməd şah, buyruq tanımaz, əmr dinləməz tayfaları tək bir siyasi idarə altında toplamağı bacararaq bugünkü Əfqanıstanın qurucusu olmuşdur. Öləndən sonra imperatorluğu, Ceyhundan Hindistana, Tibetdən Xorasana qədər uzanırdı, amma sağlam bir təmələ əsaslanırdı. Dövlət idarəsində, öz seçdiyi tayfa başçılarından ibarət doqquz nəfərlik bir məşvərət şyrası vardı.

  1. "Arxivlənmiş surət". 2014-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]