Əli Hacıbəyov

Əli Hacıbəyov
Doğum tarixi 6 avqust 1989(1989-08-06)[1][2] (35 yaş)
Doğum yeri
Fəaliyyəti futbolçu
Fəaliyyət illəri 2006-cı ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Hacıbəyov (6 avqust 1989[1][2], Mahaçqala) — futbolçu, müdafiəçi, Legion-Dinamo klubunun oyunçusu.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Dağıstan futbolunun yetirməsidir[3]. 2005-ci ildə "Anji-Xəzər" həvəskar klubunda oynaır, lakin klub tezliklə çempionatdan çıxır. 2006-cı ildə Anjinin Birinci Divizionda mövsüm üçün müraciətinə daxil edilir və 28 iyul 2006-cı ildə Mahaçqala Dinamosu ilə səfər matçının 76-cı dəqiqəsində Erik Kamdemi əvəz edərək debüt edir[4]. Növbəti mövsüm 12 oyun keçirir. Anjinin Premyer Liqada oynamaq hüququ qazandığı 2009-cu il mövsümündə, Novorossiyskin Çornomorets klubu ilə oyunda Yevgeni Şerbakovu əvəz edərək yalnız bir oyun keçirir[5]. Premyer Liqada 4 iyul 2010-cu ildə Sankt-Peterburqun "Zenit" klubu ilə səfər matçında debüt edir və oyunçu çatışmazlığı səbəbindən mərkəzi hücumçu kimi oynadılır. 13 yanvar 2017-ci ildə Hacıbəyov "Krılya Sovetov klubu ilə 3,5 illik müqavilə imzalayır[6]. 20 iyul 2018-ci ildə Krasnoyarskın "Yenisey" klubu ilə müqavilə imzalamışdır[7]. Əli Hacıbəyov Yenisey klubunda 2018–19 mövsümü üçün icarəyə götürülür. 2021-ci ilin sentyabr ayının əvvəlində Mahaçqala "Legion-Dinamo" nun ərizəsinə daxil edilir[8].

Milli komanda karyerası

[redaktə | vikimətni redaktə et]

Rusiya gənclər komandasına qarşı bir oyuna ikinci Rusiya millisinə çağırılır və bu matçda iştirak edir. 31 avqust 2011-ci ildə tam hüquqlu 11v11 məşqini keçirmək üçün əsas Rusiya milli komandasına çağırılır, sonra ikinci Rusiya milli komandasının yerləşdiyi yerə qayıdır.

Anji Birinci Divizionun qalibi: 2009;

Rusiya çempionatının bürünc mükafatçısı: 2012/13;

Rusiya Kubokunun finalçısı: 2012/13.

Milliyyətinə görə əslən ləzgiddir. Dağıstanın Doqquzpara rayonunun Miskincə kəndindəndir[9]. Uşaqlıqda təxminən bir il sərbəst güləşlə məşğul olur, sonra bir müddət kikboksinqə maraq göstərir. Hacıbəyovun atası anbar müdiri işləyirdi[10]. 20 may 2012-ci ildə Əlinin bir oğlu dümnyaya gəlir, ona Əmir adı verilir[11][12]. 2014-cü ilin mart ayının əvvəlində Hacıbəyov cütlüyündən bir qız dünyaya gəlir[13]. Böyük qardaşı Albert də peşəkar futbolçudur.

  1. 1 2 Ali Gadzhibekov // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Ali Gadzhibekov // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
  3. Профиль игрока на сайте Газета. Ру
  4. Протокол матча "Динамо" — "Анжи"
  5. Протокол матча "Анжи" — "Черноморец"
  6. ""Крылья Советов" подписали контракт с бывшим игроком "Анжи" Гаджибековым". 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  7. "Гаджибеков пополнил ряды "Енисея"". 2018-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  8. ""Легион Динамо" включил в заявку Али Гаджибекова". 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  9. "Али Гаджибеков: "Жду не дождусь, когда завершится отпуск"". 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  10. "Как можно не выкладываться на поле, когда у тебя отец на трибуне?!". 2012-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  11. "У Гаджибекова родился сын!". 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  12. "Али Гаджибеков: ""Ростов" активен и опасен"". 2014-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  13. "Поздравляем семейство Гаджибековых с рождением дочки! Ура!". 2014-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.