Əsl krevetlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinifüstü: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Yarımdəstə: İnfradəstə: Əsl krevetlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Əsl krevetlər (lat. Caridea) — pleosimatlar yarımdəstəsinə aid heyvan infradəstəsi.[2]
Krevetlər fəal hərəkətlərdən tutmuş tənəffüsə qədər müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı ətraflarla fərqlənən, kifayət qədər mürəkkəb bədən quruluşlu xərçənglərdir. Krevetlərin bədəni baş-döşdən və qarın hissədən ibarətdir. Baş-döşdə faset gözlər, antenalar da daxil olmaqla çoxlu ətraflar və gəzmə ayaqları yerləşmişdir. Gözlər saplaqlı olub müxtəlif istiqamətlərə dönə bilir və geniş görmə sahəsini təmin edir. Bığcıq antenalar qoxu, lamisə və kimyəvi hiss funksiyalarını yerinə yetirir. Müvazinət orqanı statositlər bığcıqların əsasında yerləşir. Bu xərçənglərdə 3 ön döş seqmenti başla birləşmişdir, növbəti 5 cüt arxa ayaqlar yerdəyişməyə xidmət edir. Birinci 2 cüt gəzmə ayaqları qısqaclıdır. Baş-döş karapaksla – zirehlə örtülmüşdür, onun kənarı qəlsəmələri üstdən örtür. Karapaksın ön ucu iti bizvarı dimdik – rostrumla qurtarır. Qarın hissədə xərçəngin üzməsinə və balalarını gəzdirib böyütməyə xidmət edən köməkçi ətraflar yerləşmişdir. Qarnın son seqmentinin ətrafları genişlənmiş lövhələr şəklində olub quyruq yelpiyi əmələ gətirmişdir. Krevet onu köməyi ilə kəskin təkanlı üzmə hərəkətləri edir. Erkəklərdə birinci cüt qarın ayaqları şəklini dəyişərək cütləşmə orqanına çevrilmişdir. Bədən yan tərəflərdən azca sıxılmışdır [3].
Növlərin qida spektri müxtəlifdir. Öz növbəsində krevetlərlə balıqlar, dəniz quşları və insanlar qidalanır, onlar bəzi parazit növlərinin aralıq sahibi ola bilər [4]
Karidlər yüksək cinsi məhsuldarlığı ilə seçilir (55 min – 1mln yumurta ). Bir erkək müxtəlif sayda dişi fərdi mayalaya bilər. Nəsilverimi uzun müddətlidir. 3-4 gündən mayalanmış yumurtalardan formalaşan gənc krevetlər tamamilə yetkin fərdlərlə eyni xüsusiyyətləri daşıyırlar. Onların ömrü 1 - 6 il təşkil edir [5].
Çoxlu sayda fəsilələrə və cinslərə mənsub krevetlər faunası dünyanın bütün dənizlərində geniş yayılmış, krevet növlərinin dördə biri həm də şirin sularında yaşamağa uyğunlaşmışdır. Xəzər dənizində Palaemon cinsinin 2 növü qeyd edilmişdir. 2005-ci ildə Araz su anbarında aşkar olunmuş Palaemon elegans hazırda sututarın bütün sahələrində sayını və biokütləsini artırır [6][7].