Ölümcül dost | |
---|---|
ing. Deadly Friend | |
Janr | Elmi fantastika |
Əsas mövzu | süni intellekt[3] |
Rejissor | Ues Kreyven |
Prodüserlər |
Robert Krouford Patrik Kelli Robert M. Şerman |
Ssenari müəllifləri |
Roman: Dayana Henstell Uyğunlaşdıran: Brüs Coel Rubin |
Baş rollarda |
Metyu Labortö Kristi Svenson Enn Remsi Çarlz Fleyşer |
Operator | Filipp H. Feltrop |
Bəstəkar | Çarlz Börnşteyn |
Rəssam | Maykl Eliott |
İstehsalçı | Warner Bros. |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi |
10 oktyabr 1986 11 dekabr 1986 1 yanvar 1987 12 fevral 1987 21 yanvar 1987 28 fevral 1987 27 mart 1987 13 fevral 1987 27 noyabr 1987 |
Filmin növü | Qorxu filmi |
Müddət | 92 dəqiqə |
Gəlir | $ 8,988,731 milyon[1][2] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1986 |
Rəng | Rəngli |
IMDb | ID0090917 |
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir.[4]
Filmin seçilmiş sitatları[5] aşağıdakılardır:
Filmin əvvəlində küçə oğrusu maşına girmək istəyir. Lakin onu robot əli boğmağa başlayır. Oğru geri qaçır və yandan maşına pərişan halda baxır. Bu zaman Pol və anası maşına daxil olur. 15 yaşlı Pol Konvey (Metyu Labortö) universitetin ən yaxşı tələbəsidir. Polun BB (Bi-Bi) adında robotu vardır. Bu robot Polun ən yaxın dostudur. Bir müddət keçdikdən sonra Pol Samanta (Kristi Svenson) adlı qıza aşiq olur. Pol, Samanta və Slaym günlərinin çoxunu əyləncələrlə keçirirlər. Onlar Samantanı qısaca "Sem" çağırırlar. Dostlar Elvira Parker (Enn Remsi) adında qocaya nifrət edirlər. Ona görə ki, qoca arvad cavan dostları həmişə təhqir edir. Məhz onların oyun topu qocanın həyətinə düşəndə, qoca topu öz evinə qoyur. Bir gün Hellouin bayramı gecəsində dostlar toplarını geri qaytarmaq niyyətinə düşürlər. Lakin qoca yuxudan oyanır və əlinə silahını götürür. Bu zaman Polun robotu söndürməsinə baxmayaraq Bi-Bi sıradan çıxaraq qəflətən qocanın üzərinə hücum edir. Elvira ona bir neçə dəfə atəş açaraq, onu məhv edir. Bu hadisədən dostlar çox pərişan olurlar.
Bir gün Polun sevdiyi qız Samanta evə qayıdan zaman əvvəldə olduğu kimi atasının hücumuna məruz qalır. Lakin bu dəfə Samanta atası tərəfindən öldürülür. Bundan xəbər tutan Pol dərhal xəstəxanaya gəlir. Xəstəxanada olan zaman eşidir ki, Samantanı xilas etmək mümkün deyil. Ona görə ki, onun beynini bir neçə saat keçdikdən sonra kompüterdən ayıracaqlar. Bunu eşidən Pol Slaymın yanına gələrək, onun maşınını istəyir. Slaym əvvəlcə razı olmasa da, sonra onunla razılaşır. Pol gizlincə olaraq xəstəxanaya daxil olur. Pol Samantanın bədənini Slaymın maşınında qaçırır. Gecə vaxtı Pol onun üzərində əvvəldə olduğu kimi eyni eksperimenti aparır. Onun beyninin üzərinə çip qoyur. Bu zaman Samantanın ayağı tərpənir. Slaym bundan heyrətlənərək huşunu itirir. Lakin sonra Pol onu ayıldır. Artıq Samanta dirilmişdir. Pol onu Bi-Bi-ni idarə etdiyi pultla idarə etməyə başlayır.
Lakin robotun çatışmazlığı var idi. Bu çatışmazlıq özünü qızda da göstərir. Samantanın yavaş-yavaş huşu yerinə qayıdır. Onun atası tərəfindən necə döyüldüyü, Elviranın Bi-Bi-ni necə məhv etdiyi yadına düşür. Çünki, Samanta artıq yarı Samanta, yarı Bi-Bi robotdur.
Samanta atasının yaşadığı evə gəlir. Bundan qorxan atası qaçmağa başlayır. Lakin Samanta onu boğaraq içində alov olan yerə atır. Pol səhər tezdən Samantanın qaçdığını başa düşür. Onun dalınca bir neçə saat qaçdıqdan sonra bir evdən qara tüstü çıxdığını görür. Pol evə daxil olan zaman Samantanın atasını alov içində meyitini görür. Pol onu kömür olan yerə qoyur və Samantanı yenidən evinə aparır. Pol gecə vaxtı yuxusunda çarpayının içindən Samantanın atasının necə çıxdığını görür. Pol onun yanmış kəlləsini görərək qışqırmağa başalayır. Ayılan zaman Pol bunun bir yuxu oldğunu başa düşür.
Lakin bununla iş bitmir. Samanta qoca arvadı öldürmək niyyətindədir. Samanta qocanın evinə daxil olur. Bundan şübhələnən qoca polislərə zəng edir. Lakin polislər bunun yalan olduğunu fikirləşirlər. Bu zaman Samanta qocanın üzərinə hücum edir. Qocanın ona müqavimət göstərməsinə baxmayaraq, Samanta onun kəlləsini həmin basketbol topu ilə partladır. Bunu görən polislər vahiməyə gəlirlər. Pol isə bunun Samantanın etdiyini başa düşür.
Artıq Slaym bütün bunlara dözə bilmir. Polislərə zəng etmək niyyətindədir. Pol onunla mübahisə etməyə başlayır. Bu mübahisədə Slaym burnundan zədə alır. Samanta isə qaçmağa başlayır. Pol onun ardınca gedir. Pol yolda əvvəldə onu ələ salmağa çalışan, lakin buna icazə verməyən Bi-Bi robotunun qorxutduğu adamla rastlaşır. Həmin adam Polu döyməyə başlayır. Lakin buna Samanta icazə vermir. Bu zaman polislər də Samantanın izinə düşmüşdür. Samanta Polu döymək istəyən adamı polis maşınına çırpır. Samanta evinə qaçmağa, Pol isə onu yenidən izləməyə başlayır. Pol ona yetişən zaman polislər də onlara çatırlar.
Bu müddətdə Samanta insan kimi düşünməyə başlayır. Samanta Polun polislər tərəfindən saxlanıldığını və polislərin ona silah tuşladıqlarını görür. Samanta onların üzərinə hücum edir. Pol ona yetişə bilmir. Bu zaman Samanta polislərin başçısı tərəfindən güllə ilə vurulur və yerə yıxılır. Samanta ölür.
Filmin sonunda həkimlər tərəfindən Samantanın ölü bədəni buz olan yerə qoyulur. Bu zaman Pol yenidən gizlincə peyda olur. Pol onun bədənini ikinci dəfə qaçırmağı qərara alır. Lakin artıq Samantanın beyni ölüdür. Onun bədənini robot idarə edir. Robot Samantanın bədənindən çıxaraq Polu boğur və onu öldürür.
Aktyor/aktrisa | Rol | Orijinal rolun adı | Qeydlər |
---|---|---|---|
Metyu Labortö | Pol Konvey | ing. Paul Conway | Əsərin baş qəhrəmanı |
Kristi Svenson | Samanta Prinq | ing. Samantha Pringle | Polun sevdiyi qız |
Enn Remsi | Elvira Parker | ing. Elvira Parker | Tələbələri cana gətirən qoca arvad |
Maykl Şarett | Tom "Slaym" Tumi (Polun dostu) | ing. Tom 'Slime' Toomey | Polun ən yaxın dostu |
Çarlz Fleyşer | BB robotun səsi | ing. BB | BB robotunun səsini çıxardır |
Enn Tvumey | Cini Konvey | ing. Jeannie Conway | Polun anası |
Riçard Markus | Harri Prinql | ing. Harry Pringle | Samantanın atası |
Rus Marin | Həkim Coanson | ing. Dr. Johanson | Həkim |
Cim İşida | Həkim | ing. Dr. | Filmin sonundakı Yapon həkim |
Li Pol | Serjant Volçek | ing. Lee Paul | Filmin sonunda Samantanı atəşlə vuran polis |
Nensi E. Barr | Robot | ing. BB | Filmin sonunda Samantanın üzü əriyəndə (həmin üzlü adam) |
Warner Bros. kompaniyasl 25 sentyabr 2007-ci ildə DVD-də filmin alternativ və kəsilmiş hissələrini istehsal edib. Filmin alternativ versiyaları[6] aşağıdakılardır:
Filmin kəsilmiş hissələri:
Filmin bütün kəsilmiş hissələri, VHS formatı və filmin rejissor versiyası Avstraliyada göstərilmişdir.
Filmin mükafatları[8] aşağıdakılardır:
İl | Mükafat | Layiq görülüb | Kateqoriya | Nəticə |
1985 | Cavan Aktyor Mükafatı | Maykl Şarett | Qorxulu Hərəkət Filmində Ən Yaxşı Cavan Aktyor mükafatı | Namizəd |
1985 | Cavan Aktyor Mükafatı | Kristi Svenson | Qorxulu Hərəkət və Drama Filmində Favarit Yeniyetmə mükafatı | Namizəd |
Filmin musiqiləri Çarlz Börnşteynnə məxsusdur. 2007-ci ildə DVD-də çıxan zaman filmin saundtreklərinə yeni "Interview with Charles Bernstein and Wes Craven" adlı saundtreklər toplusu əlavə olunub. Topluya daxil olan saundtreklər Çarlz Börnşteyn və Ues Kreyvenin müsahibə zamanı səslənirdi.[9][10]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Main Title" | 2:34 |
2. | "Paul & Samantha" | 1:03 |
3. | "BB's Happy Time" | 1:24 |
4. | "Sam Moves" | 1:15 |
5. | "Paul the Genius" | 1:39 |
6. | "Dark Possibilities" | 3:00 |
7. | "Basketball Game" | 0:49 |
8. | "Deadly Moment" | 1:07 |
9. | "Neighbors" | 0:42 |
10. | "Metal Mental" | 1:28 |
11. | "BB's Chant" | 1:41 |
12. | "Murderously Yours" | 1:26 |
13. | "What's Up?" | 1:19 |
14. | "Sam's Revenge" | 0:43 |
15. | "Grab Bag" | 2:15 |
16. | "Hypertensions" | 1:35 |
17. | "Bad Company" | 1:31 |
18. | "Stealth" | 1:12 |
19. | "Lasting Effects" | 1:20 |
20. | "Inner Workings" | 1:28 |
21. | "End Credits" | 2:03 |
22. | "BB's Chant "Where Are You Tonight?"" | 2:09 |
Ümumi müddət: | 35:32 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "How Charles Got The Film" | 1:58 |
2. | "Lullaby Theme" | 2:25 |
3. | "Alternate Ending" | 1:19 |
4. | "Scoring The Film" | 7:14 |
5. | "Musical Background" | 1:50 |
6. | "Recording The Score" | 4:53 |
7. | "Themes" | 5:45 |
8. | "Inspiration" | 6:48 |
9. | "Current And Future Projects" | 2:21 |
10. | "Sign Off" | 0:17 |
Ölkə | Çıxış tarixi | Adı | Dil |
Azərbaycan | Rəsmi çıxış tarixi yoxdur | Ölümcül dost | Azərbaycan dili |
ABŞ | 10 oktyabr 1986 | Deadly Friend | İngilis dili |
Argentina | 11 dekabr 1986 | Obsesión fatal | İspan dili |
AFR | 12 fevral 1987 | Der tödliche Freund | Alman dili |
Avstraliya | 1 yanvar 1987 | Deadly Friend | İngilis dili |
Fransa | 21 yanvar 1987 | L'amie mortelle | Fransız dili |
Braziliya | 30 aprel 1987 | A Maldição de Samantha | Portuqal dili |
Böyük Britaniya | Rəsmi çıxış tarixi yoxdur | Deadly Friend | İngilis dili |
Polşa | Rəsmi çıxış tarixi yoxdur | Przyjazn na smierc i zycie | Polyak dili |
İtaliya | Rəsmi çıxış tarixi yoxdur | Dovevi essere morta | İtalyan dili |
Finlandiya | 27 mart 1987 | Skräcket som granne | Fin dili |
İspaniya | 27 noyabr 1987 | Amiga mortal | İspan dili |
Sloveniya | Rəsmi çıxış tarixi yoxdur | Smrt po smrti | Sloven dili |
Macarıstan | Rəsmi çıxış tarixi yoxdur | Halálos barát və ya Ösztöndíjjal a pokolba | Macar dili |
Rusiya | Rəsmi çıxış tarixi yoxdur | Смертельный друг | Rus dili |
Türkiyə | Rəsmi çıxış tarixi yoxdur | Ölümcül arkadaş və ya Öldüren Sevgili[11] | Türk dili |
Yaponiya | 28 fevral 1987 | デッドリー・フレンド | Yapon dili |
Meksika | Rəsmi çıxış tarixi yoxdur | Obsesión fatal | İspan dili |
Kanada | Rəsmi çıxış tarixi yoxdur | L'amie mortelle (fransızca) | İngilis dili |
Serbiya | Rəsmi çıxış tarixi yoxdur | Smrtonosni prijatelj | Serb dili |
Portuqaliya | 13 fevral 1987 | O Amigo Mortal | Portuqal dili |
Yunanıstan | Rəsmi çıxış tarixi yoxdur | Thanasimos filos | Yunan dili |
Peru | Rəsmi çıxış tarixi yoxdur | Obsesión fatal | İspan dili |
İsveç | Rəsmi çıxış tarixi yoxdur | Skräcket som granne | İsveç dili |
Niderland | Rəsmi çıxış tarixi yoxdur | Afbeelding gewenst | Holland dili |