İvan Reon

İvan Reon
ing. Iwan Rheon
İvan Reon 2016-cı ildə
İvan Reon 2016-cı ildə
Doğum tarixi 13 may 1985(1985-05-13)[1][2] (39 yaş)
Atası Tomad Rheon
Anası Elinir Rheon
Fəaliyyəti aktyor, müğənni, bəstəkar, gitaraçı, müğənni-mahnı yazarı, teatr aktyoru, kino aktyoru, televiziya aktyoru
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
  • London Musiqi və Dramatik İncəsənət Akademiyası[d]
IMDb ID3701064
iwanrheon.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Reon (ing. Iwan Rheon; 13 may 1985[1][2]) — Uelsli aktyor və musiqiçi. "Misfits" serialında Simon Bellamy roluna görə tanınır. O, həmçinin "Taxt-tac oyunları" serialında Ramsay Bolton obrazını canlandırıb.

Aktyor karyerası

[redaktə | vikimətni redaktə et]

İvan Reon 1985-ci ildə anadan olub. Ailədə valideynləri Tomad və Elinirin ikinci oğlu olub. 5 yaşında ailəsi ilə birlikdə Kardiff şəhərinə köçüb. 17 yaşında aktyourluq dərnəyinə yazılıb. Daha sonradan "London musiqi və dram incəsəti akademiyası"-nda oxuyub. 2009-cu ildə Misfits serialında Simon Bellamy rolunu ifa etməyə başlayır. Bu serialda o Robert Şien ilə birlikdə çalışır. Qısa zaman ərzində Misfits böyük populyarlıq qazanır. 6 iyun 2010 tarixində İvan Misfits serialının aktyor heyəti ilə birlikdə BAFTA (British Academy of Film and Television Arts) mükafatına sahib olur. 2009-2011-ci illər ərzində Misfits serialının 3 mövsümündə çəkilən İvan 20 dekabr 2011 tarixində Twitter vasitəsilə dördüncü mövsümdə iştirak etməyəcəyini bildirir. 2011-ci ildə İvan "Golden Nymph" mükafatına "Outstanding Actor - Drama Series" nominasiyasında layiq görülür.

Musiqi karyerası

[redaktə | vikimətni redaktə et]

16 yaşından musiqi ilə məşğul olan İvan aktyorluq karyerasına qədər "The Convictions" musiqi qrupunun solisti olub. 2010-cu ildə İvan öz solo işi olan Tongue Tied EP demo albomunu yazır. 2011-ci ildə Changing Times EP adlı ikinci demo albom buraxılır. Hal-hazırda İvan Reon musiqi karyerası ilə aktiv şəkildə məşğul olur və ilk tam albomu üzərində çalışır. İvan Reon gitara ifa edə bilir.

  1. 1 2 Iwan Rheon // filmportal.de. 2005.
  2. 1 2 Iwan Rheon // MAK (pol.).