Actinotia radiosa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Actinotia radiosa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Actinotia radiosa (lat. Actinotia radiosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü.
Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır.
Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.
Dağətəyi bağlar, otluqlar və yabanı bitki biotopları. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi işığa çox zəif sürətdə iyunda uçur. Tırtılı iyul və avqust aylarında xallı dazı bitkisi üzərində yaşayır.
Azsaylıdır, cəmi 2 kəpənəyi Ordubad rayonunun Biləv kəndində işıqdan tutulmuşdur.
Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək.