Airbus A320

Airbus A320
Airbus A320-100 (sentyabr 1988)
Airbus A320-100 (sentyabr 1988)
Tipi Dar füzelyajlı reaktiv sərnişin təyyarəsi
Hazırlayan Airbus
İstehsalçı Fransa Airbus
İlk uçuş 22 fevral 1987
İstismara verilmə tarixi 18 aprel 1988 (Air France)
Status istifadə edilir
İstismarçılar
İstehsal ili 1986 — h.h
Buraxılış sayı 9117 (30 sentyabr 2019)[1]
Vahidinin qiyməti

A318: 71,9 milyon ABŞ dolları[2];
A319: 85,8 milyon ABŞ dolları;
A320: 93,9 milyon ABŞ dolları;

A321: 110,1 milyon ABŞ dolları
Variantları

Airbus A320neo;

Airbus A318
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Airbus A320 — “Airbus S.A.S” şirkəti tərəfindən istehsal olunan dar füzelyajlı təyyarələr ailəsi. 1988-ci ildə buraxıldığı zaman müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır (EİS, ing. fly-by-wire) və dünyada bu sistemi istifadə edən ilk kütləvi sərnişin təyyarəsi oldu. Airbus A320 ailəsinə əsas rəqib olan Boeing 737 ailəsidir.

İstehsal dövrü

[redaktə | mənbəni redaktə et]

2008-ci ilin fevral ayına qədər Airbus A320 yalnız Tuluzada yığılırdı. Lakin, 2008-ci ilin mart ayından, yüksək tələbat səbəbindən, həmçinin Hamburg-Finkenverder zavodunda da yığılmağa başlandı[3]. Komponentlər Airbus şirkətinin müxtəlif zavodlarından Hamburqa (A318, A319, A321) və Tuluzaya (A320) yekun montaj (yığılma) üçün daşınır. Demək olar ki, bütün daşımalar Beluga A300-600ST-də aparılır.

Airbus S.A.S. üçün ən böyük problem ABŞ dollarının aşağı kursu olmasıdır: istehsalın çox hissəsi avrozonada yerləşməsinə baxmayaraq, bütün ödənişlər ABŞ dolları ilə aparılır.

2014-cü ildən Airbus şirkəti Airbus A320neo yeni nəsil təyyarələrin buraxılmasına başlayıb.

Ekspluatasiya dövrü

[redaktə | mənbəni redaktə et]

Rəsmi olaraq A320 təyyarə proqramı 1984-cü ilin mart ayından başlamışdır. A320 (CFM56-5A1 mühərrikləri ilə) prototip təyyarəsinin ilk uçuşu 22 fevral 1987-ci ildə baş tutub. 1988-ci ilin fevral ayının sonunda təyyarə Avropada, dekabrda isə ABŞ-də sertifikatlaşdırıldı. 1988-ci ilin mart ayında Air France ilk təyyarəsini aldı. Dünyada ilk təyyarədir ki, müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır. İlkin hazırlıq üçün iki modifikasiya yaradılmışdır: müvafiq olaraq 130 və 150 sərnişin tutumu olan А320-100 və А320-200. A320 modelin əsasında boyu uzadılmış 170 yerlik A321 (1994) və qısaldılmış 116 yerlik A318 (1996) və 99 yerlik A319 (2003) modelləri yaradılmışdır[4].

Analoq təyyarələr

[redaktə | mənbəni redaktə et]

Airbus A320 ailəsi üçün əsas rəqib Bombardier CS 300Boeing 737NG ailə təyyarələridir. Boeing 757, bir qədər daha geniş və bir qədər böyük sərnişin tutumu olan A321 ilə rəqabət aparır, lakin təyyarənin istehsalı 2005-ci ildə dayandırıldı. A318 və A319 modelləri üçün rəqabətdə istehsalı dayandırılmış, köhnəlmiş modifikasiyalı Boeing 717 modeli ola bilər.

Uçuş-texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]
Növü A318-100 A319-100 A320-100/-200 A321-100/-200
Uzunluğu: 31,44 m 33,84 m 37,57 m 44,51 m
Qanadların kənar nöqtələri arasındakı məsafə: 34,1 m
Füzelyajın diametri: 3,95 m
Salonun eni: 3,70 m
Hündürlüyü: 12,51 m 11,76 m 11 m 11,76 m
Daşıyan səthlərin sahəsi: 122,6 m2
Uçub qalxma zamanı maksimal kütlə: 68 000 kq 75 000 kq 77 000 kq 93 500 kq
Maksimum uçuş ağırlığında minimal zolaq: 1355 m 1950 m 2090 m 2180 m
Kreyser sürəti: 840 km/s
Sərnişin tutumu: 107-dən 132-ə kimi 116-dan 156-a kimi 140-dan 180-ə kimi 170-dən 220-ə kimi
Uçuş müddəti: 5950 km 6850 km 6150 km 5950 km
Yanacaq tutumu: 24 210 lt 24 210 lt-dən

30 190 lt

kimi

24 210 lt-dən

30 190 lt

kimi

24 050 lt-dən

30 030 lt

kimi

Sərnişin qapısı: 4 4 4 8
Fövqəladə hallar çıxışı: 2 2 4 4
Yanacaq sərfiyyatı:
(maksimal hündürlükdə bir saata)[5]
2400 lt 2600 lt 2700 lt 2900 lt
Mühərriklər: 2 ədəd CFMI CFM56-5B

hərəsi

105,9 kN

və ya

2 ədəd Pratt & Whitney PW6000A hərəsi

96 кN

2 ədəd CFMI CFM56-5B
hərəsi 104,5 кN
və ya
2 ədəd International Aero Engines (İAE) V2500-A5
hərəsi 104,5 кN
2 ədəd CFMI CFM56-5B
hərəsi 118 кN
və ya
2 ədəd IAE V2500-A5
hərəsi 118 кN
2 ədəd CFMI CFM56-5B
hərəsi 142,3 кN
və ya
2 ədəd IAE V2500-A5
hərəsi 146,8 кN
İlk uçuş: 15 yanvar 2002 25 avqust 1995 22 fevral 1987 −100: mart 1993 / −200: 1996
  1. "Airbus". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  2. Aibus Aircraft
  3. "Hamburger Abendblatt: Airbus baut erstmals den A320 in Hamburg". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  4. "Семейство самолетов Airbus A320". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
  5. Источник для расхода: Helmut Kreuzer: Moderne Verkehrsflugzeuge und Business Jets, ISBN 3-9805934-0-1