Aleksandra Ekster | |
---|---|
rus. Александра Экстер | |
Doğum tarixi | 6 (18) yanvar 1882[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 mart 1949[2][3][…] (67 yaşında) |
Fəaliyyəti | rəssam, kostyum dizayneri[d], illüstrasiyaçı[d], səhnə dizayneri, qrafika ustası[d], dizayner, incəsənət xadimi, textile artist[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam.
6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir.
1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Onun Kiyevin 27 Funduklievskaya küçəsindəki rəsim studiyası, Kiyev elitası üçün bir toplanma yeri idi. 1908-ci ildə o, Kiyevdə David Burlyuk, Vladimir Burlyuk tərəfindən tərəfindən yaradılan "Zveno" qrupunun üzvləri və başqaları ilə eyni sərgidə iştirak etmişdir.
Parisdə Aleksandra Ekster Pablo Pikasso və Corc Brak ilə tanış oldu. O, 1912-ci ildə Parisdə “Salon de la Section d'Or” və “Galerie La Boétie”də 6 işini sərgilədi. 1914-cü ildə Aleksandra Ekster Kazimir Moleviç, Aleksandr Arçipenko, Vadim Meller, Sonya Delone və başqa fransız və rus rəssamlar ilə Parisdə “Salon des Indépendants”da sərgidə iştirak etdi. Həmin il o, Romada Beynəlxalq Futurist sərgisinə Arçipenko, Koulbine və Rozanova ilə iştirak etdi. 1915-ci ildə o, Kazimir Moleviç tərəfindən qurulan, avanqard rəssamlar birliyi olan, Supremus (Suprematizm) qrupuna qatıldı.
1924-cü ildə Aleksandra Ekster və onun həyat yoldaşı Fransaya mühacirət etdi və o, Parisdə Modern Akademiyasında professor oldu. 1926-1930-cu illərdə Aleksandra Ekster Fernand Lejenin “Académie d'Art Contemporain”da professor oldu. 1933-cü ildə o, həyatının son mərhələsinin bəlkə də ən əhəmiyyətli əsərlərini yaratmağa başladı. "Callimaque" əlyazması (kağız üzərində quaş ilə) onun şah əsəri hesab olunur. 1936-cı ildən Parisdə Flammarion nəşriyyat şirkəti üçün bir kitab rəssamı idi.
Aleksandra Ekster 17 mart 1949-cu ildə Paris yaxınlığında, Fontenay-aux-Rosesdə vəfat etdi.