Alfred Eyzenştadt

Alfred Eyzenştadt
Alfred Eisenstaedt
Alfred Eyzenştadt Klintonun fotosunu çəkməsi (1993)
Alfred Eyzenştadt Klintonun fotosunu çəkməsi (1993)
Doğum tarixi
Doğum yeri Dirschau, Qərbi Prussiya, Almaniya imperiyası
Vəfat tarixi (96 yaşında)
Vəfat yeri Oak Blufs Massaçusets, ABŞ
Vətəndaşlığı Almaniya Almaniya
Janr Fotojurnalistika
Təhsili
Mükafatları National Medal of Arts
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfed Eyzenştadt (d. 6 dekabr 1898 - ö. 24 avqust 1995) — alman əsilli amerikan fotojurnalisti. Daha çox Yaponiya üzərində qələbə (V-J Day) fotosuna məşhurdur. Fotoqraf ən çox 35 mm Leica kamerasından istifadə etmişdir.

Alfred Eyzenştadt 1898-ci ildə Almaniya İmperiyasının Qərbi Prussiya vilayətinin Dirşau şəhərində anadan olub. Onun ailəsi 1906-cı ildə Berlinə köçür. Hələ yeniyetmə ikən fotoqrafiyaya vurulur və 14 yaşından foto çəkməyə başlayır. İlk kamerası isə Eastman Kodak Folding Camera şirkətindən olur. A.Eyzenştadt Birinci dünya müharibəsində Almaniya artilleriyasının tərkibində xidmət edir və 1918-ci ildə yaralanır. 1920-ci illərdə Veymarda kəmər və düymə satıcısı işləyərkən, Eyzenştadt, eyni zamanda, 1928-ci ildə Sakit və Atlantikin Fotoları jurnalının Berlin ofisi üçün də fotolar çəkməyə başladı. Ofis 1931-ci ildə Associated Press tərəfindən alınır.

Peşəkar fotoqraf

[redaktə | mənbəni redaktə et]

A.Eyzenştadt 1929-cu ildə full-time işləyən fotoqraf oldu. Dörd il sonra o, Adolf HitlerBenito Mussolininin İtaliyadakı görüşünün fotosunu çəkmişdi. Bundan əvvəl onun məşhur 1923-cü ildə çəkilmiş fotosunda Grand Otelin ofisiantının buz üstündə sürüşdüyünü görürük. 1933-cu ildə Cenevrədə Millətlər liqasında Jozef Göbbelsin fotosunu çəkmişdir. Əvvəlki xoş münasibətə baxmayaraq, Göbbels Eyzenştadtın yəhudi olduğunu bildikdən sonra qaşqabağını tökmüşdür. 1935-ci ildə Hitlerin Nasist Almaniyasında təzyiqlərə məruz qaldığına görə ABŞ-yə müharicət etmiş və ömrünün qalan hissəsini Nyu-Yorkda keçirmişdir. O, 1936-cı ildən 1972-ci ilə qədər Life jurnalının fotoqraf ştatında işlədi. Tədbir və mərasimlərdən reportajlar hazırlamış, Dagmar (amerikalı aktrisa), Sofi LorenErnest Heminquey kimi şəxslərin fotolarını çəkmiş və Life jurnalında 90-dan artıq reportajla dərc olunmuşdur. A.Eyzenştadt 1989-cu ildə Ağ evdə keçirilən tədbirdə Corc Buş tərəfindən Milli İncəsənət Mükafatı ilə təltif olunur.

Seçilmiş fotoları

[redaktə | mənbəni redaktə et]

V-J günü Tayms meydanında

[redaktə | mənbəni redaktə et]

Eyzenştadtın ən məşhur fotosunda gənc qadını öpən amerikalı dənizçini görürük. Foto 1945-ci ilin 14 avqustunda Tayms meydanında Leica IIIa kamerası ilə çəkilib. Amerikanın Yaponiya üzərində qələbə qazandığı vaxt Eyzenştadt, demək olar ki, heç bir tədbiri qaçırmayıb.

Sofi Lorenin portretləri

[redaktə | mənbəni redaktə et]

Sofi Lorenin portretləri formal rəngli şəkillərdən daha çox foto müəllifinə və fotoda çəkilənə böyük şöhrət və sevgi qazandırdı.

  1. "Eyzenştadtın gözü" (1969; The eye of Eisenstaedt)
  2. "İnsanlar" (1973; People)
  3. "Eyzenştadt: Almaniya" (1981; Eisenstaedt: Germany)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Vineyard Time with Eisie Uilyam E. Marks