Ay fırıldağı

Ay fırıldağı — Bir qrup insan tərəfindən irəli sürülmüş bir iddiadır. Apollon Layihəsi ilə insanlığın Aya ayaq basmadığını, əslində bütün layihənin bir yalandan ibarət olduğu iddiaları ictimaiyyət də əhəmiyyətli dərəcədə tərəfdar toplamışdır. Bu iddialar tarixçilərkosmik araşdırmaçıları tərəfindən qəbul edilmir və bu əsilsiz iddianı təsdiq edən çoxlu sayda elmi dəlillər mövcud olduğu üçün bu fakt, elmi ictimaiyyətdə şübhə doğurmur.

Nil ArmstronqEdvin Aldrin, Ay modulu maketi ilə məşqdə. Aya enişlərin saxta olduğunu iddia edənlər, Ay səthindəki fotoşəkillərin buna bənzər studiyalarda çəkildiyini iddia etməkdədir.

Ay fırıldağı iddialarının ABŞ əleyhdarı olan ölkələr, toplumlar və şəxslər ilə yaxından əlaqəsi vardır. Çünki Apollon Layihəsi, Soyuq Müharibə illərində ABŞ ilə SSRİ-nin girişdiyi Kosmik yarışın bir parçası idi və ABŞ-nin qələbəsi ilə nəticələnmişdi. Xüsusilə siyasi olaraq müxalif və ABŞ xaricindəki milliyyətçi iqtidara meylli kəslər, Apollon Layihəsini ABŞ-nin qlobal təhkiminin bir simvolu olaraq görməkdədir. Bu kəslərin ABŞ əleyhdarı duyğuları, Aya insanın getməsi fikrinin gətirdiyi qeyri-mümkünlük hissiylə birləşincə Ay fırıldağı inancına səbəb olmuşdur. Ay enişlərinin saxtakarlıq olduğunu müdafiə edənlər, bu iddialarını müxtəlif konkret dəlillərlə dəstəkləməyə çalışır. Ancaq indiyə qədər iddiaların etibarlılığının qəti bir dəlili ortaya qoyulmamışdır.

2000-ci illərin sonlarından bu yana, Apollon proqramının Ay üzərindəki izləri LROC kosmik gəmisi tərəfindən yüksək keyfiyyətli fotoşəkillərlə göstərilmişdir. Bu fotoşəkillər də Ay modulları və kosmonavtların buraxdığı izlər görülə bilməkdədir. 2012-ci ildə Apollon vəzifələrində Aya tikilən və hələ ayaqda duran bayraqların fotoşəkilləri nəşr olunmuşdur.

İnsanlığın Aya getmədiyini iddia edənlərin fikirləri aşağıdakı şəkildə ikiyə ayrıla bilər:

  1. Tam saxtakarlıq: Apollon uçuşlarının tamamilə saxta olduğunu iddia edənlərin fikri. Müxtəlif qaynaqlarda texnologiyanın 1970-ci illərdə hələ kifayət qədər inkişaf etmədiyi, Van Allen radiasiya qurşaqlarının bu səfərə icazə verməyəcəyi kimi iddialar irəli sürülür.
  2. Qismi saxtakarlıq / pilotsuz eniş: Bu iddia görə pilotlu bir kosmik gəmi Ayın orbitinə yerləşdirilmişdir, ancaq kosmonavtlar Ay səthinə enməmişlərdir. Bu iddianın əsası da Aya eniş və qalxışı həyata keçirəcək texnologiyanın çox mürəkkəb olmasıdır. Bu iddianın müxtəlifliyinə görə, Ay səthinə pilotsuz gəmilər enmiş ola bilər. Saxtakarlıq olduğunu müdafiə edənlər, Ay səthindəki lazer əks olunmaları müşahidə edilə bilər cisimləri bu şəkildə açıqlamaqdadır. Yenə bir başqa iddiaya görə, Apollon layihəsi kifayət qədər sürətli irəliləyə bilməyincə ABŞ Kosmik yarışını itirməkdən qorxdu və ilk Apollon uçuşlarını saxta olaraq təşkil etdi.

Saxtakarlıq üçün iddia edilən səbəblər

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin bu cür böyük bir saxtakarlıq etməsi üçün ortaya qoyulan səbəblər bunlardır:

1. Kosmik Yarış: ABŞ, SSRİ ilə böyük bir prestij yarışına girmişdi və bu yarışı itirməməsi lazım idi. Fırıldaqçılıq nəzəriyyəçilərinə görə ABŞ-nin Aya həqiqətən getməsi, bu fırıldağı təşkil etməkdən daha bahalı və riskli idi. Saxtakarlıq sayəsində ABŞ ucuz bir zəfər qazanmış olardı.

Buna cavab olaraq, yenə Kosmik Yarış səbəbi ilə ABŞ-nin bu cür bir saxtakarlıq etməsinin daha riskli olduğu, ABŞ-yə rəqib olan SSRİ-nin əlindəki geniş imkanlarla bu fırıldağı ortaya çıxardaraq bir təbliğat zəfəri qazanması riskinin böyük olduğu, bütün dünya mediasını və SSRİ-nin gözü qarşısında inandırıcı saxtakarlıq etmənin xərcinin çox yüksək olduğu bildirilmişdir. SSRİ, ABŞ-nin Aya ayaq basdığının doğru olmadığını əsla önə sürməmişdir. Ancaq SSRİ-nin, Apollon Layihəsinin uğurla Aya insan göndərməsindən sonra öz Ay layihələrinin mövcudluğunu inkar etmiş, əsla Aya insan göndərməyi hədəfləmədiklərini önə sürmüşlər.

2. Gündəm: Belə bir səbəbin mövcudluğunu iddia edənlərə görə, o günlərdə ABŞ gündəmdə olan Vyetnam müharibəsini gündəmdən salmaq istəyirdi. Döyüşü bir müddətə unutdurmaq üçün ABŞ-nin qarşısındakı digər super güc olan SSRİ-nin kosmik müvəffəqiyyətlərini geridə buraxaraq dünya gündəmini dəyişdirməyi bacardılar.

Ancaq bu hal, yalnız iddia edilən saxtakarlıq üçün deyil, tarixi olaraq gerçək olan Apollon Layihəsi üçün də bir səbəbdir. Apollon Layihəsinin müvəffəqiyyəti, yalnız Vyetnam müharibəsi deyil, o dövrdə ABŞ hökuməti əleyhinə meydana gələ biləcək bütün xüsusları gündəmdə geri plana çəkmək üçün Soyuq Müharibə şərtləri altında bir təbliğat vasitəsi olaraq istifadə edilmişdir.

3. Pul: Apollon layihəsinə köçürülən pul, layihənin başındakılar tərəfindən əl qoyulmuş, artan kiçik miqdarla saxtakarlıq edilmiş ola bilər.

Bu cür genişmiqyaslı olduğu iddia edilən bir saxtakarlığın kiçik bir bədəl ilə edilməsi mümkün deyildir

4. Risk: Apollon layihəsi o qədər riskli idi ki, həqiqətən sınağ edilsəydi o dövrün texnologiyası müvəffəqiyyətsiz olma ehtimalı yüksək idi. Bu səbəblə layihənin başındakılar saxtakarlıq etmə gərəyi duydular.

Halbuki Apollon Layihəsinin müxtəlif mərhələlərindəki texnologiyalar, yəni kosmosa insan göndərmək, astronavt paltarı ilə gediş, iki kosmik vasitəsinin bağlanması, Ay orbitinə kosmik gəmini yerləşdirmək, Aya həssas eniş (pilotsuz) və b. Apollon 11-dən əvvəl başqa uçuşlarda uğurla reallaşdırılmışdı. Aya insan göndərmənin o dövrün texnoloji imkanlarının kənarında olmadığı, SSRİ-nin də bənzəri bir layihəni ABŞ ilə eyni anda icra etməsindən də aydın ola bilər. (Sovet layihəsi gec qaldığı üçün ləğv edilmiş, varlığı illərcə inkar edilmiş, ancaq SSRİ-nin süqutundan sonra ortaya çıxarılmışdır.)

İddiaların əsasları və cavablar

[redaktə | mənbəni redaktə et]

İDDİA 1. Aya eniş şəkillərində ki işıqlandırmanın süni olduğu iddiası. NASA-nın Ay səthində istifadə etdikləri tək işıq qaynağını Günəş olaraq açıqlamasına qarşı fotoşəkillərdə bu iddianı çürüdən kölgələr olduğu iddiası.

CAVAB 1. Ay səthindəki tək işıq qaynağı Günəş deyildir. Günəş işığı, Ay səthindən əks olunaraq fərqli bucaqlardan gələn bir işıq qaynağı meydana gətirər. Bütün Apollon enişlərində səmada olan Yer də Ay səthini işıqlandıran qüvvətli bir işıq qaynağıdır. Yer Ay səthini Ayın Yerdə görünən işığından daha qüvvətli işıqlandırır.

İDDİA 2. Ay səthində istiliyin -170 ° ilə +150 °C arasında olması səbəbi ilə Aya həqiqətən enmiş olmaları təqdirdə Nil ArmstronqBazz Oldrinin fotoaparatlarının ərimiş və ya donmuş olmaları iddiası.

CAVAB 2. "Donma" su ilə bağlı bir hadisəni nəzərdə tutursa, Ay səthində rütubət yaradacaq su olmadığı üçün mümkün deyildir. Texniki aparatları nəzərdə tutursa, onsuz da qatı halda, yəni "dondurulmuş" vəziyyətdə olan metal, lif və şüşənin təkrar donması riskindən bəhs etmənin mənası qalmır. Ay səthindəki istilik yüksək olmaqla birlikdə, fotoaparatları əridəcək qədər yüksək deyildir. İstiliyin fotoşəkil filmlərinə çatması, istilik önləyici optik örtmə və boyalarla təmin edilmişdir.

Kosmosda, uçarkən və ya Ay və digər kosmik cisimlərinin səthində şəkil çəkən pilotlu və pilotsuz çox sayda başqa kosmik gəmi vardır. Bunların bir qisimi Kosmik Yarışında ABŞ-nin rəqibi olan SSRİ-nin və ya başqa xalqların kosmik aparatları tərəfindən çəkilmişdir. Məsələn Sovet İttifaqının Veneraya göndərdiyi kosmik aparatlar Aydan çox daha isti (457 °C) olan Venera səthində fotoaparatlarla şəkil çəkmişdir. Yenə SSRİ-ə aid Luna seriyası gəmilər, Ay səthində fotoaparat istifadə etmiş, görüntüləri dünyaya çatdırmışlar.

Apollon 17 LM-nin Aydan qalxışını göstərən televiziya qeydi. Atəş və ya duman çıxmadığı görülməkdədir. Təzyiq olmayan kosmosda raket mühərriklərindən çıxan qazların arxada görünən bir iz buraxmaması normaldır.

İDDİA 3. Bəzi video görüntüləri: Məsələn A-15 filmində bir kosmonavtın çiyin xəttindən cisimləri buraxış səhnəsində cisimlərin sürəti və qətetdikləri məsafə analiz edildiyində bu görüntünün ya Dünyada çəkilib yarı sürətdə oynadıldığı ya da Ayda olduğu iddia edilən astronavtın yalnız 115 santimetr boyunda olması lazım olduğu iddia edilmişdir. Atmosfersiz və bu səbəbdən küləksizoksigensiz Ay səthində Amerikan bayrağının dalğalanması və LEM modulların Ay səthindən qalxarkən atəş və duman çıxarmalarının qeyri-mümkünlüyü qarşıya qoyulmuşdur.

CAVAB 3. Bayraqlar astronavtların bayrağı sancması əsnasında titrəşmələr və yanından keçərkən statik elektriklənmə səbəbi ilə hərəkətlənmişdir. Bunun xaricindəki "dalğalanma" hissi, bayraqların buruq görünməsindən qaynaqlanmaqdadır. Filmlərdə bayrağın (sancılma zamanı titrəməsi bitdikdən sonra) hərəkət etmədiyi görünür.

İDDİA 4. 1969-1972-ci illər arasında davam edən Apollon layihəsindən sonra NASA-nın bir daha Aya getmək istəməməsi.

CAVAB 4. Apollon layihəsi, Kosmik yarışı qazanmaq üçün edilmişdi. Yarış bir dəfə qazanıldıqdan sonra bahalı Ay uçuşlarını davam etdirməyə ehtiyac qalmadı. Belə ki, SSRİ də bu yarışda məğlub olduqdan sonra öz Ay layihəsini ləğv etdi.

İDDİA 5. 1969-cu illərin texnologiyası ilə Aya canlı yayım edə biləcək TV avadanlıqları aparıb işlətmənin qeyri-mümkün olduğu fərziyyəsi.

CAVAB 5. Apollon layihəsinin kameraları "Westinghouse" firması tərəfindən 1964-cü ildə qazanılan bir layihə ilə kosmos şəraitində işləyə biləcək şəkildə yaradılmışdır. Bu mövzuda bir saxtakarlıq edilsə idi, yalnız NASA deyil "Westinghouse" firmasını da əhatə etməsi lazım idi. Bundan əlavə, Apollon - Soyuz Test Layihəsində Sovet kosmonavtlarının gözləri qarşısında eyni kameralardan çəkiliş edilmiş və dünyaya çatdırılmışdır.

1960-cı illərin texnologiyası ilə kosmosda çəkiliş edə biləcək TV cihazlarıelektron sxemlər istehsal etmək mümkündür. Belə ki 1961-ci ildə Yuri Qaqarin ilk insanlı kosmik uçuş əsnasında SSRİ tərəfindən çıxarılan bir TV cihazından qeyd edilən çəkilişləri dünyaya çatdırmışdır. Yenə Apollon layihəsindən əvvəl Aya eniş edən pilotsuz vasitələrin üzərində də TV kameraları var idi, o kameralardan edilən yayımlar da Yerə çatdırılmışdır. Hətta "Surveyor 3" adlı pilotsuz Ay vasitəsinin kamerası, yayım etdikdən iki il yarım sonra eyni bölgəyə enən "Apollon 12" astronavtları tərəfindən sökülərək Yerə geri gətirilmişdir.

Digər tərəfdən Sovet Luna proqramındakı kosmik aparatlar da Ay üzərindən televiziya verilişi hazırlamışlar. Bu, o dövrdə Ay səthindən TV yayımı edə biləcək texnologiyaya sahib tək ölkənin ABŞ olmadığını göstərməkdədir.

İDDİA 6. Dünya ilə Ay arasındakı Van Allen radiasiya qurşaqlarının kosmonavtları öldürmüş olması lazım olduğu.

CAVAB 6. Apollon kosmik aparatlarının Van Allen qurşağından keçmə müddəti 4 saat idi. Bu müddət içində kosmik gəmilərinin aluminium xəlitəli gövdəsi, kosmonavtları qorudu. Apollon aparatlarının marşrutu da kosmonavtların radiasiyaya minimum miqdarda məruz qalmasını təmin edəcək şəkildə hesablandı. Bunların nəticəsi olaraq Apollon proqramına qatılan bir adamın aldığı orta radiasiya miqdarı, 1 rem-in (10 mSv) altında qaldı. Bu doza, dəniz səviyyəsində yaşayan birinin üç ildə aldığı radiasiyaya bərabərdir.

Dünyadakı bütün fiziklərin (ABŞ-nin rəqibi Sovet fiziklər də daxil) həqiqətən belə bir təhlükə olsaydı bunu görə bilməmələri mümkün ola bilməzdi. Apollon uçuşları əsnasında radiasiya qurşaqlarını tapan fizik Ceyms Van Allen həyatda idi. Əgər o da mövcudluğu iddia edilən planlı hiylənin bir parçası deyilsə öz tapdığı qurşaqların kosmonavtları öldürəcəyini açıqlaması lazım idi. Tam əksinə, professor Van Allen, qurşaqların astronavtları öldürəcəyi iddialarını "cəfəngiyyat" olaraq xarakterizə etmişdir.

İDDİA 7. Apollon aparatlar da olan və 2 kb RAM, 36 kb ROM tutumda çalışdığı bildirilən köhnə bir analoq kompüterin [Apollon Guidance Computer] müasir bir elektron qol saatından daha az əməliyyat gücünə sahib olması baxımından Aya gedişdə kifayətsiz qalacağı.

CAVAB 7. Apollon kosmik aparatlarında istifadə olunan əsas kompüter, Apollon Guidance Computer (AGC), analoq deyil  rəqəmsal bir kompüter idi. Bu, 1960-cı illər üçün köhnə deyil əksinə, inkişaf etmiş bir kompüter idi. Vəzifəsi, Apollon kosmik gəminin seyr və əmr sistemini (PINGS) idarə etmək idi. AGC-nin emal gücü, PINGS-i idarə etmək üçün kifayət idi, ancaq kosmik gəminin marşrutu və mövqeyi yerdəki ölçü qurğuları tərəfindən daha yüksək qətiliklə müəyyən olunduğunda, müəyyən fasilələrlə mövqe və marşrut məlumatları yerdən aktuallaşdırılırdı. Yəni Apollon tamamilə öz içindəki kompüterə asılı deyildi. Belə ki Aya ilk eniş edən kosmik gəmi olan Apollon 11, AGC-nin səhv rejimində olduğu əsnada eniş etmişdir.

Sovetlərin kompüter texnologiyası ABŞ-dəki  qədər yaxşı olmadığı üçün, öz Ay layihələrində ki kosmik gəmi LK-yə naviqasiya üçün proqramlaşdırıla bilir rəqəmsal bir sistem yerləşdirə bilmədilər. Onların tapdığı həll daha sadə idi, analoq bir hesab aparatı, meydana gələ biləcəyi düşünülən bütün təcili vəziyyətləri təyin olunan sırayla nəzərə alırdı. Ancaq bu daha sadə həll belə Ay uçuşu üçün kifayət idi.

İDDİA 8. Fotoşəkillərdə heç bir ulduzun görünməməsi, Yer üzündə belə ulduzların görüldüyü halda atmosfersiz mühitdə ulduzların daha dəqiq görünməsi lazım olduğu iddiası.

CAVAB 8. Bütün Ay enişləri gündüz, Günəş səmada ikən edildi. Son dərəcə şeh bir işıqla parlayan Ay səthi və digər cisimləri dəqiq olaraq onların şəkillərin çəkmək üçün kameralar yüksək enstante ilə çəkiliş etdilər. Bunun nəticəsi olaraq parlaq işıq altında cismlər fotoşəkillərdə dəqiq göründü, ancaq nisbətən solğun ulduzlar görünmədi. Bu vəziyyət, gecə işıqlı küçə lampalarının altında ulduzların görünməməsinə bənzəyir. Aya edilənlər xaricindəki kosmos uçuşlarında da, məsələn Beynəlxalq Kosmos Stansiyasında müxtəlif millətlərdən kosmonavtların çəkdiyi fotoşəkillərdə də eyni vəziyyət görülür. Apollon kosmonavtların çəkdiyi az sayda fotoşəkildə ulduzlar görünməkdədir.

1. "NASA Spacecraft Images Offer Sharper Views of Apollo Landing Sites". NASA. 2 İyun 2015 tarixində mənbəyindən arxivləndi. Daxil olma tarixi: 22 Sentyabr 2011.

2. "The illuminated side of the still standing American flag to be captured at the Apollo 17 landing site." Lunar Reconnaissance Orbiter Camera News Center. 27 İyul 2012. 18 Mart 2014 tarixində mənbəyindənArxivləşdirilib 2014-03-18 at the Wayback Machine arxivləndi.

3. "Apollo Moon flags still standing, images show". BBC News. 30 İyul 2012.

4. "American Flags From Apollo Missions Still Standing". ABC News. 31 İyul 2012.

5. We Never Went to the Moon: America's Thirty Billion Dollar Swindle, Bill Kaysing, Pomeroy, WA, USA: Health Research Books, 2002. ISBN 1-85810-422-X.

6.  Plait, Philip C. Bad Astronomy: Misconceptions and Misuses Revealed, from Astrology to the Moon Landing "Hoax" s. 161-162 John Wiley & Sons, 2002, ISBN 0471409766,  9780471409762

7. Clavius

8. LK, Encyclopedia Astronautica

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]