Ayn Rand

Ayn Rand
ing. Ayn Rand
Doğum adı Алиса Зиновьевна Розенбаум
Alisa Zinovyevna Rosenbaum
אליסה זינובייבנה רוזנבאום
Təxəllüsü Ayn Rand
Doğum tarixi 2 fevral 1905(1905-02-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 mart 1982(1982-03-06)[1][2][…] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Həyat yoldaşları
  • Frenk O'Konnor[d] (19291979)
Uşağı yoxdur
Təhsili
Fəaliyyəti dramaturq, filosof, romançı, ssenarist, ədəbiyyat tənqidçisi, esseist, jurnalist, fantastika yazıçısı[d], yazıçı
Fəaliyyət illəri 1926-cı ildən
Əsərlərinin dili ingilis dili
Janrlar obyektizm, antiutopiya
Tanınmış əsərləri
İmza
aynrand.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayn Rand (ilk adı: Alisa Zinovyevna Rosenbaum; 2 fevral 1905[1][2][…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[3]6 mart 1982[1][2][…], Manhetten, Nyu-York ştatı) — qurduğu obyektivizm fəlsəfəsi və yazdığı "Yaşamaq istəyirəm" (We the Living), "Mən" (Anthem), "Həyatın Qaynağı" (The Fountainhead) və "Atlas silkələndi" (Atlas Shrugged) kitabları və obyektizm fəlsəfəsiylə tanınan yazar.

Fəlsəfəsi və kitabları öz fərdiyyətçilik, şüurlu eqoizmkapitalizm məfhumlarını vurğulayır. Dövlətin azad bir cəmiyyətdə qanuni, amma minimal bir rola sahib olduğuna inanan Rand qatı bir minarxistdir. Liberteryenler və Amerikalı mühafizəkarlar arasında əhəmiyyətli bir təsiri olmuşdur.

Romanları özünə xas meydana gətirdiyi bir qəhrəmanın təqdimatını mərkəz alır, Qəhrəman öz qabiliyyəti xüsusiliyi və müstəqilliyi üzündən cəmiyyətlə zidd düşür, amma bu qarşıdurmalar onun səhvləri üzündən deyil, şüurlu davrandığı və ürəkdən gələn bir şəkildə öz mənfəətinə görə çalışdığı üçün olur. Rand'a görə rasional düşünən ağıllar üçün qarşıdurma söz mövzusu deyil. Qəhrəman yenə də idealları istiqamətində davam edir. Rand bu qəhrəmanı ideal insan olaraq görür və ədəbiyyatının bu tip insanlar üçün bir təqdimat yeri olmasını məqsəd hesab edir.

Ona görə,

  • İnsan yerlərini və hərəkətlərini məntiqdən istifadə edərək seçməlidir,
  • Fərdlərin özlərini başqaları üçün fəda etmədən və eynisini başqalarından gözləmədən öz məqsədləri üçün yaşamağa haqları var,
  • Kimsənin bir başqasının hüquqlarına güc istifadə edərək təcavüz etməyə ya da güc istifadə edərək ona öz fikirlərini təlqin etməyə haqqı yoxdur.

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Ayn Rand Rusiyada Sankt-Peterburqda anadan olmuşdur. Yəhudi bir ailənin üç qızının ən böyüyü idi. Ailəsi aqnostik və dinə qarşı maraqsız idi. Kiçik yaşlarından etibarən ədəbiyyat və kinoya maraq duydu. Yeddi yaşında hekayələr və oyunlar yazmağa başladı. Anası ona fransızca öyrətmə vəzifəsini boynuna götürdü və uşaq üçün hekayələrin olduğu bir jurnala abunə oldu. Bu jurnallarda Rand ilk uşaqlıq qəhrəmanını tapdı: Redyard Kiplinq tərzi bir hekayə olan Sirli Vadidə yerli bir zabit, Cyrus Paltons.

Gənclik illəri ərzində Sir Volter Skott, Aleksandr Düma və digər romantik yazarların kitablarını oxudu və ümumiyyətlə romantizm cərəyanına qarşı ehtiraslı bir sevgi bəslədi. 13 yaşında Viktor Hüqonu kəşf etdi və onun romanlarını çox sevdi. Sonrakı illərdə Rand onu ən sevdiyi, dünya ədəbiyyatının ən böyük roman yazarı olaraq adlandırmışdır.

Petroqrad Universitetində fəlsəfətarix oxudu. Universitet illərində etdiyi ən böyük kəşflər Edmond Rostan, Fridrix ŞillerFyodor Dostoyevski oldu. Rostanda zəngin, romantik xəyal gücü, Şillerə də böyük, qəhrəmancasına təsirinə görə heyranlıq bəslədi. Dostoyevskiyə qurduğu drama və etdiyi dərin əxlaqi analizlər üzündən pərəstişkar, amma fəlsəfəsinə və həyat anlayışına dərindən qarşı idi.

Qısa hekayələr və oyunlar yazmağa davam etdi və sıx bir şəkildə anti-sovet fikirlər ehtiva edən nizamsız bir gündəlik tutdu. Nitsşe ilə də tanış oldu, "Zərdüşt belə deyirdi"dəki qəhrəmancasına və azad adamı yüksəlişini bəyəndi, amma eyni zamanda fəlsəfəsinə romanlarının ön söz qisiminə isə qarşı oldu.

Randa açıq ara ən çox təsir edən ad xüsusilə Məntiq adlı əsəriylə Aristoteldir, onu gəlmiş keçmiş ən böyük filosof olaraq gördü və sonradan təsirləndiyi tək filosof olduğunu söylədi.

Sonradan 1924-cü ildə Dövlət Ekran Sənəti Texnikumuna girdi, amma 1925-ci ildə özünə Amerikadakı qohumlarını ziyarət etmək üçün bir viza verildi. 1926-cı ildə ABŞ-yə gəldi və qohumlarıyla Çikaqoda keçirdiyi qısa bir müddətdən sonra bir daha heç bir zaman Sovetlər Birliyinə geri dönməməyə qərar verdi. Ssenarist olma xəyali ilə Hollivud yollarına düşdü.

Sonradan adını Ayn Rand olaraq dəyişdirdi. Adını Remington Rand daktilosundan etdiyinə dair bir rəvayət vardır, amma o Ayn ​​Rand adını cihaz bazara çıxmadan əvvəl istifadə etməyə başlamışdır. Ayn adını finlandiyalı bir yazardan təsirlənib aldığını söyləmişdir. Bu fin-eston bir yazar olan Aino Kallas ola bilər, amma fincə danışılan ölkələrdə bu ada və variantlarına sıxlıqla rast gəlindiyi üçün qəti olaraq bilinmir.

Önəmli əsərləri

[redaktə | mənbəni redaktə et]

Başlanğıcda Hollivudda çabaladı və sadə ehtiyaclarını qarşılaya bilmək üçün qəribə işlərə girdi. Əlavə olaraq Cecil B. DeMille'in "King of Kings"ində çalışarkən gözünə dəyən ehtiraslı, gənc aktyor Frank O'Connorla tanış oldu. İkisi 1929-cu ildə evləndilər. 1931-ci ildə Rand Amerika vətəndaşlığına qəbul edildi.

Ədəbi ilk müvəffəqiyyətini 1932-ci ildə Red Pawn adlı ssenarisini Universal studiyalarına sataraq tutdu. Ardından 1934-cü ildə 16 Yanvar Gecəsi (Night of January 16th) adlı əsərini nümayiş etdi və bu əsər böyük ölçüdə müvəffəqiyyətli oldu. Sonra 1936-cı ildə "Yaşamaq istəyirəm" (We the Living), 1938-ci ildə də "Mən" (Anthem) adlı romanlarını yazdı.

"Yaşamaq istəyirəm" Amerikalı tənqidçilərdən orta, İngiltərədə isə yaxşı bir reaksiya aldı, amma "Anthem" qəribə çap hekayəsi üzündən yalnız İngiltərədə, amma əhəmiyyətli bir bəyənmə qazandı. Rand Amerikanı o illərdə təsirinə alan qırmızı dövrə (the red decade) son dərəcə qarşı idi və əslində "Anthem" Amerikada nəşriyyatçı belə tapa bilmədi, ilk nəşr İngiltərədə edildi. Həmçinin Rand hələ ədəbi üslunu tam olaraq inkişaf etdirməmişdi və romanları hələ inkişafını tamamlamamışdı.

Romadakı Scalara film şirkəti tərəfindən 1942-ci ildə Ayn Randın xəbəri olmadan ''Yaşamaq İstəyirəm'' kitabı üzrə 2 film edildi: ''Noi vivi və Addio'', ''Kirayə''. Benito Mussolini rəhbərliyindəki İtalyan hökuməti ikisini də senzuraladı, lakin anti-sovet məzmunu üzündən nəşr olunmasına icazə verdi. Filmlər müvəffəqiyyət qazandı və xalq tez filmlərin kommunizmə olduğu qədər faşizmə də qarşı olduğunu anladı, qısa müddət sonra da hökumət qadağaya qərar verdi. Sonradan filmlər əldən keçirildi və Randın təsdiqi ilə ''We the Living'' adı ilə 1986-cı ildə nəşr olundu.

  • 1934 — 16 Yanvar Gecəsi (Night of January 16th)
  • 1936 — Yaşamaq İstəyirəm (I want living)
  • 1938 — Mən, Ego (Anthem)
  • 1943 — Həyatın Qaynağı (The Fountainhead)
  • 1957 — Atlas Silkələndi (Atlas Shrugged)
  • 1961 — For the New Intellectual
  • 1964 — The Virtue of Selfishness (Nathaniel Branden ile)
  • 1966 — Kapitalizm: Bilinməyən İdeal (Capitalism: The Unknown Ideal)
  • 1967 — Introduction to Objectivist Epistemology
  • 1969 — The Romantic Manifesto
  • 1971 — The New Left: The Anti-Industrial Revolution
  • 1982 — Ehtiyacımız Olan Fəlsəfə (Philosophy: Who Needs It)

Ölümündən sonra nəşr olunmuş əsərləri

[redaktə | mənbəni redaktə et]
    • 1984 The Early Ayn Rand (edited and with commentary by Leonard Peikoff)
    • 1989 The Voice of Reason: Essays in Objectivist Thought (edited by Leonard Peikoff; additional essays by Leonard Peikoff and Peter Schwartz)
    • 1990 Introduction to Objectivist Epistemology second edition (edited by Harry Binswanger; additional material by Leonard Peikoff)
    • 1995 Letters of Ayn Rand (edited by Michael S. Berliner)
    • 1997 Journals of Ayn Rand (edited by David Harriman)
    • 1998 Ayn Rand's Marginalia : Her Critical Comments on the Writings of over Twenty Authors (edited by Robert Mayhew)
    • 1998 The Ayn Rand Column: Written for the Los Angeles Times (edited by Peter Schwartz)
    • 1999 Russian Writings on Hollywood (edited by Michael S. Berliner)
    • 1999 Return of the Primitive: The Anti-Industrial Revolution (expanded edition of The New Left; edited and with additional essays by Peter Schwartz)
    • 2000 The Art of Fiction (edited by Tore Boeckmann)
    • 2001 The Art of Nonfiction (edited by Robert Mayhew)
    • 2001 The Objectivism Research CD-ROM (collection of most of Rand's works in CD-ROM format)
    • 2005 Ayn Rand Answers
    • 2005 Three Plays
    • 2015 İdeal (Roman)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Duignan B. Ayn Rand // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Saxon W. Ayn Rand, ‘Fountainhead’ Author, Dies. 1982.
  4. Find a Grave (ing.). 1996.