Aşağı Axtala | |
---|---|
![]() | |
41°09′01″ şm. e. 44°46′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVIII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 740 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
akhtala.am | |
![]() |
Aşağı Axtala / Gümüşxana [1], Axtala (erm. Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1939–cu ildə işçi qəsəbəsi[2], 1995–ci ildə isə şəhər statusu almışdır.[3][4] 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən yaxınlığındaki kurort kəndi ilə birlikdə "Axtala bələdiyyəsi"ni (erm. Ախթալայի քաղաքային համայնքի) təşkil edir.[3][5] 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 2.092 nəfərdir, şəhərdən 3 km aralıda[3] yerləşən və onunla eyni bələdiyyəyə daxil olan (adsız) kurort kənddə isə cəmi 14 nəfər əhali yaşayır.[6]