Barselona metropoliteni

Barselona metropoliteni
Loqonun şəkli
Təsvir
Ölkə
Yerləşməsi Barselona
Marşrut şəbəkəsi
Şəbəkənin uzunluğu
  • 143,3 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barselona metropoliteni (isp. Metro de Barcelona) — Kataloniyanın mərkəzi Barselonada şəhərin və şəhər ətrafının sürətli ictimai nəqliyyatının əsasını təşkil edən metropoliten.

1924-cü ildə fəaliyyətə başlayan metro hal-hazırda ümumi uzunluğu 146 km olan 12 xətt üzrə 180 stansiyanı birləşdirir[1]. Barselona metropoliteni 2 operator üzrə xidmət göstərir: TMB (kat. Transports Metropolitans de Barcelona)[2] və FGC (kat. Ferrocarrils de la Generalitat de Catalunya — Kataloniyanın dövlət dəmiryolları)[3] dəmiryolu şirkəti. Gediş haqqı 2,15 yevrodur (birdəfəlik bilet - komposterləndikdən sonra 1 saat 15 dəqiqə müddətində şəhərin bütün növ nəqliyyatında - avtobus, tramvay, funikluyor və d. istifadə edilə bilər. Bir neçə gediş üçün biletlərin alınmasında güzəştlər mövcuddur). 3 yaşından yuxarı uşaqlar üçün də böyüklər kimi biletə pul ödənilməlidir. Uşaq tarifləri mövcud deyil.

Barselona metropolitenində ilk xətt 1924-cü il dekabr ayının 30-da Gran Metropolitano de Barcelona şirkəti tərəfindən tikilərək istifadəyə verilib[4]Kataloniya meydanının Lesseps stansiyası ilə birləşdirib: hazırda bu hissə 3-cü qola aid edilir. 2-ci xətt Metropolitano Transversal şirkəti tərəfindən tikilib və 1929-cu ildə Ümumdünya sərgisinə təqdim olunmaq üçün 1926-cı il iyun ayının 10-da istifadəyə verilib.[5] Bu xətt RENFE tərəfindən istismar edilən iki dəmiryolu qolunu birləşdirirdi. Metronun növbəti açılışı yanlız 1946-cı ildə oldu: tikinti işi vətəndaş müharibəsi ilə əlaqədar dayandırıldı. 1951-ci ildə hər iki operator şəhərin nəzarətinə keçdi. Belə bir qərar şəbəkənin inkişafını sürətləndirmək məqsədi ilə edildi.[6]

  • Barselonada mövcud 12 metro xəttindən 8-i TMB şirkətinin xidmətində, 4-ü isə Kataloniya dəmiryolları tərəfindən istismar olunur[7].
  • Metronun müasir sxemlərində funikulyor xətləri də qeyd edilib və metropoliten xətləri və iki tramvay sistemi — Trambaix и Trambesòs ilə birləşdirilib.
  • Barselona metrosu xətləri adlandırılmayıb və nömrələrinə görə fərqləndirilir.
  • 1-5-ci xətlər və 9-11-cu xətlərin fəaliyyəti TMB, 6, 7, 8, 12-ci xətlərin fəaliyyəti isə Kataloniya dəmiryolları tərəfindən təmin edilir.[8]
Barselona metrosunun mümkün gələcək genişlənmələri ilə xəritəsi.
Xətlər Son Operator Uzunluğu (km) Perspektiv uzunluğu (km) Stansiyaların sayı Planlaşdırılan stansiya sayı Açılış ili
Hospital de Bellvitge — Fondo TMB 20,700 29,758 30 38 1929
Paral·lel — Badalona Pompeu Fabra TMB 13,700 18,466 18 34 1959
Zona Universitària — Trinitat Nova TMB 18,400 20,024 26 36 1924
Trinitat Nova — La Pau TMB 17,300 18,916 22 26 1926
Cornellà Centre — Vall d’Hebron TMB 19,168 - 26 27 1959
Plaça Catalunya — Reina Elisenda FGC 5,384 8,198 9 ? 1963
Plaça Catalunya — Avinguda Tibidabo FGC 4,634 - 7 - 1954
Pl. Espanya — Molí Nou-Ciutat Cooperativa FGC 11,266 - 11 - 1983
Can Zam — La Sagrera TMB 7,867 47,8 9 39 2009
Gorg-La Sagrera TMB 5,57 47,8 6 33 2010
Trinitat Nova — Can Cuiàs TMB 2,109 - 5 - 2003
Sarrià - Finestrelles | Sant Joan de Déu FGC 3,200 5 2016
CƏMİ (12 xətt) 126,098 215,439 169 270

Hərəkət qabiliyyəti məhdud olan şəxslər üçün nəzərdə tutulmuş stansiyalar.

[redaktə | mənbəni redaktə et]
Xətlər Nəzərdə tutulan xətlər Nəzərdə tutulmuş

faiz nisbəti

İstinadlar
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:

Plaça de Sants · Espanya · Urquinaona · Clot

83% [9]
Bütün xətlər nəzərdə tutulub 100% [9]
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:

Espanya · Vallcarca

92% [9]
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:

Maragall · Verdaguer · Urquinaona · Jaume I · Ciutadella-Vila Olímpica

78% [9]
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiyalar aşağıdakılardır:

Maragall · Verdaguer · Plaça de Sants

89% [9]
Bütün xətlər nəzərdə tutulub. 100% [10]
Bütün xətlər nəzərdə tutulub, istisnalıq təşkil edən stansiya aşağıdakıdır:

El Putxet

85% [10]
Bütün xətlər nəzərdə tutulub. 100% [10]
Bütün xətlər nəzərdə tutulub. 100% [9]
Bütün xətlər nəzərdə tutulub. 100% [9]
Bütün xətlər nəzərdə tutulub. 100% [9]
Bütün xətlər nəzərdə tutulub. 100% [10]

9 və 10-cu xətlər

[redaktə | mənbəni redaktə et]
  • Hal-hazırda 9 və 10-cu xətlərin tikintisi üzrə Barselona metropolitenində iş aparılır. Bu xətlər Badalona və Santa-Kolomu-de-Qramanet xəttini El-Prat-de-Lobreqat şəhəri, beynəlxalq hava limanı və Franka Zonası sənaye-liman rayonu ilə birləşdirəcəkdir. Tikinti başa çatdırıldıqdan sonra o Avropada ən uzun xətt olacaqdır: 47,8 km uzunluğunda olan xətt üzrə 52 stansiya olacaqdır.
  • Metronun yeni xəttinin layihəsi 2000-ci ildə qəbul edildi, lakin işləri təxirə salmaq lazım gəldi. Güman edilirdi ki, tikinti işləri 2012-ci ildə başa çatdırılacaq. Əsas diqqət 9-cu xəttin üzərində cəmləşdirildi, çünki bu xətt şəhəri hava limanının hər iki terminalı ilə birləşdirmək imkanı verirdi. Nəticədə xətləri hissələr üzrə istifadəyə vermək barədə qərar qəbul edildi.
  • 13 dekabr 2009-cu ildə 9-cu xəttin Can Zam və Cam Peixauet stansiyaları arasındakı kiçik bir hissəsi istifadəyə verildi.
  • 18 aprel 2010-cu ildə 10-cu xəttin Gorg-dan Bon Pastora qədər olan hissəsi istifadəyə verildi, öz növbəsində 9-cu xətti də bir stansiyaya qədər uzatmış oldu.
  • 26 iyun 2010-cu ildə hər iki xətt La Sagrera stansiyasına qədər uzadıldı.
  • 12 fevral 2016-cı ildə 9-cu xəttin ikinci hissəsi - Zona Universitaria stansiyasından El-Prat hava limanına qədər olan hissəsi istifadəyə verildi. Bu hissənin ümumi uzunluğu 19,6 km olub 15 dayanacağı birləşdirirdi. Bəzi stansiyalar, misal üçün Kamp Nou, La Ribera və Ciutat Aeroportuaria hələ də qapalı olaraq qalmaqda davam edirdi. hər iki terminala keçid ayrıca qiymətlə (€4,50) qiymətləndirilmişdi, bilet həm girişdə, həm də çıxışda keçirdi.
  • 2017-ci ilin sonuna qədər 10-cu xəttin bir hissəsinin - Zona Universitaria stansiyasından Poligon Pratenc stansiyasına qədər olan hissənin istifadəyə verilməsi planlaşdırılır.
  • Maliyyə problemlərinə görə La Sagrera stansiyası və Zona Universitaria stansiyaları arasında olan birləşdirici hissənin açılışı 2019-cu ilin sonuna planlaşdırılır.

Layihəyə görə bu xətt Barselonanı Baş Lobreqat ilə birləşdirməli idi. Tikinti ləğv edildi.

Bu kiçik xətt ilk növbədə 3 stansiyanı - Badalonda La Morera dairəsini və Kan Ruti xəstəxanasını birləşdirəcək.

Barselona qərarı

[redaktə | mənbəni redaktə et]

Barselona metropoliteni sərnişinlərin minik və eniş işinin təşkili prinsipinə görə tanınır. Bu prinsip Barselona və ya ispan qərarı kimi tanınır. Bu prinsip stansiyalarda 3 platformanın tikintisi ilə bağlıdır: iki sahilyanı və 1 ada platforması. Sərnişinlər vaqona hər iki tərəfdən minə və çıxa bilərlər. Bu da qatar dayanacaqlarında dayanma vaxtını və basabası məhdudlaşdırmaq imkan verir. Barselona qərarı ona görə adlandırlıb ki, bu prinsipdən ilk dəfə kütləvi şəkildə 1930-cu illərdə Barselona metropolitenində istifadə edilib. Stansiyaların da əksəriyyəti bu prinsipə uyğun inşa edilib. Buna baxmayaraq həmin ideyadan ilk dəfə ABŞ-da - Nyu-YorkBostonda istifadə edilib. Yəni stansiyalar elə tikilib ki hər iki tərəfdən düşüb minmək mümkün olur.[11]

Stansiyalar arasındakı keçid

[redaktə | mənbəni redaktə et]

Stansiyalar arasında keçidlərin çoxu əlverişli deyil: uzun və dardır. Bu keçidlərdən sərnişinlər bir-biri ilə görüşmək üçün keçirlər. Stansiyadan stansiyaya keçmək üçün bəzən ardıcıl olaraq 2 keçid keçmək lazım gəlir. Eyni vəziyyət metronun stansiyasından dəmiryolu vağzalına keçiddə müşahidə edilir: dərhal iki keçiddən keçmək lazımdır. Bəzilərində stansiyaların keçidləri boğucu və istidir. Bu Barselona metropoliteninin havalandırma sistemi ilə bağlıdır və heç də bütün stansiyalarda havalandırma sistemi yaxşı işləmir.

Soltərəfli və sağtərəfli hərəkət

[redaktə | mənbəni redaktə et]

Bütün xətlər sağtərəfli hərəkətə malikdir.

XƏTLƏR Bazar ertəsindən cümə axşamına Cümə və bayram günləri Şənbə günləri 1/1, 24/6, 15/8 və 24/9 Bazar günləri 24/12
05:00-dən 24:00-a 05:00-dən 02:00-a 05:00-dən fasiləsiz olaraq bütün gecə boyu Saat 24:00-a qədər fasiləsiz xidmət 05:00-dən 23:00-a qədər
Xətlər Başlanğıc İşləmə vaxtları Şənbə və bayram günləri
Xidmət vaxtının başlanması Xidmət vaxtının bitməsi Xidmət vaxtının başlanması Xidmət vaxtının bitməsi
Pl. Katalunya 05:38 23:52 05:52 02:15
Sarria 05:46 23:55 05:38 02:01
Pl. Katalunya 05:56 00:27 05:58 02:00
Av. Tibidabo 05:58 00:25 05:58 02:00
Pl. Espanya 05:41 23:45 06:43 02:00
Molí Nou - Siutat Kooperativa 05:46 23:55 05:38 02:01
Sarria 05:52 00:05 05:40 02:30
Reina Elisenda 05:43 23:38 05:42 02:17
1-ci zonada sərnişin

daşıma bileti

1-ci zonada sərnişin daşınmanın

adı

Biletlə bağlı izah Qiymət (2016) İstinad
Billete sencillo (tək yerlik bilet) Bu biletdən TMB operatoruna məxsus avtobusda, metroda (T1 Aeraportu və L9 Cənub xəttində olan T2-dən savayı) və ya Monjuik funikluyorunda bir gediş üçün istifadə etmək olar. Bu fərdi və inteqrə edilməmiş biletdir.[12] 2,15 € [13]
Billete aeropuerto (aeraporta bilet) İnteqrə edilməmiş fərdi biletdir. Metroda yanlız L9 Sud xəttində və metro şəbəkəsinin digər hissələrində T1 Aeraportu ilə T2 Aeraportu arasında birdəfəlik gediş üçün istifadə edilə bilər.[14] 4,50 €
T10 1-ci zonadan 6-cı zonaya qədər 10 intermodal gediş üçün bir neçə şəxsə görə istifadə edilən gediş biletidir. 1 zonalı kartlarda sərnişinlərin xətti və nəqliyyatın növünü dəyişmək üçün ilk və son validasiya aralığında 75 dəqiqəyə malikdir. Bu vaxt hər zonaya görə 15 dəqiqə artır. L9 Sud xəttində T1 Aeraportu və T2 Aeraportu metrosu stansiyası üçün keçərli deyil.[15] 9,95 €
T Dia (1 günlük) İndividual gediş kartı olub zonalarda qeyri-məhdud sayda gedişlər, məhdudlaşdırılmış 1-ci validasiya, 1-ci zonadan 6-cı zonaya qədər kəsişən zonalara uyğun nəqliyyatın bütün növlərində üçün keçərlidir. İstifadə müddəti: ilk istifadə edildiyi vaxtdan etibarən 24 saat (1 gün). L9 Sud xəttində T1 və T2 Aeraportu metrosunun stansiyasına qədər gediş-gəliş üçün maksimum bir gediş.[16] 8,40€
T50/30 Fərdi səyahət kartı olub bir zona üçün etibarlıdır. İlk istifadə edildiyi vaxtdan başlayaraq 50 inteqrə edilmiş səyahət üzrə 30 gün istifadəyə imkan verir. Xəttləri və ya nəqliyyat növünü dəyişdirərkən sərnişinlərin ilk və son validasiya arasında 75 dəqiqəsi var. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır.[17] 42,50 €
T70/30 İlk istifadə edildiyi vaxtdan etibarən bir neçə şəxsin 70 gediş üçün 30 ardıcıl gün ərzində istifadəsi üçün etibarlıdır. Bir zonalı kartların olması halında sərnişin xətlər və ya nəqliyyat növlərini dəyişdirərkən ilk və son validasiya

arasında 75 dəqiqə vaxtı malik olur. Bu zaman hər zona 15 dəqiqə artır. Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün L9 Sud xəttində etibarlıdır.[18]

59,50 €
T Mes (aylıq) İlk istifadə edildiyi vaxtdan etibarən 30 ardıcıl gen ərzində qeyri-məhdud sayda gediş üçün individual gediş biletidir. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır. Bu biletin istifadəsi vaxtı gediş bileti üzərində şəxsə aid İdentifikasiya sənədinin nömrəsi mütləq göstərilməlidir.[19] 52,75 €
T Trimestre (3 aylıq) İlk istifadə edildiyi vaxtdan etibarən 90 ardıcıl gün ərzində qeyri-məhdud sayda gediş üçün individual gediş biletidir. Bu biletin istifadəsi vaxtı gediş bileti üzərində şəxsə aid İdentifikasiya sənədinin nömrəsi mütləq göstərilməlidir. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır.[20] 142,00 €
T Jove (25 yaşdan aşağı gənclər üçün) İlk istifadə edildiyi vaxtdan etibarən 90 ardıcıl gün ərzində qeyri-məhdud sayda gediş üçün individual gediş biletidir. Bu bilet 25 yaşına qədər istifadəçilər üçün nəzərdə tutulub. Onu istifadə edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməlidir, yəni gediş bileti üzərində öz əksini tapmalıdır. L9 Sud xəttində Aeroport T1 və Aeroport T2 metro stansiyaları üçün etibarlıdır.[21] 105,00 €

Sərnişin daşımada inkişafın illər üzrə statistikası

[redaktə | mənbəni redaktə et]

TMB və FGC xəttində Sərnişin daşımada 1996-cı ildən başlayaraq qeydə alınan inkişaf aşağıdakı qrafikdə öz əksini tapıb:

İllər TMB-də səyahət edənlər

(milyon nəfər)

FGC-də səyahət edənlər

(milyon nəfər)

Cəmi

(milyon nəfər)

İstinadlar
1996 269,0 44,8 313,8 [22]
1997 259,1 32,6 291,7 [23]
1998 280,9 37,9 318,8 [24]
1999 286,7 44,5 331,2 [25]
2000 294,1 47,9 354,9 [26]
2001 305,11 36,83 341,94 [27]
2002 322,0 40,1 362,1 [28]
2003 332,0 41,0 373,0 [29]
2004 343,3 43,0 386,3 [30]
2005 344,5 41,9 386,4 [31]
2006 352,4 43,2 395,6 [32]
2007 365,5 43,2 408,7 [33]
2008 375,7 45,0 420,7 [34]
2009 361,0 44,1 405,1 [35]
2010 380,5 43,2 423,7 [36]
2011 388,2 43,1 431,3 [37]
2012 372,7 39,0 411,7 [38]
2013 369,2 39,4 408,6 [39]
2014 375,7 40,5 416,2 [40]
2015 385,0 41,5 426,5 [41]

Barselonanın paytaxt nəqliyyatı

[redaktə | mənbəni redaktə et]
Nəqliyyat vasitəsinin sayı

TMB Operatoru

S500 S2000 S2100 S3000 S4000 S5000 S6000 S9000 Cəmi İstinadlar
Vaqonlar(2017) 6 30 75 90 120 190 50 280 846 [42][43]
Qatarlar(2017) 3 6 15 18 24 39 10 56 171 [42][43]
Kataloniya Generalitetinin Dəmir yolları
[redaktə | mənbəni redaktə et]
Nəqliyyat vasitəsinin sayı

FGC Operatoru

S111

S112

S113 S114 S213

Cəmi İstinadlar
Vahidlərin sayı (2015) 1 22 26 5 42 96 [44]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Barcelona, España Arxivləşdirilib 2017-02-03 at the Wayback Machine
  2. Transports Metropolitans de Barcelona, ed. (31 de desembre de 2010). «Dades bàsiques de TMB» Arxivləşdirilib 2012-09-28 at the Wayback Machine (PDF). tmb.cat.
  3. "Ferrocarrils de la Generalitatde Catalunya". 2013-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  4. «Breve historia del metro. 1924-1934 Entran en circulación el Gran Metro y el Transversal (página 3)» Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine. Transportes Metropolitanos de Barcelona. Consultado el 11 de enero de 2013.
  5. «Breve historia del metro. 1978-1982 Comienza una nueva etapa (página 14)» Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine. Transportes Metropolitanos de Barcelona. Consultado el 14 de enero de 2013.
  6.  «Breve historia del metro. 1951-1967 Desarrollo de los planes de expansión y celebración de las bodas de oro (página 10)» Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine. Transportes Metropolitanos de Barcelona. Consultado el 13 de enero de 2013.
  7. "Red de metro de Barcelona". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  8. Pla Director d'Infraestructures del transport públic col·lectiu de la regió metropolitana de Barcelona 2011-2020.» Arxivləşdirilib 2017-12-19 at the Wayback MachineAutoritat del Transport Metropolità (en catalán). 16 de julio de 2010. Consultado el 18 de enero de 2013.
  9. 1 2 3 4 5 6 7 8 «Mapa de la red de metro de TMB» Arxivləşdirilib 2011-10-28 at the Wayback MachineTransportes Metropolitanos de Barcelona. 2013. Consultado el 18 de enero de 2013.
  10. 1 2 3 4 «Mapa de la red de metro de FGC» Arxivləşdirilib 2013-01-17 at the Wayback MachineFerrocarriles de la Generalidad de Cataluña. 2013. Consultado el 18 de enero de 2013.
  11. Dünyanın ən böyük metroları (rusca)
  12. "1 dəfəlik bilet". 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  13. «ATM Títulos integrados 2016» Arxivləşdirilib 2016-04-17 at the Wayback Machine. Consultado el 28 de enero de 2016.
  14. "Aerport bileti". 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  15. "T-10 bileti". 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  16. "1 günlük bilet". 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  17. "T50/30 bileti". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  18. "T-70/30 bileti". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  19. "T Mes (aylıq) bileti". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  20. "T Trimestre (3 aylıq)". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  21. "T Jove bileti". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  22. «TransMet Xifres. Año 1996» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  23. «TransMet Xifres. Año 1997» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  24. «TransMet Xifres. Año 1998» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  25. «TransMet Xifres. Año 1999» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  26. «TransMet Xifres. Año 2000» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  27. «TransMet Xifres. Año 2001» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  28. «TransMet Xifres. Año 2002» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  29. «TransMet Xifres. Año 2003» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  30. «TransMet Xifres. Año 2004» Arxivləşdirilib 2011-09-06 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  31. «TransMet Xifres. Año 2005» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  32. «TransMet Xifres. Año 2006» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  33. «TransMet Xifres. Año 2007» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  34. «TransMet Xifres. Año 2008» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  35. «TransMet Xifres. Año 2009» Arxivləşdirilib 2011-09-06 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  36. «TransMet Xifres. Año 2010» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  37. «TransMet Xifres. Año 2011» Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  38. «TransMet Xifres. Año 2012» Arxivləşdirilib 2015-03-23 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  39. «Transport ferroviari. Any 2013» Arxivləşdirilib 2021-10-15 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  40. «Transport ferroviari. Any 2014» Arxivləşdirilib 2021-10-15 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  41. «Transport ferroviari. Any 2015» Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (pdf). Metropoliten idarəçiliyi (katalon dilində). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  42. 1 2 Transportes Metropolitanos de Barcelona (ed.). «Dades bàsiques 2016» Arxivləşdirilib 2017-04-14 at the Wayback Machine(PDF). tmb.cat. İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  43. 1 2 aTec, TMB - Transports Metropolitans de Barcelona -. «Licitació 14719061» Arxivləşdirilib 2017-03-02 at the Wayback Machinew3.tmb.cat (en catalán). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.
  44. «Pla Director d'Infraestructures del transport públic col·lectiu de la regió metropolitana de Barcelona 2011-2020. Página 38.» Arxivləşdirilib 2017-12-19 at the Wayback MachineAutoritat del Transport Metropolità (en catalán). İstifadə edilmə müddəti: 25 avqust, 2017-ci il.