Başıayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Yarımtip: Sinif: Başıayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Başıayaqlılar (lat. Cephalopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır.
Normal duzlu dənizlərdə yaşayırlar. Həm xariciqabıqlı (Nautilus cinsi) həm də daxiliqabıqlı (kalmarlar, karakatisalar, osminoqlar) nümayəndələrlə təmsil olunmuşlar. Qazıntı halında ammonit və belemnitlər daha çox rast gəlirlər. Başıayaqlılar xarakterik nümayəndəsi Nautilus cinsinin qabığı bir müstəvidə spiralvari bükülmüş borucuğu xatırladır. Qabıq arakəsmələrlə (septa) 35–38 kameraya bölünür. Yumşaq bədən qabığın arxasını tutan sonuncu kamerada (yaşayış kamerası) yerləşir. Qalan kameralar isə fraqmokon adlanır. Yaşayış kamerasına yaxın kameralar qismən və ya tam hidrostatik maye ilə, ondan əvvəlkilər isə qazla dolu olur. Qısa kisəşəkilli bədənin baş hissəsində, erkəklərdə 65, dişilərdə 100-ə qədər barmaq (qol) olur. Ağızda çənələr və qidanı xırdalamaq vəzifəsini yerinə yetirən radula (sürtgəc) vardır. Yumşaq bədənin qarın tərəfində konusvari əzələli borucuq — qıf yerləşir. Bu qıf vasitəsilə su qarın boşluğundan təzyiq altında kənara atılır və heyvana əks istiqamətdə hərəkət etmək imkanını verir. Yumşaq bədənin arxa hissəsçindən bütün arakəsmələri kəsib keçən və adətən dairənin mərkəz hissəsində yerləşən sifon uzanır. Müasir təsnifata görə, başıayaqlılar 7 müstəqil yarımsinifə bölünür: Nautiloidea (Є-Q), Orthoceratoidea (O-T), ''Endoceratoidea (O), Actonoceratoidea (O-C), Bactritoidea (S?, D-P, T?), Ammonoidea (D-K) və Coleoidea (D-Q). Bu yarımsiniflərin əksəriyyəti keçmiş geoloji dövrlərdə yaşayıb məhv olmuhlar. Onların müasir sistematikası qabığın quruluşuna, ilk növbədə, sifonun quruluşu və vəziyyəti, habelə arakəsmə (tikiş) xətlərinin tipinə, qabığın formasına və bəzəyinə əsaslanır.[2]