Beynəlxalq Dəniz Təşkilatı

Beynəlxalq Dəniz Təşkilatı
BDT
ing. International Maritime Organization
Loqonun şəkli
Londonda BDT-nin baş qərargahı
Londonda BDT-nin baş qərargahı
Növü BMT-nin ixtisaslaşmış müəsisəsi
Yaranma tarixi 1959
Rəsmi dili
Mərkəzi London, Böyük Britaniya
Üzvləri 170 dövlət
www.imo.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Dəniz Təşkilatı (BDT) (ing. International Maritime Organization — IMO)- BMT-nin ixtisaslaşmış müəsisəsi, ticarət gəmiçiliyinin inkişafında və dəniz hüququnun unifikasiya edilməsində hökumətlərin əməkdaşlığını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilat.

1948-ci ildə Cenevrədə BMT-nin dəniz konfransında təsis edilmişdir. 1958-ci ildə "Hökumətlərarası dəniz məsləhətləşmə təşkilatı" (İMKO) adı ilə fəaliyyətə başlamışdır. 1982-ci ildən Beynəlxalq Dəniz Təşkilatı adlanır. Üzv dövlətlərin sayı- 170.

BDT-nin rəsmi məqsədi beynəlxalq ticarət gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsi və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi , dənizin gəmilər vasitəsilə çirklənməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təqdir etmək və buna şərait yaratmaq, təşkilatın məqsədilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir.

BDT 50-dən artıq beynəlxalq sənəd, o cümlədən dənizdə insanların həyatının qorunması, dənizçilərin hazırlanması, dəniz gəmiçiliyinin təhlükəsizliyinə zidd olan qanunsuz hallara qarşı mübarizə, gəmilərin dənizdə toqquşmasının qarşısının alınması üçün beynəlxalq qaydalar, yüklərin markalanması, dənizdə axtarış və xilasetmə məsələlərinə, dənizlərin neftlə çirkləmnməsindən dəyən zərərə görə mülki məsuliyyət, gəmilərin ölçülməsi və başqa məsələlərə dair konvensiyalar qəbul edilmişdir.

Konvensiyalardan əlavə, BDT-nin assambleyası , Dənizdə Təhlükəsizlik Komitəsi, Dəniz Mühitinin Qorunması Komitəsi üzv dövlətlər üçün gəmilərin dənizdə üzməsi məsələlərinə dair məcburi olmayan tövsiyələr, məcəllələr və sənədlər qəbul edir.

BDT-nin rəhbər orqanları

[redaktə | mənbəni redaktə et]

BDT-nin rəhbər orqanları assambleya, şura, Dənizdə Təhlükəsizlik Komitəsi, Hüquq Komitəsi, Dəniz Mühitinin Qorunması Komitəsi, Texniki Əməkdaşlıq Komitəsi, Formal Qaydaların Sadələşdirilməsi Komitəsi və katiblikdir. Təşkilatın üzvü olan bütün ölkələrin nümayəndələrinin məclisi assambleya iki ildə bir dəfə çağrılır,təşkilatın proqramını, büdcəsini və maliyyə hesabını təsdiq edir, təşkilatın şurasını seçir. Şura BDT-nin icraiyyə orqanı olub, üzv dövlətlərin 32 nümayəndəsindən ibarət tərkibdə iki illiyə seçilir. Şura ildə iki dəfə toplanır. O, BDT-nin orqanlarının fəaliyyətini əlaqələndirir, komitələrin məruzələrini şərh edir və baxılmaq üçün onları assambleyaya göndərir. Assambleyanın və şuranın qərarları səs çoxluğu ilə qəbul edilir. Şura assambleyanın razılığı ilə baş katib təyin edir.

Hal-hazırda cari baş katib Koji Sekimizudur (Yaponiya).O, vəzifəsinin icrasına 1 yanvar, 2012-ci ildə başladı. Baş katiblər:

  • 1959 Ove Nilsen (Danimarka Danimarka)
  • 1961 Vilyam Qrem ({{ {{{1}}}

| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }})

  • 1963 Jan Roulier (Fransa Fransa)
  • 1968 Kolin Qoad ({{ {{{1}}}

| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }})