Bişara əl-Xuri

Bişara əl-Xuri
ərəb. بشارة الخوري
Livan Respublikası baş naziri[Q 1]
5 may 1927 – 10 avqust 1928
ƏvvəlkiAvqust Ədib Paşa
SonrakıPaşa Saad
Livan Respublikası baş naziri[Q 1]
9 may 1929 – 11 oktyabr 1929
ƏvvəlkiPaşa Saad
SonrakıEmil Edde
bayraq
Livan prezidenti
bayraq2
21 sentyabr 1943 – 11 noyabr 1943
Əvvəlkivəzifə təsis edilib
SonrakıEmil Edde
bayraq
Livan prezidenti
bayraq2
22 noyabr 1943 – 18 sentyabr 1952
ƏvvəlkiEmil Edde
SonrakıFuad Şəbab
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1890(1890-08-10)[1]
Vəfat tarixi 11 yanvar 1964(1964-01-11)[2][1][…] (73 yaşında)
Vəfat yeri
Partiya Əd-Dəstour Partiyası
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Uşaqları 3
Dini Maruni Katolik Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890[1]11 yanvar 1964[2][1][…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti[5].

Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı.

II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi. Onun dövründə Livan iqtisadiyyatının inkişafı sürətləndi. Lakin 1948-ci ildə baş verən Ərəb-İsrail müharibəsi və fələstinlilərin Livan torpaqlarına axını Livan iqtisadiyyatı zəifləməyə başladı.

Fələstin problemində qərarsızlığı, ölkə baş verən özbaşınalıq hallarını əsas gətirərək, 1952-ci ildə istefa verdi.

  1. 1 2 26 may 1926-cı ildə Livan Respublika elan edilir və Konstitusiyası qəbul edilir. Lakin, bu konstitusiyaya əsasən ölkənin xarici əlaqələrinə və müdafiəsinə Fransa nəzarət edirdi. 22 noyabr 1943-cü ildə Livanın yeni konstitusiyasına əsasən Livan rəsmi olaraq Respublika elan edilir