Boban Maryanoviç | |
---|---|
Mövqeyi | mərkəz |
Boyu | 222 sm |
Çəkisi | 132 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 15 avqust 1988[1] (36 yaş) |
Vikianbarda əlaqəli mediafayllar |
Boban Maryanoviç (serb. Бобан Марјановић) - NBA-ya daxil olan Hyuston Rokets komandasında oynayan serbiyalı peşəkar basketbolçudur. O, 1988-ci il avqust ayının 15-də anadan olmuşdur. Boyunun uzunluğu 7 ft 4 in (2,23 m)-dir. Oyunda əsas yeri mərkəzdir. 2015-ci ildə Bütün Avroliqanın birinci komanda seçkilərini qazanıb.
Maryanoviç basketbola Bolyevaç komandasında oynamaqla başlayıb. 14 yaşında onun ilk Serbiyada profesional komanda Hemofarm olub. Burda oynayan zaman onun boyu 2,09 m olmuşdur. O komandanın ən hündür boy oyunçu idi. 2005-06-cı illərdə burada oynamışdır. Bu mövsümün ikinci yarısında o Adriatik Liqa oyunlarında iştirak edib. 2007-ci ildə o Serbiyanın Svisslion yeniyetmə komandasına qoşulur[2].
2010-cu ildə Moskvanın CSKA komandasına, sonra Dusko Vukoseviçə üzv seçilir[3]. Ancaq bu komandadan tez ayrılır və 2010-cu ilin dekabrında Zalgiris komandasına keçir. 2011-ci ilin iyul ayından Nijni Novqorod, 2012-ci ildin yanvar ayında isə Serbiyaya yenidən qayıdır.
2012-ci ilin iyul ayında Mega Vizura komandasına üzv seçilir və 2012-13-cü illərdə bu komandanın şərəfini qoruyur.
2013-cü ilin iyul ayının 2-də Krvena Zvezda komandası ilə müqavilə bağlayır. 2013-cü ilin dekabrında onun adı Avroliqadan gəlir. 2014-cü ilin dekabrında onun komanda dostu Demarkus Nelson ilə 2013-14-cü illərin ABA liqa sezonunda ideal komanda kimi seçilir.[4]
2014-15-ci illərdə Avroliqanın mövsümündə Qalatasarayla oyunda 76-68 hesabı ilə qalib gəlir. Bu zaman 22 xal, 10 rebound qazanır. Bundan sonra o Avroliqanın MP oynayır. 2014-cü ilin noyabr ayının 22-də 23 xal və 17 rebound qazanır və reytinqdə 39-cu olur. Bu zaman Qalatasarayı 103-110 hesabı ilə uduzur[5].
2015-ci ilin aprel ayının 2-də o 2014-15-ci ilin ABA Liqa sezonuna ideal komandası seçir. Onun çıxışına görə onun adı ABA Liqasının playofflarında daxil olur. Nəhayət Krvena Zvezda oynayan zaman 2014-15-ci ildə Serbiya Liqasının çempionu olur və Partizan Belqrada qarşı finalda 3-0 hesabı ilə qalib gəlir.
2015-ci ilin iyul ayının 17-də Maryavaniç San Antonya Spors komandası ilə 1 illik müqavilə imzalayır. Bu müqavilədən o 1,2 dollar pul qazanır. NBA-da debut edir, 102-75 hesabı ilə qalib gəlir və 6 xal, 5 rebound qazanır. Həmin ilin dekabr ayının 4-də Austin Sporsa keçir. Ancaq ayın 8-də yenidən san Antonya Spora qayıdır və Filadelfiya 76 oyun zamanı 119-68 hesabı qalib gəlir.
2015-16-cı illərdə Maryanoviç yeni komanda Detroyt Pistonsa qoşulur. Bu komanda ilə 3 illik müqavilə bağlayır. Müqaviləyə əsasən 21 mln dollar qazanır. Şarlotta Hornets komandası ilə oyun zamanı 115-114 hesabı ilə qalib gəlib, 15 xal, 19 rebound qazanır. 2017-ci ilin aprelində Hyuston Rokets komandası ilə oyun zamanı 114-109 hesabı ilə qalib gəlib və xal qazanır.
Maryanoviç Serbiya gənclər komandasının üzvü olub və 2007-ci ildə FİBA Andə-19 Dünya Çempionatında və FİBA Avropa Andə-20 çempionatında qızıl medal qazanır. Onun adı Avrobasket 2009 və 2010 FİBA Dünya Çempionatına namizəd olur[6].
2015-ci ildə San Antonya Spors oynadığı müddətdə Serbiya Milli komandasında oynadığı zaman sol ayağından zədələnir və əsas oyun Litvada keçirilən Avrobasket2011-də[7] iştirak edə bilmir[8].
Avrobasket2017-də finalında Serbiya-Sloveniya arasındakı oyunda onun komandası məğlub olaraq gümüş medal qazanır. Bu zaman 12,4 xal, 4,8 rebound əldə edir.
İl | Komanda | GP | GS | MPG | FG% | 3P% | FT% | RPG | APG | SPG | BPG | PPG | PIR |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2010–11 | CSKA Moskva | 8 | 3 | 11.4 | .458 | .000 | .923 | 3.5 | .4 | .6 | .6 | 4.3 | 5.6 |
2010–11 | Žalgiris | 6 | 1 | 12.3 | .647 | .000 | .643 | 3.5 | .3 | .2 | .5 | 5.2 | 5.7 |
2013–14 | Krvena zvezda | 10 | 9 | 19.9 | .616 | .000 | .621 | 7.7 | 1.0 | .9 | .8 | 10.8 | 15.2 |
2014–15 | Krvena zvezda | 24 | 24 | 27.3 | .621 | .000 | .781 | 10.7 | 1.0 | .4 | .9 | 16.6 | 25.7 |
Karyera | 48 | 37 | 21.3 | .610 | .000 | .755 | 8.0 | .8 | .5 | .8 | 11.9 | 17.7 |
İl | Komanda | GP | GS | MPG | FG% | 3P% | FT% | RPG | APG | SPG | BPG | PPG |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2015–16 | San Antonyo | 54 | 4 | 9.4 | .603 | .000 | .763 | 3.6 | .4 | .2 | .4 | 5.5 |
2016–17 | Detroyt | 35 | 0 | 8.4 | .545 | .000 | .810 | 3.7 | .3 | .2 | .3 | 5.5 |
Career | 89 | 4 | 9.0 | .578 | .000 | .779 | 3.6 | .3 | .2 | .4 | 5.5 |
İl | Komanda | GP | GS | MPG | FG% | 3P% | FT% | RPG | APG | SPG | BPG | PPG |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2016 | San Antonyo | 7 | 0 | 6.0 | .667 | .000 | .889 | 2.0 | .4 | .0 | .3 | 3.4 |
Karyera | 7 | 0 | 6.0 | .667 | .000 | .889 | 2.0 | .4 | .0 | .3 | 3.4 |